Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
20.11.2020

Elçin Qaliboğlu
AMEA Folklor İnstitutunun böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan folklorundan erməni oğurluqları

Tarixin gedişində bütünlüklə mənəviliyə, insanlığa dayanan məqamlar tapmaq çətin olsa da, bəşərin qədimdən bugünə kimi olan tarixi göstərir ki, xüsusən bundan sonra mənəvi keyfiyyətlərsiz yaşamaq, varlığını, dövlətçiliyini təsdiq etmək daha da çətinləşəcək. Baxmayaraq ki, indi də dünyanın bir günü belə zorsuz keçinmir. Tarixən zəngin dövlətçilik ənənəmizlə yanaşı zaman-zaman buraxdığımız səhvlərin ucbatından bu gün çoxsaylı itkilərimizin bitməyən acısını yaşayırıq.
Erməni həmişəki kimi indi də fürsətcilliyə, bicliyə, qaniçənliyə, zora əsaslanır. Bəli, siyasi dünyanın öz məntiqi var. Zorlusansa, hər şeyin var. Ancaq mahiyyətcə dövlət hadisəsini yaşadan, sabaha aparan ehtiyac zor deyil, insanların xalq olaraq varlıqlarını təsdiq etməsi kimi gərəkli, qaçılmaz istəkdir.
Erməninin bu torpaqlara gəlmə olması, tarixi torpaqlarımızda məhz havadarlarının köməyilə bufer dövlət yaratması heç kimə sirr deyil. İndi də torpaqlarımızda ikinci qondarma dövlət yaratmaq istəyi həyasızlığın və ruhsuzluğun – insanslızlığın ifadəsidir.
***
Erməni alimi, akad. Manuk Abeqyan yazır: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”.
Akad. M.Ağanbekyan da eyni fikri təsdiq edir: "Erməni dili hibrid (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir”.
Erməni şairi M.Nalbandyan isə erməniləri ümumiyyətlə, bir etnik varlıq kimi şübhə altına alır: “Mən ermənilərin yaşadıqları bir çox yerləri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzuma indiyə kimi çatmamışam”.
***
Buradaca fil.ü.f.d. Əziz Ələkbərlinin fikirlərinə diqqət yetirək: “Qafqaz tarixində erməni deyilən bir xalq yoxdur. Bütün bu ərazilər xüsusilə iki böyük Türk qövmü arasında bölüşdürülüb – Oğuz alplarının məskunlaşdıqları ərazilərə Alpan, Alp eli, Albaniya, yəni “Alpların ölkəsi”, qeyri-oğuz türk boylarının – Qıpçaq ərlərinin məskun olduqları coğrafiyaya isə Arman//Ərmən, Armaniya//Arminiya//Ərməniyə, yəni “Ərlərin ölkəsi” deyiblər.
Başqa sözlə, ermənilər və ya ərmənlər ən qədim zamanlardan üzü bəri Cənubi Qafqazda və Yaxın Şərqdə yaşayan oğuzlar, qarqarlar, qamərlər, saklar, işquzlar, qıpçaqlar, bulqarlar, gögərlər (quqarlar), hunlar, kasbilər, xəzərlər, şadlılar və b. kimi türk boylarından biri yox, onların bütöv bir qrupunun ümumiləşmiş adıdır, alpanlar//albanlar kimi, yəni subetnosdur. Ona görə də bütün tarixi mənbələrdə bu coğrafiyada az qala dövlət səviyyəsində iki coğrafi məkanın adı çəkilir – Albaniyanın və Ərməniyyənin. Üçüncüsü də var – İberiya, o da Ərlər boyu anlamındadır (İb-er//Bi-er və ya Eb-er)”.
