Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
 

Elçin QALİBOĞLU
AMEA Folklor İnstitutunun böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

 

“Soyqırım” konseptinə kosmoqonik yaradılış müstəvisində baxış

(Azərbaycan əfsanə və rəvayətləri əsasında)

Özət

Ölüb-dirilmə bəşər tarixinin normal etnoslarından olan türklərin də etnik düşüncəsinin genetik strukturunu təşkil edir. Lakin ermənilər tarixin mutasiyası kimi daim şər, xaos, ölüm daşıyıcılarıdır. Onlar soyqırımlara məruz qoyduqları türkün nədən güc alaraq yenidən dirçəlmələrini anlaya bilmirlər. Bu, erməni düşüncəsinin mutativ əlahiddəliyi ilə bağlıdır.
Məqalədə soyqırım konseptinə kosmoqonik yaradılış müstəvisində baxış (Azərbaycan əfsanə və rəvayətləri əsasında) ifadə olunur.
Açar sözlər: soyqırım, əfsanə, rəvayət, kosmoqonik yaradılış, ölüb-dirilmə.

Giriş

“Soyqırım” bir sosial-kulturoloji anlayış kimi ümumən bir etnosun məhvini nəzərdə tutur. Bu sözün istər Azərbaycan türkcəsindəki mənası (soyun – nəslin məhvi), istərsə də ruscadakı (“qenotsid” – genin məhvi) bir xalqın uşaq-böyük, kişi-qadın-uşaq fərq qoymadan öldürülməsi, yox edilməsi deməkdir. Türk etnosuna qarşı zamanla məlum erməni soyqırımları həyata keçirilmişdir. Ermənilər artıq üç əsrə təsadüf edən müddətdə türk adına patoloji nifrətlə yanaşır, onu yer üzündən silmək üçün ağlagəlməz vəhşiliklərə əl atırlar. Ancaq türk etnosu hər bir genosid faciəsindən sonra ayaq üstə qalxmağı, dirçəlməyi, güclənməyi bacarır. Faciələr türkü sarsıtmır, əksinə, onun yaşam potensialını daha da gücləndirir. Bu, erməniləri nə qədər qəzəbləndirsə də, burada bəşər tarixinin əski universal-kosmoloji qanunauyğunluqlarının izlərini görmək mümkündür. Qanlı hadisələrin emosional-affektiv aurasından bir qədər uzaqlaşıb ona elmi nöqteyi-nəzərdən yanaşdıqda türkü dirçəldən, ayaq üstə saxlayan etnokosmik mexanizmləri görüb-aşkarlamaq mümkün olur. Məsələ burasındadır ki, ölümdən güc almaq, ölərək dirilmək ibtidai-kosmoloji düşüncənin yaşam formuludur.
Fikrimizi daha da aydınlaşdırmaq üçün qeyd edək ki, ibtidai insanın həyatı ölüb-dirilmə aktlarının düzümü, silsiləsi kimi təşkil olunurdu. O, öz həyatı boyunca daim müxtəlif yaş, sosial qrupların birindən o birinə adlayırdı. Məsələn, uşaqlıqdan yeniyetməliyə, yeniyetməlikdən alp-igidliyə, evliliyə, alplıqdan bəyliyə və s. qədəm qoyurdu. Bu mərhələlərin birindən o birinə keçid bütün hallarda mərasimi ölüb-dirilmə ilə müşayiət olunurdu. Başqa sözlə, bu, həqiqi yox, mərasimi-ritual ölüb-dirilmə idi.
Adlama-keçidin ümumi quruluşu belədir. Fərd öz əvvəlki statusunda ölür, xaos dünyasına adlayır, orada yeni statusda qurulur, daha sonra bu yeni statusunda öz əvvəlki dünyasına, yəni kosmosa qayıdır. Beləliklə, fərdin inkişafı, sosial-mədəni pillələr üzrə irəliləməsi ölüb-dirilmə ilə müşayiət olunurdu. Bir fərd, yaxud qrup, ya-xud bütün toplum öz köhnə mövqeyindən yeni mövqeyə keçmək üçün hökmən ölüb-dirilməli idi. Necə ki, xalq Novruz bayramında öz köhnə statusunda ölür və yenidən dirilirdi. Odda yanma, yəni od üstündən tullanma, köhnə şeylərin atılması, yeni libasların alınması folklor semantikası baxımından ölüb-dirilməni rəmzləndirir. Beləliklə, ibtidai-kosmoloji düşüncədə inkişaf, irəliləmə, yenidən doğuluş mərasimi ölümdən keçir. Bu cəhətdən ölüb-dirilmə bəşər tarixinin normal etnoslarından olan türklərin də etnik düşüncəsinin ge-netik strukturunu təşkil edir. Lakin ermənilər tarixin mutasiyası kimi, daim şər, xaos, ölüm daşıyıcılarıdır. Buna görə də soyqırımlara məruz qoyduqları türkün nədən güc alaraq yenidən dirçəlmələrini anlaya bilmirlər. Bu, erməni düşüncəsinin mutativ əlahiddəliyi ilə bağlıdır.

