Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
24.11.2020

Xalq yaradıcılığında erməni düşmənçiliyi motivi

(Füzuli folkloru əsasında)

Folkor xalqın tarixi, keçmişi, məişətinə bağlı yaranan zəngin bir mədəni sistemdir. Bu sistem daxilində bu və ya digər xalqın apardığı mübarizə, müdafiə, sabaha arzu və ümidləri yer almaqdadır. Dünyanın bir çox xalqlarında olduğu kimi qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan torpağı zaman-zaman xarici işğalçı, kənar siyasi qüvvələrin hücumları şəraitində yaşamış, maddi-mənəvi sərvətlərinin qorunması, ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır. Tarix boyu belə mübarizə meydanlarının açıldığı qanlı ocaqlarda mənfur ermənilərin törətdiyi faciələr, bizim doğma torpaqlarımızı qəsb etmələri, milli-mədəni irsimizi özününküləşdirmək istiqamətində apardıqları çirkin siyasət, vəhşiliklər və s. başlıca yer tutmuşdur. Sözsüz ki, torpağımız, doğma yurd-yuvamız üçün igid, ərənlərimiz erməni özbaşnalığına qarşı mübarizələrini döyüş meydanlarına daşımış, səngərlərdə aparılan hərbi mübarizəmizlə yanaşı, xalq yaradıcılığında da erməni vəhşiliyinə qarşı bir cəbhə qurulmuşdur. Ayrı-ayrı şifahi söz sənəti inciləri-layla, el deyimləri, inanc, dastan və nağıllarımızda da mənfur qonşuların Azərbaycan torpağında illərlə yürütdükləri siyasət, xalqımıza qarşı işlətdikləri cinayət, özbaşnalıqlara qarşı nifrət, intiqam hissi öz əksini tapmışdır.
Folkorumuzun janr sistemində yığcam mətn strukturu, dərin lirizmi ilə yüklənən bayatılar digər mövzularla yanaşı, həm də tarixi faktların ümumiləşdirilmiş obrazında torpaq, vətənin zaman-zaman yaşadığı ağrılar, siyasi hadisələr əsasında yaranmışdır. Folklorumuzda seçiln “Araz”, “Qarabağ” motivli bayatılarımız bu baxımdan Azərbaycanın torpaq, müharibə və mübarizə tarixinin bədii dillə danışan, nəğməyə çevrilən həqiqətləridir. “Araz” motivində Təbriz həsrəti, qardaş ayrılığı, ikiyə bölünən torpaq ağrısı yer aldığı kimi, “Qarabağ” silsiləsindən olan bayatılarımızda da erməni vəhşilikləri, vandalizm, itirilən torpaqlarımızın ağrı-acısı bədiiləşməkdədir. Maraqlıdır ki, 2000-ci illərə qədərki toplanan folklor irsimizdə, xüsusilə istər Araz, istərsə də “Qarabağ” motivli bayatılarımızda “düşmən obrazı” konkret dövlət, tayfa, millət adı çəkilmədən mətnlərdə yer almış, onların törətdikləri cinayətlər, bu cinayətlərin insanlarda yaratdığı iztirab, ovqat ümumiləşdirilmiş hiss-ekspresiyyada tərənnüm olunmuşdur. Yaşanan talesizlik, düşmənin vurduğu zərbələr daha çox ənənəvi “Fələk”, “Tanrı”ya müraciətlər üzərindən bayatılarda yer almışdır. Dağıdılan yurd-ocaqlar “ələk-vələk olunan bağ”, “xəzan bürümüş torpaq” və s. obrazlaşmalarda xalqın vətən həsrəti, qəribçiliyi, söz övsunlarının qoşulduğu qarğış-bəddualarla nifrət duyğusunda ifadə olunmuşdur:
“Təbriz”motivli bayatılarda:

A Təbriz, sona Təbriz,
Günləri sana, Təbriz.
Bizi ayrı salanı,
Od tuta, yana Təbriz.

Təbrizim sinə-sinə,
Gün düşdü sinəsinə.
Səttar gülləsi dəysin
Düşmənin sinəsinə.

“Qarabağ” motivli bayatılarımızda:

Qarabağı,
Könlümün Qarabağı.
Gorbagor olsun cəllad
Kor qoydu Qarabağı.