Tarixi mənbələrdə “Ərməniyyə” olaraq adı keçən yer haqqında bilgimizi dəqiqləşdirək: “Cənubi Qafqaz və Yaxın Şərq tarix boyu Türk ərlərinin//alplarının anayurdu olduğundan bu coğrafiyadakı bütün qədim dövlətlərin adında ərmənlərin də mənsub olduğu həmin Ərlərin//Alpların (Ər-manların//Alp-anların – “Ər kişilərin”) adı keçir: Şumer//Subar, Xarxar//Qarqar, Arat- ta, Ararat, Alpan, Arman, Aran, İber və s.
Sasani hökmdarları, daha sonra ərəblər bu bölgəni Ərməniyyə adlı dörd inzibati vahidə böləndə də bugünkü erməniləri yox, Türk Ərlərinin yaşadıqları coğrafiyanı nəzərdə tuturdular. Tarixi Ərməniyyə isə qədimdən qıpçaq türklərinin anayurdu idi. 405-ci ildə Mesrop Maştots “erməni əlifbası” deyilən əlifbanı həmin ermənilər – xaçpərəst qıpçaq türkləri üçün tərtib etmişdi və bu gün yüzlərlə qıpçaq mətni həmin əlifbada günümüzə qədər gəlib çatıb. Türkoloq, prof. Aleksandr Karkavetsin “Erməni-qıpçaq yazıları” kimi dünya elmi ictimaiyyətinə təqdim etdiyi həmin mətnlər ən müxtəlif yönlərdən, xüsusilə Qafqazın tarixi ilə bağlı irəli sürdüyümüz konsepsiya baxımından ciddi elmi tədqiqini hələ də gözləməkdədir”.
***
1828-ci ildən sonra Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülən ermənilər həyasılıqla özlərinə yer etməyə çalışdılar. Mərhum prof. Azad Nəbiyevin tədqiqatında vurğulanır, erməni separatçılarının Azərbaycan elminə qarşı terroru maddi və mədəniyyət abidələrinin saxtalaşdırılması, öz adlarına çıxılması ilə başlayıb. Onların siyasi terrorçuluğu hələ X yüzilin əvvəllərində baş vermişdi: Balkanlardan Zaqafqaziyaya köç edəndə bu yerlərdə albanlarla rastlaşmışdılar. Heç bir kökü, mənşəyi olmayan, yaxud naməlum olan bu xalq alban mədəniyyətini, alban əlifbasını oğurlamaqla özlərinə saxta mədəniyyət, əlifba düzəltdilər, Qarabağ ərazisindəki alban çarlığını ələ keçirib dövlət qurmaq istəsələr də, əməlləri baş tutmadı. Öz etnik köklərini müəyyənləşdirə bilməyən bu qaraçı tayfalarından törəyənlər bu dəfə də albanların assimilyasına məruz qaldılar və özlərinə saxta dil, mədəniyyət, əlifba, tarix, folklor quraşdırmağa başladılar. Köçürüldükləri yerlərdə yerli etnosların mədəniyyətinə əl uzatdılar, özlərinə "milli mədəniyyət" yaratdılar.
Gürcüstan Respublikası Mərkəzi Dövlət Arxivində saxlanan 247 N-li fonddakı 2-ci qovluq, 6-cı vərəqdə bildirilir, İran və Türkiyə ermənilərinin aralarında olan toqquşmanın və hücumların nəticəsində 1850-1852-ci illərdə Türkiyə erməniləri tərəfindən 47 iranlı erməni (o cümlədən 12 qadın, 4 uşaq) öldürülmüşdü, buna cavab olaraq iranlı ermənilər Türkiyədən gəlmiş 12 erməni qadının başını kəsmişdilər. Ermənilərin öz aralarındakı vuruşmalarının qarşısını almaq üçün 1831-ci ilin yanvarında Türkiyədən gəlmiş 487 ailə Şuşaya köçürülmüşdü. Müxtəlif illərdə isə onlar Azərbaycanın Qarabağ, Zəngəzur, Göyçə, Gəncəbasar, Şəki-Oğuz torpaqlarında yayılmağa başladılar, 1880-ci illərdən başlayaraq azərbaycanlılarla ermənilər arasında torpaq davaları başladı.