Erməni ruhsuzluğu – sabahsızlığı

Dünya erməni ruhsuzluğunu, oyunçuluğunu gördüyü dərəcədə bu oyunçuluğa imkan yaradır. Erməninin məqsədi türkü dəyərsizləşdirmək, onu sarsıtmaq, mahiyyətcə tarix səhnəsindən çıxarmaqdır. Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl şəkildə yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar.
Osmanlı dönəmində – 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türkiyədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, “məzlum” erməni xalqının nümayəndələri də özlərini “müdafiə” etməyə məcbur olublar. Ermənilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən “sənədlər”də uydurublar, “erməni soyqırımı”nı “təsdiq edən” kitablar yazıblar, ya da başqalarına yazdırıblar.
Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi bəşəri səviyyədə cinayətdir, soyqırımdır. Əslində Qarabağ problemi bütün Türk Dünyasının başlıca problemidir. “Yersiz gəldi, yerli qaç” prinsipiylə yaşayan, qatilliyi yaşamının mənası sayan erməninin sabahı yoxdur.

Azərbaycanın əfsanə və rəvayətlərində soyqırım və milli yaradılış məsələsi

Soyqırım və milli yaradılış məsələsi ilə bağlı Azərbaycanın əfsanə və rəvayətlərini nəzərdən keçirdikdə müəyyən qənaətlərə gəlmək olur. Xalq yaddaşında faciəyə münasibət olduqca ciddidir; faciənin yüzillərlə mifoloji yaddaşda birikib qalması onu deməyə əsas verir, xalqın folklor yaddaşının təmsilçiləri olan şəxslər fitrətən duyurlar ki, ümidsizlik yaşamın sonu demək olardı.
Konkret olaraq əfsanələrdə ümumi şəkildə də olsa xalqımızın başına gələn faciələrin, soyqırımların izlərini bu və ya başqa şəkildə görürük. Əfsanədə çox zaman konkret tarixilik olmur, hadisə daha çox janrın halından gələn prinsiplərə görə ümumi şəkildə təsvir olunur.
Ancaq bütün hallarda sözügedən əfsanələrdə xalqın başına gələn faciələrdən sarsılmaması, yaşamağa, yaratmağa inamını itirməməsi, əksinə, minilliklər, yüzilliklər içində rastlaşdığı hadisələri əfsanələşdirməsi, rəvayətləşdirməsi, sanki hadisələrin üzərindəymiş kimi varlığını təsdiq etməsi məqamları diqqəti çəkir. Bütün bunlar bizə bir həqiqəti deyir: başqa xalqın, dövlətin torpağında, varında gözü olmayan xalq özünə inamında demək olar, sarsılmır; o, halallığı özü üçün ölçü seçir, bu cür var olmağı ləyaqətə uyğunluq sayır.
Tarixi şəxsiyyətlər, el, tayfa, qövm adı ilə bağlı əfsanələri araşdıran prof. A.Nəbiyev bu qənaətə gəlir ki, onların böyük əksəriyyətində Azərbaycana gəlmiş tarixi şəxsiyyətlərin həyatı, buradakı böyük məğlubiyətləri, xəzinələrini və sərvətlərini bu ərazidən apara bilməməsi, onları Şirvanda basdırması və s. təsvir edilir: “Hər şeydən əvvəl bu əfsanələr İsgəndər Zülqərinə ləqəbi ilə tanınan, dünya hökmdarlığı iddiasına düşən şahın Azərbaycana yürüşləri, buradakı tarixi məğlubiyyətləri ilə bağlıdır. Bu isə belə bir mənəvi dəyəri cəmiyyətə təlqin edir ki, zülm və qan tökməklə əldə edilən sərvətdən xeyir tapmaq mümkün deyil, sərvət zəhmətlə qazanıldıqda halal olur və nəsli xoşbəxtliyə qovuşdurur” (5, s. 290).
Sara ilə bağlı silsilə əfsanələrin məzmununda müəyyən fərqlər olsa da, (“Çay qızı”, “İntiqam”, “Apardı Sellər Saranı”, “Sara”, “Arpaçay və əjdaha”) “Çay qızı”nda xalqın yadlıqlara, işğalçılara münasibəti özünü bütünlüklə göstərir: “Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi… O gündən həmin mahnı dillər əzbəri oldu:
Arpa çayı, aşdı-daşdı,
Sel Saranı aldı qaçdı…” (6, səh. 339).