Gəncədən gəl, Gəncədən,
Atın yesin yoncadan.
Bizi qərib salanın,
Beli sınsın incədən.

Qarabağın narıncı,
Yar yara yalvarıncı.
Bizim elə göz dikən,
Qalsın yerdə zarıncı.

Son 30 ilə yaxın bir müddətdə el-obasından didərgin düşüb qaçqınlıq taleyi yaşayan həmvətənlərimizin dilində bu nəğmələr daha kəskin söz ovsununda erməni murdarlığının törətdiyi vəhşiliklərə ünvanlanmaqdadır:

Araslar oda yansın,
Od tutsun, oda yansın.
Nejə biz dağıldıx çöllərdə yandıx,
Allah, erməni elə yansın.

Qızıl gül haça bəddi,
Sana gör neçə bəddi.
Yanasan erməni, gəl düş biz düşən dərdə
Gör bu bir necə dərddi.

Qeyd edək ki, ümumiyyətlə tük xalqlarında qarğış, bədduanın söylənilməsinə həmişə ehtiyatla yanaşılmış, sözün magik gücünə inam onun dilə gətirilməsində belə müəyyən tabulara əsaslanmışdır. Folklor nümunələrinin toplanılması təcrübəsində də dəfələrlə müşahidə etmişik ki, qoca ana-nənələr qarğış söyləməkdən imtina etmiş, “bala, cavan üzünə deməzlər”, “eşidən qulağımızdan uzaq, söylənilməz” deməklə həmişə bədduaların “çağrılmasın”dan yayınmışlar. Təsadüfi deyildir ki, toplama prosesində bir çox hallarda informatorlar qarğış mətnlərini söyləməzdən əvvəl ermənilərin onların başına açdığı oyunlardan, vəhşiliklərdən danışmış və qeyri-ixtiyarı bu ovqata köklənib düşmənə bəddularını bildirmişdilər:

Mən aşıx Həkəriyəm,
Qəndinəm, şəkəriyəm.
Ağır-ağır bardannar götdüh,
Ağır-ağır ketmannar götdüh.
Sahələr bejərdih, əvlər tihdih,
Demə erməninin donnuxsuz nökəriymişəm.