***
Bu dönəmdən başlayaraq ermənilər bicliyi, fürsətcilliyi bayraq etməklə ilk növbədə Azərbaycan folklorunda, mədəniyyətində nə varsa, yavaş-yavaş özlərininki saymaq üçün “əsaslar” yaratmaq istədilər. Bu əsaslar da ondan ibarət idi ki, ilk növbədə dilimizdəki adlardan geninə-boluna bəhrələndilər. Bu gün ermənilər Azərbaycan-türk kökənli xeyli soyadı “şəstlə” daşıyırlar.
Faktlara baxaq:
Adabaşyan//Odabaşyan, Adaşyan. Adibekyan. Ağababyan//Ağababov Ağabalyan//Ağabalyants. Ağabekyan//Ağabekov Ağacanyan//Ağacanov, Ağadadyan, Ağaxanyan, Ağalaryan, Ağalovyan, Ağamalyan, Ağanbekyan, Ağaryan, Ağayan//Ağayants, Ağbabyan, Ağbalyan, Ağbaşyan, Ağdalyan, Ağdaşyan, Ağriyan//Ağryan Ağvanyan, Alboyacyan, Alibekyan, Alixanyan//Alixanov Altunyan, Arabaçyan//Arabacyan, Arakçyan//Araxçyan, Arazyan, Arşakyan, Bekverdyan, Beqlaryan//Beklaryan//Beylaryan//Beyleryan, Belubekyan, Beşiktaşlyan, Bıçaxçyan, Bilezikcyan, Boyaxçyan//Boyacyan//Boyaciyev//, Budaqyan//Budaqov, Buğayan//Buğayev, Hoppalyan, Xalacyan, Xalpaxçyan, Xanağyan, Xangeldyan, Xarabacaxyan, Xaraxaşyan, Xarmandaryan, Xazarcyan, Qanyan//Qanayan, Qaracyan, Qaraxanyan//Karaxanyan//Karaxanov, Qaraqaşyan//Qaraqaş, Qarbuzyan, Qarqaryan, Qatrçyan, Qavalyan, Qocoyan//Kocoyan, Qorqodyan//Korkotyan, Qoryan//Qoroyan və s.
Ə.Ələkbərli və E.Qaraqoyunlunun “Türkmənşəli erməni soyadları” kitabında (Bakı, “Qaya”, 2016. 512 səh.) ermənilərin soyadları araşdırılıb, türkmənşəli erməni soyadlarının lüğəti tərtib olunub, 1001 erməni soyadının elmi şərhi verilib.
***
Aşıq sənəti mahiyyətcə sırf türk ruhundan yaranan, qədimdən bu əsasda yaşayan sənətdir. Yəni aşıq sənəti bəşəri mahiyyətli olduğu dərəcədə də çağımızda bunu yaşadan türk xalqlarıdır. Şübhəsiz, belə bir bənzərsiz yaradıcılıq örnəyi ilk növbədə əhatəmizdə, içimizdə yaşayan müəyyən xalqlara dərin etki göstərdi.
Zəngin xalq ondan bəhrələnmək istəyəndən səxavətini əsirgəməz. Türk ruhu da belədir. Ona görə ki, tükənmir, yaradıcılığın mayası özündəndir. Bəs ermənilər ulusal ruhumuzdan necə bəhrələniblər? Etirafçı səviyyədə, ya qamarlayıb özününkü saymaqla?
Erməni ruhunda təqlidçilik var, yaradıcılıq yoxdur. Gərək ruhunda yaratmaq qabiliyyəti ola ki, nəsə yaradasan. Erməni xarakterində oğurluq, biclik varsa, o necə özünəməxsusluq daşıyıcısı ola bilərdi? Ola bilmədi, bu gün də ola bilmir.