“Aldədə” əfsanəsində isə odda yanmayan, yurdunun təəssübünü çəkən, hər cür sınaqlardan üzağlıqla çıxan, yurdu işğal edənlərə yenilməyən Aldədə obrazı yaradılıb. Aldədə oddan qorxmur, çünki odu təmsil edir. Əfsanədə odun isidicilik xüsusiyyətindən ötə olan ulusal (xəlqi)-insani-mənəvi keyfiyyəti qabardılır. İnama görə, od bütünlüklə şəri, hər cür pislikləri yandırıb kül eləyir.
Aldədə yurdun ruhunun daşıyıcısı olduğuna, torpağa ürəkdən bağlı olduğuna görə güclüdür, yenilməzdir. Əfsanəyə görə, səhərədək od kimi qızan təndirdə – qapalı yerdə qalan Aldədə yanmır, ancaq qucağındakı quzu tamam bişir. Aldədə ərəblərə dörd ağac çubuğu göstərərək: “Bu ağacları dörd tərəfə atacağam, hara düşsə, o torpağa toxunmayın” – deyir. Ağacın hara düşdüyünü görən də (Savalan dağına, Şah dağına, Alvız dağına, Ağrı dağına) Aldədədir (6, 224-227).
“Dədə Günəş” əfsanəsində təsvir olunur ki, ərəblər Dədə Günəşi gölə atırlar, boğulmur, oda atırlar, yanmır, üçüncü dəfə yaxınlaşanda göyün üzünə qara bulud gəlir, tez-tez şimşək çaxır. Ərəblər qaçıb canlarını qurtarmağı qənimət bilirlər, xəlifəyə bildirirlər ki, su da, od da, yer də, göy də, bulud da, şimşək də Aldədənin tərəfindədir. O, adi bir insan deyil, bütöv bir Vətəndir (6, 237-238).
Qalalarla bağlı Azərbaycan əfsanələrində düşmənə təslim olmamaq, onun hiylələrinə aldanmamaq, sonda qəhrəmanların özündən, rahatlığından keçməsi, ölümü bahasına olsa da qalalaşması təsvir olunur.
“Pəri qalası”, “Gülüstan qalası”, “Lənkəran qalası” əfsanələri bu qəbildəndir. “Lənkəran qalası” əfsanəsində deyilir, xan düşməndən qorunmaq üçün tikdirdiyi qalaya oğlunu hördürür ki, xalq geri çəkilməsin, torpağı qorusun.
Burada torpağın müqəddəslik səviyyəsində anlaşılması, insanın Yurdu, Vətəni qorumağa hazır olması üçün özündənkeçməyə yüksəlməsi gərəkliyi vurğulanır (6, 273-274).
Rəvayətlərdə araşdırılan mövzu sarıdan konkretlik daha çoxdur. “Sevinirlər ki” rəvayətində deyilir, Nadirin zülmünə qarşı kənd əhli yığışıb onun qərargahına gedir, ölümü mərdanə qarşıladıqlarını bildirir, gülürlər. Mahiyyətcə bu, xalqın özündən güclü olan düşmənə meydan oxuması, onu qorxmazlığıyla sarsıtmasıdır (6, səh. 330).
“Tək-tək Bədir də doğar” rəvayətində deyilir: Nadir şah Şəmkirin Morul kəndində yaşayan igid Bədiri özünə tabe etdirə bilmir, başını kəsdirir. İgidin anası Şahlar xanım Nadirin qarşısında başını dik tutur, “Analar Nadir kimi oğul doğar, tək-tək də Bədir kimi oğul doğar” – deyir. Rəvayətə görə, Nadir ananın qü-ruru qarşısında baş əyir (6, 331-332).
Rəvayətdə oğlu Vətən yolunda şəhid olan ananın mahiyyətcə Yurdun ləyaqətini təmsil etməsi vurğulanır.
“Muğan qızı” rəvayətində deyilir ki, düşmənə qarşı döyüşdə Muğan adlı igid qəhrəmanlıqla həlak olur. Reyhan sevgilisinin döyüş paltarını geyinir, eli düşmənə qarşı döyüşə çağırır, qəhrəmancasına ölümüylə düşməni sarsıdır, yenir (6, 334-340).
“Yeddi qardaş çinar” rəvayətində isə deyilir ki, bir qocanın yeddi oğlu varmış. Qoca oğullarını Vətən üçün böyütdüyünü deyir. Bir gün oğullar Nadir şahın hücumu zamanı döyüşə gedir və həlak olurlar. Qoca əhvalını pozmur, oğulları ölən tərədə yeddi çinar əkir: “Bu çinarın hərəsi mənə bir oğul əvəzidir. Vətənin keşiyini indi də bu yeddi çinar çəkəcək” – deyir (6, 333).
Rəvayətdə insanın Vətənə müqəddəs məkan olaraq baxması, övladlarını qurban verən atanın onların varlığının əkdiyi yeddi çinarda yaşayacağına inamı (əslində mifoloji yaddaşda oğulların çinarlaşması – ölümsüzləşməsi) ifadə olunur.

