Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
12.11.2020

Qarabağ bayatılarının deyilmə məqamları və formaları

Qarabağın bayatı ifaçıları ilə ünsiyyətdə olarkən bayatının deyilmə mə-qamları və formaları haqqında da xeyli informasiya aldıq. Bununla bağlı tam təsəvvür əldə etmək üçün Qarabağ sakinlərindən birinin yas məclisində də iştirak etdik. Söyləyicilərin “Məjlis olanda yadıma düşür. Onda deməsəm, bağrım çatdar. Amma tini olmasa, yadıma düşmür də, bala”, “Dolu vaxdımda deyirəm. Ancax yas yerrərində demişəm, ayləmin, uşağımın yanında deməmişəm heç. Bayatı çoxdu, amma fikrimi cəmliyə bilmirəm”, “Birdən gejə ağrılarım tutanda karavatın üsdündə o qədir bayatılıyıram, yadıma gəlir, birdən də yadımnan çıxır. Gejə mən bayatılamağa başdıyanda səhərədək baya-tılayıram. Di gəl indi yadıma düşmür” kimi gileyləri bayatının konteksti məsələsinə işıq tutur. Yəni söyləyici bayatını həmişə söyləyə bilmir, bunun üçün özləri demiş, “tini gəlməlidir”.
Söyləyicilər bayatının deyilmə formaları haqqında da xeyli məlumat verdilər.
Gərənaylamaq əlini qulağının dibinə qoyub yüksək səslə ağı deməkdir. Bu zaman misraların sonuna lay-lay artırılır. Gərənaylamaq olduqca yüksək səs tələb edir. Amma yas məclislərində gərənaylamaq o qədər də yaxşı qarşılanmır. Çünki bu, el arasında ölünü urvatdan salmaq kimi qiymətləndirilir. Söyləyicilərin dili ilə desək, “yasda ləyaxnan oxumaq lazımdır”.
Yas məclislərində yanıqlı səslə bayatı deməyə ediləmək deyirlər. Söyləyicilər təklikdə, alçaq səslə, ağlaya-ağlaya bayatı söyləməyi ediləmək adlandırırdılar. Onlar bəzən inək sağarkən oxumağa da ediləmək deyirdilər.
Bu bölgədə dodağının altında, yalnız özünün eşidə biləcəyi tərzdə bayatı söyləmək gümüldənmək adlandırırılır.
Hüzür yerlərində deyilən bayatıları ağu adlandıran söyləyicilər eyni zamanda qeyd etdilər ki, ağı, adətən, bir qadın tərəfindən deyilir. Ağının bəhr forması da var. Bəhri də, adətən, bir adam oxumağa başlayır. Hər misranın sonuna “Şahüseyn, Vahüseyn” kəlmələri artırılır ki, bunu məclisə yığışan qadınlar xorla, əllərini dizlərinə vura-vura deyirlər.
Bölgədən qeydə aldığımız ağıların bir qismi də sintaktik paralelizm formasındadır. Bu tipli ağılar bayatı formasında deyilməsə də, cümlələr sanki qafiyəlidir. Söyləyicilər bu cür “qafiyələri” bəzək vermək adlandırırdılar:
Duranda yerə naz eliyən,
Gedəndə boyuna naz eliyən,
Gedəndə yerişi göyçək,
Gələndə gülüşü göyçək,
Gözəlliyi güldən götürən,
Ağlığı qardan götürən ...
Yas aparmaq üçün kənardan gətirilən qadınları bölgədə ağıbaşı adlandırırlar.

AMEA Folklor İnstitutunun
“Cənubi Azərbaycan folkloru” şöbəsinin
aparıcı elmi işçisi
fil.ü.f.d., dos.Ləman Vaqifqızı (Süleymanova)

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.