***
Muğam sənəti Şərqi mahiyyətli, Şərqin əsas, aparıcı xalqlarının müştərək sənəti olsa da, muğamların ən yaxşı ifadəçisi, qədimdən bu günə daşıyıcısı, yaşadıcısı qədim şərqlilər olan Azərbaycan türkləridir. Üstəlik də bu bənzərsiz musiqi örnəkləri tarda, kamançada, balabanda və s. necə ulusal, doğma səslənir...
Erməni ruhunda muğam qüdrətinə varmaq, onu yaşatmaq hünəri yoxdur! Erməni sadəcə, məharətli təqlidçidir, usta bicdir!
1905-ci ildə, 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində, ayrıca olaraq Güney Azərbaycanda, indiki Türkiyə ərazisində soyqırımlar törədən erməni qətiyyən bəşəri ruha uyğun deyil. Hibrid “xalq” olan erməni özünün tarix səhnəsindəki yerini, varlığını bu gün də qatilliklə, cılız iddialarını min bir hiyləylə davamlı gerçəkləşdirmək istəyir.
Xocalını törədən ermənini necə bəşəri saymaq olar? İndi bu qatillik çeşidlərini törədəndən sonra durub həyasızcasına demək ki, balaban da erməninindir; üstəlik balabanda Azərbaycanın xalq havacatlarını “şirin-şirin” çalmaq, muğamsayağı görkəzmələr etmək; bütün bunlar erməni sifətinin necəliyini aydınca göstərir.
Zurna-balaban həmişə yanaşı təsəvvür edilən, mahiyyətcə bir-birindən ayrılmayan musiqi alətləridir. Zurna alətindən Şərqdə həmişə geniş istifadə edilib, ancaq bu alətin gerçəkdən ən yaxşı ifaçıları xalqımızın nümayəndələri olub. Balaban aləti adından bəllidir ki, bizimdir, “bala səs” anlamındadır. Deməli, alət bizimki, üstəlik əsas ifalar da bizimkidir. Xüsusən son onillərdə bu bəşəri sərvətdən erməninin şəxsində zorakı bəhrələnmənin, yəni açıq oğurluğun davamlı şahidi olmaqdayıq.
"Ekspress" qəzeti (3-5 may, 2008-ci il, "Heyvagülü" davası") yazır: "Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində erməni, azərbaycanlı və türk gənclər arasında dava düşüb. Olay ənənəvi 1 May konserti zamanı baş verib: "10-15 min nəfər tamaşaçı vardı. Biz də səhnədəkilərə tamaşa edirdik. Birdən "Erməni xalq rəqsi "Hayvakuran": ifa edir Rusiya Xalqlar Dostluğu Universitetinin erməni tələbələrinin rəqs ansamblı" elan olundu. İfa edilən isə bizim doğma "Heyvagülü" idi. Ermənilərin pavilyonunda isə xəritədə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilmişdi. Bu azmış kimi Suren adlı erməni gənc əlində Dağlıq Qarabağın bayrağını tutub yelləyir, Qarabağ bizimdir" bağırırdı. Onu bir kənara çağırıb belə etməməsini istədik, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedik. Bunu deyəndə Suren bizi söydü, hətta təpik də atdı. Biz də dözməyib etiraz edəndə ermənilər şüşə butulka və daş atmağa başladılar" - deyə S.Məsimov söylədi".
***
Erməninin bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus bəşəri bir dəyər yoxdur. Onun adına yazılmış yalnız qəsbkarlıq, qatillik dastanı var. Yeri gəlmişkən, oğurluq erməninin qanına-canına elə hopub ki, “Koroğlu” kimi yalnız türk xalqlarına aid olan bir dastanın “erməni variantı”nın olduğunu da qondarıblar. Əslində 30-cu illərdə Vəli Xuluflunun topladığı dastanı öz adlarına çıxıblar.