Ermənilərin tarixi torpaqlarımızda törətdiyi soyqırımlarla bağlı toplama materialları

Uzun illər “erməni-müsəlman” davası kimi anlaşılan, ağır fəsadlar törədən bu hadisəyə şifahi düşüncədə, xalq yaddaşında münasibət birmənalı olub. Xalqımız erməninin kimliyini başına gələn, gətirilən faciələrdən sonra daha dərin tanıyıb. Ancaq təəssüf ki, bu hadisələrlə bağlı şifahi yaddaşlarda yaşayan, rəvayətləşən hadisələr demək olar, son illərə kimi sistemli şəkildə folklor-etnoqrafik material kimi toplanmayıb, ya da az toplanıb. Gec də olsa, xalqın nəsildən-nəslə ötürdüyü rəvayət, ya olmuş hadisələri toplamaq, sabaha çatdırmaq gərəkdir.
Ancaq faktdır ki, söyləyici yaddaşı getdikcə korşalır. Çünki təkcə yaxın tarixdə – 100-110 il əvvəl xalqımıza qarşı olmuş qətliamlar qələmə alınmadığı dərəcədə demək olar, it-bata düşür, unudulub gedir.
Doğulduğum Şirvan (dağlıq) bölgəsində ermənilərin törətdiyi soyqırımı ilə bağlı o dövrün rəsmi qaynaqlarındakı materiallarla yanaşı xalqın yaddaşında yaşayan acı xatirələr, rəvayətləşmiş məqamlar var.
Əvvəlcə rəsmi məlumatlara varaq. Folklorşünas, professor Seyfəddin Qəniyevin “1918-ci il Şamaxı soyqırımı” kitabında Şirvanın 58 yaşayış məntəqəsində ermənilərin gerçəkləşdirdiyi dəhşətli qırğınlar haqqında konkret faktlar təqdim olunur.
1918-ci ilin martında ermənilərin soyqırımı törətməsi nəticəsində bölgədə – Şamaxı və ətraf kəndlərdə 3632 nəfər kişi, 1771 nəfər qadın, 956 uşaq vəhşicəsinə öldürülüb, cəmi 7 nəfər yaralının olduğu müəyyən edilib (4, 134-136).
O deməkdir ki, ermənilər qarşılarına çıxan, rastlaşdıqları heç kəsə aman verməyiblər, hamını öldürüblər, yaralı belə saxlamayıblar.
Digər bir fakt isə ermənilərlə bir vaxtda malakanların da Azərbaycan-türk kəndlərinə hücumu, əhalinin kütləvi şəkildə qətlində iştirak etməsi, soyqırım törətməsidir.
Söyləyici – Ağsu rayonu Kalva kənd sakini, 1951-ci il təvəllüdlü anam İmaməliyeva Xuraman Ağalar qızından bölgədə 1918-ci il mart qırğınları ilə bağlı topladığım materialı ata nənəm Kazımova Tubu Təhməz qızından (1870-1972) və anası Əliyeva Sərvinaz Qulam qızından (1906-1986) eşidib.
Həmin mətnləri təqdim edirik:

Ermənilərin hücumu.