Bayatılarımızda olduğu kumi, atalar sözləri, deyimlərimizdə də xalq əzəli, əbədi düşməninə öz münasibətini bildirmiş, eləcə də illərlə birgə yaşayıb hal-xasiyyətinə bələd olduqları bu nankorların iç üzünü açıb göstərmişdir. Xalq məişətində yaranan inanc və el deyimlərində də düşmən-erməni obrazına eyni şəkildə aqressiv münasibət yer almaqdadır. Folklor toplama işlərində məzhəb ayrılığı üzərindən diqqət yetirdiyimiz məqamalar sırasında yaşlı el ağbirçəkləri üçün bu münasibətlərdən danışmaq həmişə çox həssas bir mövzuya çevrilmişdir. Zamanla ana-nənələr “erməni qabından” uzaq durduqları kimi onlarla ünsiyyətdə də həmişə ehtiyatlı davranmağa üstünlük vermişdilər. Bu xalq məişətində geniş işləklik qazanan “elə bir erməni dığasıdır”, “elə bir erməni haxçığıdır” ifadələrinin işlənmə mövqeyi də sübut edir ki, “qonşular” dünyagörmüş ana-nənələrimiz, ata-bablarımızın illərə dayanan təcrübəsində yalançı, hiyləgər, nankor insanlar kimi tanınmışdılar.
Təsadüfi deyildir ki, zaman-zaman erməni yalanı, vəhşiliyinin şahidi olan bu xalq “Qara gecə ağ olmaz, əski düşmən dost olmaz”, “Hər yurdun ovunu öz tazısıyla”, “Su uyuyar, düşmən uyumaz”, “Bəsdə qarğanı, oysun gözünü” və s. kimi deyimlərində gələcək nəsillərə bir mesaj göndərmiş, nəsihət vermişdilər. Bu nümunələrlə xalq öz hikmətində gələcək nəsillərə hər şeydən öncə milli qəhrəmanlıq, mübarizə tarixi belə olmayan erməni düşmənçiliyini, tarix boyu türklərin kölgəsində yaşayıb, özlərini tanıtmağa çalışan “natamam bir xalq”ın qəzəbini, iddeasını xatırladır. Qarabağda, xüsusilə Füzuli məişətində bu gün “erməni qan gördü” ifadəsi tez-tez işlədilməkdədir. Qorxaq, öz kölgəsindən belə çəkinən, yaxud elə də əhəmiyyəti olmayan bir hadisənin böyüdən hər bir kəs üçün xalq məişətində bu bənzətmədən yerində istifadə olunmaqdadır. Yaxud folklorumuzda geniş yayılan “Ərindiyindən erməniyə dayı deyir”, “ərindiyindən erməniyə dayı deyəcək ərinənə eşşək deyərlər” kimi vulqar ifadələrdə də eyni nəsihət və uzaqgörənlik öz ifadəsini tapmaqdadır. Xalq məişətində rastlaşdığımız bir çox inanclarımızda da oxşar motivlər izlənməkdədir. Müxtəlif meyvə, tərəvəzlərin ilk nübarını dadarkən “başımın, dişimin ağrısı erməniyə” söylənilməsi də verbal magiya gücündə qarşı tərəfə nifrət və bədduanın ötürülməsi mexanizminin fərqli bir ifadə şəklidir.
Düşməndən intiqam motivinin ən geniş yayılmış, belə demək mümkündürsə, gizli formalarından biri də erməni milliyyətindən olan şəxslərin müsəlmançılığı qəbul etməsidir. Füzuli, eləcə də Qarabağ bölgəsinə aid bir çox rəvayət və “Əsli və Kərəm” dastanı motivlərinə uyğun yaranan nağıl mətnlərində erməni qızının müsəlmançılığı qəbul etməsi seçilən, əxlaqi dəyərlər baxımından üzə çıxarılmayan geniş yayılmış mövzulardandır. Erməni qadınının müsəlman məişətindəki hərəkətləri, ailə münaqişələri və s.bağlı el arasında çoxsaylı lətifə, rəvayətlər mövcuddur. Maraqlıdır ki, hələ qədim zamanlarda zina edən erməni kişisi, yaxud qadını qamçılanar, ya da müsəlmanlığın qəbul olunmasına məcbur etdirilərdi. Bu öz-özlüyündə cəzalandırılma və intiqam, qisas almanın forması olaraq qəbul olunmaqdaydı.
Məlumdur ki, “Əsli və Kərəm “ dastanında bir-birlərini sevən gənclər sonda öz arzularına çatmırlar. Dastanın sevgi uğursuzluğunda qalmasının başlıca səbəblərindən biri də xalqın erməni-türk izdivacına qarşı çıxması, xalq arzusuna uyğun olmaması, xalq istəyindən kənarda qalması məsələsidir. Yaxud “Sənan və tərsa gözəli” dastanında Sənan kilsəyə gəlib dinini dəyişsə də sonda Məhəmməd Peyğəmbərin Məleykənin yuxusuna girib, ona yol göstərməsi ilə qız dinindən dönüb, müsəlmançılığı qəbul edir. “Əsli və Kərəm” dastanında sevən gənclərin vüsala yetməmələri “el qınağı”ndan çəkinməyib yola çıxan Kərəmin faciəsini reallaşdırdığı kimi, “Sənan və tərsa gözəlində” məhz qadının müsəlmançılığı qəbul etməsi ilə xoşbəxt sonluqla nəticələnir.
Qarabağ folkloru bütün hallarda Azərbaycan gerçəkliklərinin tarixi möhürünü üzərində yaşadan zəngin, əvəzolunmaz bir mənbədir. Bu mənbə bizim keçmişimiz, məişətimiz, mübarizə, mücadilə tariximizi xalq dili, hikməti ilə qoruyub saxlayır. Bu gün doğma Füzulimizdə xalq tərəfindən bəddu ilə xatırlanan ermənilər yazılan tariximizdən xalqın gələcək nəsillərə göndərdiyi bir tarix, bir ibrət, bir nəsihətdir...

Mətanət Maşallahqızı (Abbasova)
AMEA Folklor İnstitutu, “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.