***
Mərhum prof. A.Nəbiyevin tədqiqatında vurğulanır ki, 1880-ci illərdən başlayaraq ermənilər mənəvi mədəniyyətimizə - aşıq havalarına, dastanlarımıza, xalq şeiri nümunələrinə, nağıllarımıza, xalq mahnılarımıza göz dikməyə başladılar. Göyçə kimi türkün qədim mədəniyyət mərkəzində sənətin bütün növlərinə əl uzatdılar. Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxartdılar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başladılar. Azərbaycan dilini iyrənc şəkildə təhrif edən bu üzdəniraq "ifaçılar" yanşaqlıqdan, təlxəklikdən o tərəfə getməsələr də, özlərini "şöhrətli aşıq", "dastançı" kimi təqdim etməkdən çəkinmədilər, Azərbaycan xalqının bir çox nağıl, dastan, əfsanə və rəvayətini ermənilərin xeyrinə təhrif etməyə başladılar. Onların yalançı "dastan qoşmaq" məharətinin üstü açılanda "ara, qanmadım" deyərək azərbaycanlıların ayağına yıxılır, gülünc vəziyyətdə aşıq meydanını tərk edirdilər. Məhz onların "fəaliyyəti" nəticəsində neçə-neçə dastan təbdil, tərcümə adı altında erməniləşdirilmişdi.
***
Folkor nədir? İngiliscə “xalq biliyi” anlamına gələn “folklore” sözü xalqın müəyyən bir ərazidə minillər boyunca həyatın (yaşamın) bütün sahələrində özünəməxsus yaradıcılıq örnəkləri yaratması deməkdir. Bu, təkcə düşüncə məhsulu-örnəyi kimi diqqəti çəkmir, genişanlamlıdır. Çağdaş dünyəvi təsnifatda folkor dedikdə xalqın qədimlərdən bəri ardıcıl davam edən özünəməxsus yaşam tərzi nəzərdə tutulur.
Faktlar sübut edir ki, ermənilər başqa sahələrdə olduğu kimi folklor sahəsində də oğurluqlarını dayanmadan davam etdiriblər. Əslində bu, strateji sahə idi, ona görə ki, erməniyə xüsusən bu bölgənin köklü-köməcli sakinləri olduqlarını sübut edən örnəklər gərək idi. Beləliklə, Azərbaycan nağıllarını da erməniləşdirməyə başladılar. SMOMPK (“Sbornik materialov opisaniya mestnosti plemeni Kavkaza”) məcmuəsində Azərbaycan nağıllarını erməni nağılları adı altında çap etdirirdilər. Tədqiqatlar göstərir ki, ermənilər 100-dən artıq Azərbaycan nağılını mənimsəyib, nağıllarımızdakı personajları erməni adlarına dəyişib, mətni ermənicəyə çeviriblər. Y.S.Xaçaturyanın tərcüməsi və qeydləri ilə 1931-ci ildə Moskvada çap olunmuş "Armyanskie skazki", A.Qanalanyanın tərtib etdiyi, ön söz və qeydlər yazdığı, Yerevanda 1965-ci ildə çap olunan "Armyanskie narodnıe skazki" kitabları da Azərbaycan nağıllarından tərcümə edilib. Belə faktların sayı onlarladır. Məsələn, "Göyçək Fatma" nağılının ermənicə adı "Arevaat və ilan Pəri"dir. Üstəlik, nağıllarımızdakı Nuşirəvan, Alp Arslan, Şah Abbas erməni hökmdarları kimi təqdim olunub.
Erməni oğurluğu sınır tanımır: onlarla Azərbaycan xalq və bəstəkar mahnıları, mətbəx mədəniyyətinin soraqları, xalça naxışlarımız, üstəlik dünya muzeylərində xalçalarımızın “erməni xalçası” kimi sunulması… Sadalamaqla bitən deyil.