I mətn. 1918-ci ildə ermənilər hücum eliyəndə Kalva camahatı qaçib Qarannığ dəriyə (İsmayıllının Sulut kəndindən o yanda yerləşir. Ermənilər Şamaxıdan xeyli uzaq məsafədə yerləşən Sulut kəndinə də gedib çıxıblarmış – topl.)
Məcbur olıblar ki, qaçsünnər dağlara.
Erməni də ki, qıra-qıra gəlirmiş.
Uşağları aparmağ çox çətin olıb, ona görə ki, ermənilər səsə adamları tapıb hamıni qırıllarmiş.
Qarannığ dərədə günnərnən qalıblar bizim camahat.
Türklərin gəlməyi camahati qutarıb qırğınnan. Yoxsa ermənilər meşələrə, dağlara qaçənnəri də qıraceylərmiş (1).
II mətn. Anam onda əyağyalın qaçıb ermənilərin əlinnən.
Babasəmid dayimi də belinə səriyib aparıb.
Kimin əlinə nə keçibsə, aparıb.
Türklər gələndə camahat geri qeyidib.
Bı dəfə bizimkilər gedib, ermənilər, malakannar kətdərinə nə aparıblarsa, onu qeytərib gətiriblər.
O vaxti malakannar da ermənilərnən birgə hücum eliyiblər (1).
III mətn. Usta Yusif kişinin dədəsiynən Sədulla Qarannığ dərədən enillər ki, kəndin qırağındaki taxıllara baxsunnar. Cabbar kişinin əmisi Təhməzbabani taxılın yanında göriblər, hələ biliblər ermənidi. Tüfəynən vırıblar. De biyağ, gedib göriblər öz qoşisi, öz qohımi... Day neyniyə biləllər (1).
IV mətn. Tubi nənə danişirdi ki, getdüy gördüy (O dövrdəki Şamaxının erməni kəndləri nəzərdə tutulur-topl.) ermənilər nə aparmışdilərsə, hamısıni doldırıblar təndirə.
İmamali babon dedi ki (Tubu nənə danışırmış – topl.), taxılımızı gətiriblər, bizi çörəysiz qoyiblər, nə qədər imkan var, taxıl götirəy, uşağlar acinnən ölməsünnər.
Kalvalılar gedib ermənilərin apardığların geri qeytəriblər.
V mətn. Tubi nənə danışırdi ki, türklər gəldilər bizi xilas elədilər. Bir dənə panıs var idi – qara çıraq. Bir türk əsgəri dedi ki, ana can, o panısi mənə verərsən? Dedim can ana, sənə qurbandı.
Türklərdi axı, bizi qurtarıblar (1).
İndi də 1918-ci il Kalva qırğınları ilə bağlı söyləyicidən eşitdiyimiz bir tarixi rəvayəti təqdim edirik:
VI mətn. Qırxatlı Sərəki baba. Emənilər gəlib ki, Kalviyə girsünnər, göriblər Qırxatdi Sərəki baba bıların qabağın kəsib: 40 atdi olıb. Qorxublar, ordan kəndə girə bilmiyiblər, qeyidib gediblər, Dilman, Xatman, Hacman kətdərində camahatı qırannan sora Kalviyə giriblər (1).
Tarixi rəvayətdən haqqında danışılan hadisəyə qədər Qırxatlı Sərəki Baba pirinin el arasında ziyarətgah olduğu aydınlaşır.
Adətən pirlərin-ziyarətgahların ərazisi hesab olunan yerlərin suyunu murdarlamaq, ətrafını zibiləmək, ağaclarını qırmaq böyük günah sayılır. Həmin pirdə indi də sırayla bitmiş (mifoloji yaddaşda “düzülmüş ağac-adamlar”) hündür ağaclar var. 1918-ci ilin martında ermənilər keçmiş Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Kalva kəndinə qısa yolla yox, uzaq yolla gəliblər: səbəbi o idi ki, birbaşa Kalva kəndinə gəlsəydilər, çayın o tərəfində olan Dilman, Hacman, Xatman kəndləri onların gəlişindən xəbər tutacaq, dağlara qaçacaqdılar.
Yaşlıların dediyinə görə, ermənilər Kalvaya yuxarıdakı kəndlərdə soyqırımı törətdikdən sonra giriblər.
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının məlumatına görə, qanlı hadisələr – soyqırım zamanı Kalva kəndindən 250 kişi, 150 qadın, 100 uşaq vəhşicəsinə öldürülüb, 2 nəfər yaralanıb.
Qonşu Dilman kəndində bu göstərici daha çox olub.
Beləliklə, Dilmanda 585, Xatmanda 120, Hacmanda130 nəfəri, Kalvada isə 500 nəfəri qətl ediblər (4, 134).
Bölgənin ən iri kəndi olan Kalvada əhalisinin sayına görə qırğınların nisbətən az olmasının səbəbi camaatın vaxtında duyuq düşüb dağlara qaçması olmuşdu. Ermənilər isə kənddən aralanan camaatı yollarda qırmış, Sulut kəndinin meşələrinədək gedib çıxmışdı. Nuru paşanın Şamaxını xılas etməsindən sonra kəndlərdəki əhalinin tamamilə qırılmasının qarşısı alınmışdı.
Yuxarıda Qırxatlı Sərəki Baba piri ilə bağlı danışılan rəvayətdə mifoloji inam önə geçmiş, təxminən 100 il əvvəl olmuş hadisəyə müəyyən yozumun, “izahın” verilməsinə cəhd olunmuşdur. Yəni ermənilər Sərəki piri tərəfdən Kalvaya girə bilməmişlər, o deməkdir ki, “pir imkan verməmişdir”. Mifoloji yaddaşda indi də həmin ərazidə olan iri, hündür pir ağacları (palıd, vələs və s.) həmin məqamda “canlı” (erməninin qarşısında canlı sipər) olmuşdur.
“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyində ermənilərin əzəli türk torpaqlarını – Qarabağı ələ keçirmək üçün hər cür fitnə-fəsada, qətl-qarətə, azğınlığa əl atması, misli görünməmiş soyqırım törətməsi ilə bağlı rəvayətləşmiş mətnlər, acı xatirələr təqdim olunub.
