Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
07.12.2020

Nigar Həsənova
"Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Qarabağlı Azərbaycanın vətəndaşıyam

Tələbə yoldaşlarımdan biri sosial şəbəkədə dostluğundakı şəxslərdən birinin xatirələrlə dolu yazısını paylaşmışdı. Ötüb keçmək istəyəndə gözümə sataşan ilk sətirlər qəlbimi titrətdi: "Həmişə Vətən sözü ilə ana sözünü yanaşı işlədirlər. Mənimçünsə Şuşa ata vətənimdi. Kiçik vətən. Hərgah ki, ana tərəfim şuşalıdı. Ancaq bu yerləri uşaqlıqdan mənə sevdirən, onu qarış-qarış gəzdirən məhz atam olub". Sanki bu sətirləri mən yazmışdım. Dərhal özümü toplayıb xatırladım ki, sentyabrın 27-dən yalnız "Əsgərə salam" söyləyərək,
Şuşanın yolu sərvan,
Torpağı gözə dərman.
İgid əsgər, sənə bir məktub yazım,
Yarı dərd, yarı dərman
bayatısı ilə başlayan bir məktub yazıb yollamışdım. Bütün qalan zamanımı şəhid ailələrinin əzizlərinin yoxluğuna dözə bilməyən halına ağlamışam. Gecənin birində baş verən Gəncə hadisəsindən sonra gecələrim daha dəhşət idi. Şair Sücaətin söylədiyi kimi "Balaları gülə-gülə yatırdıb, Ağlayıram, yatmıram ki gecələr!" İşğal tarixlərində televiziya kanallarının daha çox təqdim etdiyi "Dədə Qorqud" filmində Qazan xanın matəm saxlayarkən oğlunun ona müraciətini xatırlayıb özüm-özümə təsəlli də vermişəm. Azərbaycanın qeyrətli oğulları ana-bacılarımız ağlamasın deyə qanları, canları bahasına torpaqlarımızı azad etdilər. Elə hey düşünürəm ki, ağlım kəsəndən dünyanın yükü çiynimə yığılıbmış kimi əziyyətlə yaşadım (bədnam qonşularımızın xalqımıza yaşatdıqlarından sonra yəqin ki bu, hər bir azər-baycanlının düşündüyüdür). I Qarabağ savaşı başlayanda orta məktəbdə oxuyur¬dum. Rayonumuza (Yevlaxa) nə qədər şəhid gəlirdi! Əhalinin sosial vəziyyəti də gün-gündən pisləşirdi. Yurd-yuvasından, isti evlərindən uzaq düşmüş məcburi köçkünlər qohum evlərində qalırdılar. Xeyli ailələr isə məktəblərdə yerləş¬dirilmişdi. Yalnız doqquzuncu və on birinci sinfin şagirdlərinin dərsə getməyinə imkan yaradılmışdı. Qısa bir zaman dərsə getsək də, bir gün bizim sinfin şagirdləri də geri qayıtdı. O acı xatirə indi də yadımdadır. Həftənin bazar ertəsi günü məktəbə gəldik. Xəbər tutduq ki, sinif otağı yoxdur. Bazar günü gənclər ailə qurmuşdular. Sinfimiz yeni ailənin otağı idi. Bilmirdik, sinifsiz qalmağımıza üzülək, yoxsa gənc ailənin belə şəraitsiz yerdə yaşamasına...
Orta məkəbdə müəllim işlədiyim zamanlarda hər il mayın 8-də uşaqlıq illərimdə Şuşada çəkilən şəkillərimi şagirdlərimə əyani vəsait kimi göstərirdim. Var gücümlə onlarda vətən sevgisi, torpaq sevgisinin alovlanmasına çalışırdım. "Baxın, mən sizin müəlliminizəm. Uşaqlıq illərimin yay günləri ana yurdum Şuşada keçib. Şuşa bizimdir! Bütün Qarabağ bizimdir! Vaxt gələcək, biz yenə əzəli-əbədi torpaqlarımıza qovuşacağıq". Bu anlarda o ağrılı illərdən ruhumuza yayılan "Qarabağın qara baxtı, Qalmaz belə, qalmaz dünya" misraları ilə təsəlli tapırdım.
Əlbəttə, ümidlər ölməsin gərək! Qəlbimdə hər zaman ümid olub. Ümidim olub ki, yenə Qarabağı – Azərbaycan mədəniyyəti, ədəbiyyatı üçün Nəcəf bəy Vəzirovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir bəy Hacıbəyovu, Bülbülü, Yusif Vəzir Çəmənzəminlini, Firidun Köçərlini, Cabbar Qaryağdıoğlunu, Niyazini, Fikrət Əmirovu, Süleyman Ələsgərovu və daha neçə-neçə sadalamaqla bitməyən ziyalılar bəxş edən torpağı qarış-qarış gəzmək nəsibimiz olacaq.
Burada köhnə xatirələrimdən birini də xatırlamaq istədim. Bir dəfə mayın 8-də şöbə müdirimiz akademik Tofiq Hacıyev Şuşa xatirələrini danışırdı (Biz gözlüyünün altında Tofiq müəllimin gözlərinin dolduğunu görürdük). Cıdır düzünü, Vaqifin məqbərəsini təsvir edəndə yavaş səslə "Müəllim, mən görmüşəm" – dedim. Tofiq müəllimin yaşarmış gözlərində bir sevinc hiss etdim. Yəqin onun Cıdır düzünü, Vaqifin məqbərəsini təsvir etməkdə məqsədi həm də Şuşanın bizim yurd yerimiz olmasının biz cavanlara sübutu idi. Bu arada onun uşaq sadəlövhlüyü yenə özünü göstərdi: "Sən məni görmüşdün onda? Görmüşdün, mənim Vaqifin məqbərəsinə getdiyimi?" Ürəyimdən keçsə də utandım deyəm ki, müəllim, mən ibtidai sinifdə oxuyanda hələ alimlərimizi tanımırdım. Söhbətin sonunda Tofiq müəllim xanımı ilə birgə ümidlərin reallaşacağına təsəlli etdikləri maraqlı bir müqayisə söylədi.
Hər bir azərbaycanlı torpaqlarımızın azad olunacağı günə ümid bəsləyirdi. Qalırdı, ömür vəfa edəcəkmi? O gün gələcək, bəli. Amma kimə görmək nəsib olacaq? Özümün "Şuşa işğaldan azad oldu" sevincini yaşayacağıma ümidim böyük idi. Prezidentimizə böyük etimadla dillərə düşən şərqinin "Yenilməzlik qalasıdır, Qarabağı alasıdır, Gözün aydın, Azərbaycan!" misraları mənə ümid dolu, sevinc dolu anlar yaşadıb. Bəli, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yuxularımızda gördüyümüz torpaqlarımızı işğaldan azad etdi. Haqqında Azərbaycan dilinin lüğət tərkibindəki ən gözəl ifadələri işlətməklə də ürəyimiz rahatlanmayan qeyrətli, igid Azərbaycan oğullarınının sayəsində bu gün Qarabağımız azaddır. Zaman keçdikcə bu oğulların adına nəğmələr qoşulacaq, dastanlar söylənəcək. Şəhid Daşqın Şəfiyevin ən son sözlərində deyildiyi kimi, "Şəhidlər ölmürlər. Şəhidlər unudulanda ölürlər". Demək, Şəhidlərimiz hər zaman yaşayacaq. O qəhrəman Oğulların qüdrətini, qeyrətini bilən Azərbaycan xalqı İgidlərini hər zaman qəlbində yaşadacaq.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.