Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
02.12.2020

Vətənə sevdalı dost


Hamı Səni GENERAL-MAYOR POLAD HƏŞİMOV kimi tanıdı, amma mən orta məktəb illərindən bir partada oturan əziz qardaş, sevimli sirdaş, hər zaman gülümsəyən, heç kimi incitməyən POLAD kimi tanımışam. Sənin ŞƏHİD olmağın illərlə əlaqə qura bilməyən sinif yoldaşlarımızı bir araya gətirdi, hər sözümüz, hər kəlməmiz POLAD oldu, öz dərdimiz yadımızdan çıxdı. Sosial mediada, xəbərlərdə, rəylərdə Sənin haqqında yazılanları oxuduqca heç təəccüblənmədim, çünki Səni uşaqlıqdan tanıyırdım. Təəccüblənmək o vaxt olur ki, bilmədiyin yeniliyi öyrənirsən. Yazıblar ki, hər zaman güclü, strateji planlar hazırlamısan. Buna necə təəccüblənmək olar?! Çünki riyaziyyat fənnini çox gözəl bilirdin, bizə də kömək edirdin (tapşırıq dəftərini verirdin çalışmaları Səndən köçürdürdük), sevimli Gülşən müəlliməmiz elə gün olmurdu ki, səni lövhəyə çıxartmasın, heç etiraz etməzdin, yenə də gülə-gülə lövhəyə çıxardın. Yaddaşımda lövhənin qarşısında durduğun anlar həkk olunub: uzun, arıq, qarayanız, gülərüz Polad.
Yazırlar ki, inadkar olmusan. Buna da təəccüb etmədim. Belə ki müəl-limlərimiz israr edirdilər ki, sən həkim olmalısan. Ancaq sən öz bildiyini etdin, hərbçi olmağı seçdin.
Əsgərlərin yazıb ki, ata, böyük qardaş sevgisi görüblər Səndən, heç təəccüb etmədim, çünki biz (sinif yoldaşımız Məmmədova Vəfa və mən eyni qrupda oxuyurduq) tələbə olanda təhsil aldığımız Xarici Dillər İnstitutuna hərbi formada gəlib bizə baş çəkmişdin, dərslərimizlə maraqlanmışdın, çox qürurlanmışdıq.
Millətimiz, sevimli Sumqayıtımız Səni çox sevgi ilə qarşıladı, zamana, məkana, hətta karantin rejiminə belə baxmadan həsrətlə yolunu gözlədi. Buna da heç təəccüb etmədim. Çünki Sən özün də insansevər, mərd, cəsur idin, bütün çətinliklərə sinə gərirdin, səsin-sorağın Murov dağından, cəbhə bölgələrindən gəlirdi...
Səninlə bağlı yaddaşımda qalan xatirələrim çoxdur, ancaq hislərimi bayatılara köçürdə bildim, əzizim Polad! Haqqını Bizlərə Halal Eylə!

Əzizinəm gülərdi,
Danışardı, gülərdi.
Polad çox sirr bilsə də,
Söyləməzdi, gülərdi.

Əzizim vəfalı dost,
Sevgili, sevdalı dost!
Ömrümdə Polad oldu
Vətənə sevdalı dost.

Dağlarında çəni var,
Dumanı var, çəni var.
Poladımız gedəndən
Ölkəmizin qəmi var.

Əzizinəm ay Polad,
Sevdin bizi, ay Polad?!
Doymadıq nur üzünə
Sən doydunmu, ay Polad?!

Ay gəlib illər gedib,
Sevincli günlər gedib.
Qəlbimdə çox kədər var,
Polad ömrümdən gedib.

Əzizim dost yarası,
Ağırdır dost yarası.
Polad, dərdim çox böyük
Sağalmaz dost yarası.

Əzizinəm Poladdır,
Dəmir deyil, poladdır.
Düşmənlərə dağ çəkən
Generalımız Poladdır.




Sumqayıt şəhəri, Mikayıl Müşfiq adına 34 saylı orta məktəbin XI A sinif şagirdi
GENERAL-MAYOR HƏŞİMOV POLADIN sinif yoldaşı VƏFA İBRAHİM (AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru)

 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.