Mətnlərdə söyləyicilərin danışıq üslubu olduğu kimi saxlanılıb.
Həmin mətnlərdən birinə nəzər yetirək.
“Abdal Qasım əmisi oğlunun qisasını alır” rəvayətində deyilir:
“Rəvayətə görə, Avdal Qasım çox qoçax adam oluf. Erməni-müsülman davasında ermənilər onun əmisi oğlunu öldürüllər. Sora gətirif bir axarrı-baxarrı yerdə yekə bir ağaca sarıyıllar. Meyidi ağaca bağlıyıllar ki, Avdal camahatına görk olsun, adamlar qorxsunnar. Sora da Avdal Qasıma sifariş göndərillər ki, əyər kişisənsə, iyidsənsə, gəlif meyidi apar. Avdal Qasım deyir ki, eybi yox, baxıf görəllər aparıram, ya yox. Avdal Qasım gedif yekə bir iti öldürüf, dərisini çıxardıf özünə yekə bir kürk eliyir. Gejə onu əyninə geyif yavaşcadan sürünə-sürünə ermənilərə yaxınlaşır. Baxıf görür ku, ermənilər kefdədi, yeyif içillər. Bir az gözdüyür, erməniləri yuxu aparır. Qarolçuya yaxınnaşıf çomağını onun çənəsinin altına qoyuf tüfəngi götürür. Gəlif meyidi açıf, ermənilərdən uzax bir yerə qoyuf təzədən bir də gəlir ermənilərin yanına. Avdal Qasım gəlif ermənilərin hamısını öldürüf, silahlarını da özüylə götürüf aparır. Deyilənlərə görə, bunnan sora ermənilər Avdal Qasımın qorxusunnan Avdala yaxınlaşa bilməyif” (2, 107).
Mətnin məzmunundan aydın olur ki, hadisələr çağımızdan təxminən 115 il əvvəl baş verib.
Xalq arasında hazırcavablıq obrazı olan Abdal Qasımın itin dərisini əyninə geyinməsi məzhəkə yaratsa da, bu hadisənin alt qatındakı məna onu qurdla əlaqədar əski görüş və inamlarla bağlayır.
Qurda tapınma ilə bağlı təsəvvürlərdə onun totemləşdirilməsi (totemin şəxsində qədim insanın əslində özünütanıması) öndə dayanır və indi də xalqın mifoloji yaddaşında qurda ikili münasibətə baxmayaraq türkü hər cür bəlalardan qoruyuculuq keyfiyyəti diqqəti çəkir. Avdal Qasımın “qarolçunun çomağını çənəsinin altına qoyuf tüfəngi götürməsi, meyidi ermənilərdən uzaq bir yerə qoyub təzədən ermənilərin yanına gəlməsi, erməniləri öldürməsi, üstəlik silahlarını da özüylə aparması” inandırıcı boyalarla təsvir olunur. Əslində mətn ötən yüzilin əvvəllərində baş vermiş hadisənin doğruluğunu, söyləyici təhkiyəsinin ustalığını sübut edir.
“Erməni-müsəlman müharibəsində Abdal Qasımın fəaliyyəti” mətnində isə onun nəinki 1905, eləcə də 1918-ci ildə ermənilərlə döyüşü ilə bağlı epizodların davamlı şəkildə rəvayətləşməsini görürük.
Mətnə diqqət edək: “1905, 1918-ci ildəki erməni-müsəlman müharbəsi vaxdı Qasımın həddinnən artıx böyüh faaliyətdəri oluf. Erməni dilini çox mükəmməl bilirmiş. Bizim döyüşcülərə deyirmiş ki, gedin, filan yerdə dərədə pusquda dayanın, erməniləri mən ordan gətirəjəm. Duruf gedif erməniləri gejəykən ermənicə çağırır-mış ki, müsəlmannar filan yerdən üsdüvüzə hüjum eləməh isdiyillər, gəlin, arxalarına keçəh, oları qırax. Guya ermənidi. Dururmuşdar, deməli, döyüşçülər hərrənirmişdər, həmən onun əks tərəfində də bizimkilər pusquda dayanıbmışdar. Gəlif orda, deyir, pusquya düşürmüşdər ermənilər. Çox böyüh faaliyyətdəri oluf” (2, 110).
Artıq bu mətndə hadisələrin məzhəkəliyi, gülməli xarakter alması göz qabağındadır.
Yurda hücum edən düşməni aldatmaq, pusquya salıb məhv etmək düzgün addım sayılır. Burada bütün parametrləriylə erməni mifoloji yaddaşdakı şəri təmsil eləyir. Zaman-zaman ermənilərin təpədən-dırnağa, dişinə kimi silahlanmış, nizamlı qoşunlar şəklində xalqımıza qarşı soyqırımlar törətməsi, bu hadisələrin yad-daşlarda daşlaşması mətndən də aydın görünür.
Söyləyicinin bu həqiqətə inanması yersiz görünmür.
100-115 il əvvəlki dəhşətli soyqırımlar zamanı xalqımızın döyüşkən oğularının düşmənə qarşı dirənişinin tarixləşməsi, rəvayətləşməsi “Soltan bəy Andranikin dəstəsini necə mühasirəyə salır?” mətnindən də aydın görünür:
I mətn. Andranik savatdı afiserrəri yığır. Laçını Allah-tala təbii qala yaradıf. Həkəri çayında körpü var, Nikolay vaxdında tikilif. Qoşun gəlif orda saxlıyır. Söz gəlif çatır Sultan bəyə. Deyir ki, məni üç gün gözdə. Üş gün gözudüyür orda. Onnar da hazır gedir də, hamısı təlim keşmiş afisserrərdi. Sultan bəy gedir atasına deyir. Deyir: – Ay bala, onnar gedəjəh Qarabağdan, ayannan bəri qıra-qıra gələjəh. – O vaxdı bizdə tüfəh nə gəzirdi? – Onnarın tüfəyini-sursatını hamısını algınan, deynən siz tüfəyli-toplu gələndə millət qorxar. Qardaşı Xosrov bəy Şuşanın quburnatı imiş. Buna məlumat verir. Əlli-atmış nəfər döyüşçü ordan gəlir. Orda Andranikin qoşununun arxasını kəsir, iki çayın arasında onnarı qırıllar. Orda yol versəymiş gedif nə bilim Gəncədən, Yevlaxdan bəri qıra-qıra gələjəymiş. Andranik özü qaçır, amma onun iki afisserini – biri Nejdek olur, biri Mirzəyan onnarı vurullar. Oranın adı Qannı dərə qalır (2, 468 ).