***
Mərhum prof. İsrafil Abbaslının Azərbaycan, rus, ingilis dillərində çap etdirdiyi «Azərbaycan həqiqətləri» adlı kitabçada 40-a yaxın erməni ədəbi fikir nümayəndəsinin müxtəlif qaynaqlarda Azərbaycan haqqında etirafları toplanıb. Ermənilərin zaman-zaman türkün böyüklüyü haqqında söylədikləri onların səmimiyyətindən yox, həqiqət qarşısında aciz qalaraq etiraf etmələrindən irəli gəlirdi: «Biz bir xalq olaraq özümüz haqqında çox sözlər deyə bilərik. Özümüzəməxsus cəhətlərimiz təbii ki, çoxdur. Ancaq ermənilərin dedikləri bizim haqqımızda dedikləri maraqlıdır. Bu faktların təqdimindən sonra bu gün “erməni xalqının, erməni ictimaiyyətinin» əlləri boşda qalır. Kitabla tanış olacaq istənilən millətin nümayəndəsi ermənilərin sifətini daha yaxından tanıyacaq”.
Neçə yüzillər əvvəldən ta son dövrə kimi ermənilərin tanınmış adamlarının Azərbaycan xalqı, onun zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi və sair haqqında söylədikləri diqqəti çəkir. İ.Abbaslı yazır ki, XIX yüzilin birinci yarısında yeni realist erməni ədəbiyyatının yaradıcısı Xaçatur Abovyan publisist yazılarında Azərbaycan türkcəsi, tarixi, mədəniyyəti, folkloru haqqında yüksək fikirlər söyləyir. Abovyan etiraf eləyir ki, ermənilərdə bayatı deyilən bir şey olmayıb, biz bayatıları qonşularımız türklərdən götürmüşük. Abovyan bayatının çox gözəl, oynaq janr olduğunu, oxuyarkən insana misilsiz zövq verdiyini bildirir. Etiraf edir ki, erməni dili bayatıdan sonra çox şirinləşib. Azərbaycan Türkcəsi haqqında danışan Abovyan bu dilin hər mənada zənginliyini dilə gətirir, deyir ki, ermənilərdə folklor nümunələri birbaşa türkcə ifadə olunur. Aşıq sənəti, onun özünəməxsusluğu haqqında da danışır, deyir ki, qabaqlar ermənilərdə ermənicə dastan danışmaq, şeir demək ənənəsi yox idi. Abovyan etiraf edir ki, bunu da Azərbaycan Türklərindən götürmüşük. Qeyd edir ki, ermənilər uzun dövr ərzində Azərbaycan dastanlarını elə türk dilindəcə söyləyiblər, yaddaşlarında yaşadıblar.
XIX yüzildə yaşamış digər tanınmış ermənilər də bu mənada ciddi etirafda bulunublar. Nalbandyanın fikrinə görə, Tarverdiyan adlı Azərbaycanın folklor materiallarını nəşr edən folklorçu yazır, Azərbaycan türkcəsində yazıb-yaradan erməni aşıqlarının sayı 400-dən artıqdır. Bu fakt bir daha onu sübut edir ki, erməni aşıqları Azərbaycan türkcəsində yaşayıb-yaradıblar. Ermənilər etiraf eləyirlər ki, elə aşıqlar var, ancaq sırf Azərbaycan türkcəsində yazıblar. Tarverdiyan yazır, bu aşıqları ona görə erməni adlandırmaq olar ki, onlar erməni ailəsində anadan olublar, ancaq yaratdıqları Azərbaycan mədəniyyəti xəzinəsinə daxildir. Ermənilərin tanınmış araşdırıcıları etiraf edirlər ki, Azərbaycan türk xalq havaları, Koroğlu havaları onların musiqisiin formalaşmasına müstəsna təsir edib. Tarverdiyan daha sonra yazır ki, Avropa klassik musiqisi Qafqaz xalqları, o cümlədən ermənilər üçün təzədir, ancaq türk xalq nəğmələri tarix boyu yaşayaraq digər xalqlara, o cümlədən ermənilərin musiqi yaradıcılığına ciddi, təkanverici təsir edib. Araşdırmaçı erməni xalqının Azərbaycan mahnılarına vurğunluğundan yazır.