Kiçik həcmli mətndə tarixi hadisələr qismən “yerli-yataqlı” təsvir olunur. Çünki tarixi rəvayətin məqsədi “iki çayın arasındakı” dərənin niyə “Qanlı dərə” adlanmasını izah etməkdir. Eləcə də mətndə Sultan bəyin atasının, Xosrov bəyin tədbirliliyi, xalqın soyqırımının qarşısını almaq üçün əllərindən gələni etmələri və məqs ədlərinə çatmaları, sonda Andronikin qaçması rəvayətin mifoloji yaddaşı bütün çaslarlarıyla yaşatdığını sübut edir.
II mətn. Xosrov bəy Şüşənin bəyi idi, Soltan bəyin qardaşı idi. Erməni Soltan bəyə deyif ki, icazə ver, keçif Şüşeyi qırım. Deyif ki, keç, amba belə keç. Həkəri çayının üsdündə dərə vardı. Ermənilər deyirdi ki, üş yüz il keçə, o çayın üsdünnən keçəndə erməninin iyi bizə gəlir. Ora elə yerdi bircə dənə yolu var, ikinci yolu yoxdu. Soltan bəy deyir: – Sizi silahnan boşdasam, camaat hamı şübhələnər. Gəlin belə bir şey eliyəh. Silahları qavaxdan keçirim getsin, qoşunuzu daldan keçirim, gedin. Orda Ağalarnan Ağammədi çağırır. Deyir: – Gəlin bura. Deyir ki, belə-belə. Deyir: – Gözəl kələk qurmusan, qoy gəlsin. Deməli, gətirif camaatı yerrəşdirir Zabuğun qəyəsinə. Silah keçif Şüşəyə sarı. Ermənini Xınzirəhdən bəri boşduyur. Gəlir Laçının çayına yerrəşəndə dalı daldan, qabağı qabaxdan kəsir, elə qoşunun topasını qırıllar. Erməni deyir: – Kosasaqqal kopoğlu gör bizi nə kələknən qırdı. Oların silahı da bizə qalır (2, 105-106).
Bu mətndə də ermənini aldatma motivi diqqəti çəkir. Erməninin Şuşanı qırmaq, dağıtmaq istəyinə Soltan bəyin tədbirli davranması, düşmənin bütün hiylələrini əvvəlcədən duyması, onu yenmək üçün bütün mümkün vasitələrdən istifadə etməsi, sonda düşmənin özünü qıraraq arzusunu gözündə qoyması rəvayətin məzmununun tarixiliklə üst-üstə düşdüyünü sübut edir.
“Paqarat ermənisi” mətnində Gorusda Paqarat adlı erməninin müsurmanın (yəni türkün- E.Q.) “qanını çörək kimi yeməsi”ndən, Soltan bəyin isə bu türk cəlladını ölümlə cəzalandırması haqqında danışılır (2, 106-107).
Ötən yüzilin əvvəllərində Qarabağdakı qırğınlarla bağlı daha bir tarixi rəvayətin məzmununa diqqət yetirək.
Danışılır ki, Novruz bayramında ermənilər kəndə girib adamları qırırlar, camaat bayram aşını da yeyə bilmir: “Həylə boz atlılardı, Qılınc təpənin başındadırlar. Ədil adında bir oğlan var idi. Hansısa kəntdəniymiş. Deyirlər, onun belinə qaynar samavarı şəlliyiflər. O da qışqıra-qışqıra qaçırmış. Xalam deyir ki, biz də axşama qədər Qara qayada gizdəndih ki, qarannıx düşəndə Yazı düzüynən gedif, ordan aşıf Qarabağa gedəh. Deyir ki, uşaxların ağzını möhkəm tutmuşdux ki, birdən ağlıyallar, ermənilər eşidər. Xalam deyir ki, Yazıdan keçəndə bir hamilə qadını ermənilər nətəər günə salmışdılarsa, adam o vəziyyəti danışa bilmir. Hamilə qadının qarnını yarıf körpəsini qırağa atmışdılar, hamısını öz gözdəriynən görüf. Xalamgil gediflər Qarabağda bir əz qalıflar, iki-üç il. Qubatdıda İldırım bəy vardı. O, bizə dedi ki, qorxmuyun, daha hər şey həll olunuf, çıxın gedin yerıza, yurduza. Onnan sora, deyir, neçə gün yol gedif gəldih Hacılıya. Gəldih gördüh ki, evləri yandırıflar, uçuruflar, dağıdıflar. Xalamgilin də evləri uçuf-dağılıf. Xalamın anası varmış Xatun arvad. O, evdən çıxanda onun iki qardaşı, bir oğlu ölmüşümüş. Onun qardaşının birini erməni öldürmüşmüş. Qapının başına Həzrət Abbas nəziri qoydu. Dedi ki, bı nəziri qoyuram bura, mənim evimi ermənilər yandırmasın. Xalam deyir, Qarabağdan qayıdıf gələndə gördüh ki, kənd hamısı xarabadı, yandırıflar, kül eliyiflər. O vaxtı da ev yoxuymuş da, hamısı damıymış. Bircə Xatun nənənin evi yanmamışdı.
...Meşənin içinnən durbinnən baxıf ki, ermənilər sımavar qaynadıf qız-gəlinlərin belinə şəlliyiflər. Qız-gəlinnərin, kişilərin at kimi ayaxlarını nallıyıflar. Bunun hamısın görür. Qayıdıf gələndə Xozanavar, Bayandurda qabağına kim keçirmiş əvəzin çıxırmış. O vaxdı biz deyirdik baba, bəs yazığ deyil. Deyirdi, vaxt gələjəh mənə rəhmət oxuyajaxsız ki, Muradəli kişi, Allah sənə qəni-qəni rəhmət elə- sin. O gedif görmüşdü, buların xilslətin bilirdi” (4, 214-219) .
Mətndə sadalanan erməni vəhşilikləri tarixilik baxımından faktdır. Folkorşünaslıq baxımından diqqəti çəkən bir məqam – ermənilərin əlindən qaçaqaçda Xatun arvadın evində Həzrət Abbasa nəzir qoyması, qayıdıb gələrkən bircə onun evinin salamat qalması dar macalda belə inancla yaşaması, evinin, yurdunun məhv olmayacağına inamıdır.

Sonuc

Sözügedən mövzu ilə bağlı sadalanan misallar əsasında onu demək olar ki, ermənilər artıq üç əsrə təsadüf edən müddətdə türk adına patoloji nifrətlə yanaşır, onu yer üzündən silmək üçün ağlagəlməz vəhşiliklərə əl atırlar. Ancaq faciələr türk etnosunu sarsıtmır, əksinə, onun yaşam potensialını daha da gücləndirir. İbtidai-kosmoloji düşüncədə inkişaf, irəliləmə, yenidən doğuluş mərasimi ölümdən keçir. Bu cəhətdən ölüb-dirilmə bəşər tarixinin normal etnoslarından olan türklərin də etnik düşüncəsinin genetik strukturunu təşkil edir. Azərbaycanın əfsanə və rəvayətlərində soyqırım və milli yaradılış məsələsinin araşdırılması bu mənada bir ilk sayıla bilər.

Qaynaqlar

1. Qaliboğlu E. (İmaməliyevin) şəxsi arxivi.
2. Qarabağ: folklor da bir tarixdir, III kitab. (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012. 468 səh.
3. Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2013. 459 səh.
4. Qəniyev S. 1918-ci il Şamaxı soyqırımı. Bakı-Nurlan, 2003, 229 s.
5. Nəbiyev A. Azərbaycan şifahi xalq ədəbiyatı, Bakı, Elm, 2006, II hissə. 648 səh.
6. Pirsultanlı S.P. Azərbaycan Türklərinin xalq əfsanələri. Bakı, Azərnəşr, 2009, 427 səh.

The Attitude To The “Genoside” Concept In The Frame Of Cosmogonical Creation (on the basis of Azerbaijan legends and fables)

Summary

During all history there were a lot of Armenian genosides against the Turkish nationality. For nearly 3 centuries the Armenians` attitude to Turkish nationality has been full of hatred, and they have tried a lot of ways to destroy it. But Turkish nationality could overcome any genoside, restore itself and become stronger. Tragedies couldn`t shake turkish power, on the contrary made its life potential. To become stronger in death, to survive dying is a formula of primary-cosmological way of thinking.
Dying and surviving is genetic structure of Turkish nationality. But as amutation of history the armenianshave always been an example of slander, chaos and death.They can not understand the way how the turkish could get the strength from the genoside the underwent. It`s connected with the highest level of mutation of the armenians.
In the article the attitude to genoside consept is in the frame of cosmogonical creation ( on the basis of Azerbaijan legends and fables).

Key words: genoside, legend, fable, cosmogonical creation, dying and surviving.

Отношение к концепту «геноцида» в рамках космогонического создания

Резюме

В разные периоды происходили армянские геноциды против тюрскского народа. В течение 3 веков армяне относились к тюркам с ненавистью, применяли разные дикости, чтобы уничтожить етот народ. Но тюрский народ мог встать на ноги после каждого геноцида, возрадиться и усилить свой жизненный потенциал. Становиться силнее в смерти, уметь выживать, умирая – ето формула основного космоногического мышления. Умирать и выживать составляет генетическую структуру етнического мышления тюркского народа. Но армяне, как мутация истории, всегда были носителями клеветы, хаоса и смерты. Они никак не понимают как тюрский народ может становиться сильные после каждого геноцида. Ето связано с высший точкой мутации армянские мышления. В статье концепт «геноцида» рассматривается в рамках космогонического создания.

Ключевые слова: геноцид, легенда, космогоническое создания, умирать и выживать.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.