***
Azərbaycan Türklərinin ta qədimlərdən bəri ardıcıl şəkildə davam edən özünəməxsus yaşam tərzi, bu özüldə saysız-hesabsız yaradıcılıq örnəkləri var. Tarix boyunca özünün dədə-baba ərazilərində varlığını sürdürən tüklərin süfrəsindən tökülənlərlə var olmağa çalışan, min bir hiyləyə əl ataraq nə imkan varsa oğrurluq yaparaq xalq olmağa çalışan ermənilərin sabahlı görünmək çabaları mənasızlıqdan başqa bir şey deyil. Xalq olmaq özünəməxsusluq – tarix, dil, ərazi birliyinin ifadəsi deməkdir. Erməninin aqibətində isə bunlar yoxdur.
Erməni bu səbəbdən də özülsüzdür. Özülsüz millətin sabahı yoxdur. Düzdür, çağımızın yüzillərdən bəri davam edən siyasət özülü üzərində “varoluşu” davam etdikcə erməni də zahirən arxalı-dayaqlı görünür. Ancaq artıq bəşər, ölkələr anlayırlar ki, bu gedişlə sabaha getmək, var olmaq mümkün deyil.
Yenə də Ə.Ələkbərlinin qənaətlərinə diqqət kəsilək: “Haylar kimlər idilər? Başlanğıcını Assuriya və Urartunun qul koloniyalarından götürüb, bu koloniyalarda müxtəlif peşələrə yiyələndirilib, sonra da qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlərə ixtisaslaşmış (oxu: sənətkar!) qullar kimi satılan, etnik cəhətdən yekcins olmasa da, Hayasa şəhər-vilayətinin adı ilə hay (yəni Hayasa qulu) adlanan indiki ermənilərin XV yüzilə qədər Cənubi Qafqaza heç bir dəxli olmayıb. Bu barədə dünya və hətta erməni alimlərinin özü də kifayət qədər yazıb. Özlərinin milli heç nəyi olmayan bu qullar (sonrakı tarixi dövrlərdə nökərlər, kənizlər, işçilər, daha sonra sənətkarlar, tacirlər, bacarıqlı xidmətçilər) cəmiyyətdən kənarda, cəmiyyətin alt qatında yaşadıqca tədricən bir etnik toplum təşkil edir, köləsi olduqları xalqların maddi-mənəvi dəyərlərindən, xüsusilə mətbəxindən, musiqisindən, dilindən, dinindən, folklorundan və s. gündəlik həyatlarında istifadə edir, özləri hibrid millət olduqları kimi, həm də hibrid bir mədəniyyət formalaşdırırdılar”.
***
Bundan sonra dünya meydanında hər bir xalq yalnız özünün ruhundan yaranan dəyərlərlə qalacaq. Elə kəşflər, yaradıcılıq örnəkləri var ki, ondan hər bir xalqın bəhrələnməsi uyğun sayılır. Çağdaş elmi-texniki gəlişmələrdə bu gün artıq bir çox xalqlar öz bacarıqlarını ortaya qoyurlar.
Ancaq bəşərin sabahı öncə mənəvi dəyərlərə bağlıdır. Azərbaycanın qədim, köklü-köməcli özülə dayanan, bəşəri mahiyyəti ifadə edən ulusal dəyərləri gerçəkdən ümid kimi dəyərləndirilə bilər. Bu, özünü muğamın, sazın, musiqi alətlərimizdən tarın, sazın, balabanın, ümumiyyətlə, xalçaçıçılığın, zəngin, bəzərsiz mətbəx mədəniyyətimizin, başlıcası, folklor, fəlsəfi düşüncəmizin mayasında, yaşamında göstərir. Bu örnəklər xalq adlı varlığımızın - ruhumuzun heç zaman solmayan çiçəkləri, özülü varlığımızın dərinliklərindən gələn mənəviyyat bulağımızın suyudur.
Təqdim etdiyimiz faktlar sözügedən mövzu ilə bağlı yüzlərlə, minlərlə mənbədən az bir soraqdır.
Erməni oğurluğu - erməni yazıqlığı, ələbaxanlığı deməkdir. Çırpışdırmaqla, bəşəri aldatmaqla xalq sayılmaq olmaz.
Xalq özünəməxsusluq hadisəsidir. Deməli, dünyaya təqdim etdiyin dəyərlər də özününkü olmalıdır. Başqa xalqın dəyərləri hesabına var olmaq istəyən xalq – xalq deyil. Özünü xalq sayan – dəyərlərini də ruhundan yaradar. Tarix, gerçək gedişat, təhlillər göstərir ki, ermənini belə bir özünəməxsusluğu yoxdur. Bu yoxsulluğun mayasında duran isə erməni yurdsuzluğudur. Yurdsuzluq sərgərdanlıq səfilliyi yaradıb ermənidə. Bicliklə həmişəlik var olmayacaq erməni. Bu səbəbdən də erməni bu gün “dövlətlı” görünsə də, əslində dövlətsizdir.
***
Erməni xarakterini mahiyyətcə xəyanət və oğurluq kimi xarakterizə etmək olar. Erməninin mayasında pulçuluq dayanır. Əgər erməni özünü xalq sayırsa, şübhəsiz, vicdanı qarşısında sorumlu olmalıdır. Gedişat göstərir ki, bu xalqın demək olar, ağlı kəsən heç bir fərdi vicdan ölçüsüylə əməllərinə yanaşmağı ağlına belə gətirmir, çünki daxilən belə mənəvi tələbat yoxdur.
Məhz mənəvi yoxsulluq əlamətidir ki, tarixdən üzü bəri ermənilərin dünya ədəbiyyatına, mədəniyyətinə ciddi şəkildə təsir edən şəxsiyyətləri yoxdur. Erməni yalnız mənasız iddialarıyla qolboyundur. Həyatının hansı sahəsinə baxsaq, oğurluqla formalaşdığını görərik. «Böyük Ermənistan» cəfəngiyyatının carçıları olan Zori Balayan, Silva Kaputikyan, Ambarsumyan və b. türkə nifrət dolu yazılarında, gerçək qatilliklərində ardıcıldırlar, çünki mayaları nifrətlə, fürsətcilliklə, qatilliklə yoğrulub.
***
Bəs bizim xalq olaraq qarşımızda duran xəlqi, mənəvi borc, əməl nədir?
Xəlqi, bəşəri gərəkliyimizi dərindən anlamalı, erməni həyasızlığına yenilməməli, qətiyyən sarsılmamalıyıq.
Biz haqlıyıq. Haqlılığımız çağdaş dünyanın hüquq dolanbaclarından qat-qat üstündür. Dünyanın iri gücləri özlərini bilməzliyə qoysalar da, həqiqət meydandadır.
Mənəvi zənginliyimiz ortadadır. Ancaq haqlı olduğumuzu ardıcıl sübuta yetirmək istəyiriksə, siyasi, iqtisadi, mənəvi-mədəni özüünəməxsusluğumuzu var etdiyimiz dərəcədə dayanmadan inkişaf etdirməliyik.
***
Ulusal kökdə qalmaq, xalq olaraq varlığımızı təsdiq etmək bizdən ardıcıl hünər istəyir. Bilməliyik ki, qarşıda bizi qətiyyən asanlıq gözləmir. Varlığımızın təsdiqi yalnız çoxsaylı çətinliklərdən, dönəmlərdən keçəcək. Bu gediş isə davamlı sonucda bir gerçəyi yenidən öz əlimizlə aqibətimizə yazmağı tələb edir: xəlqi varlığı qorumaq – mahiyyətcə dövlətçiliyi təsdiq etmək deməkdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.