Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.11.2020

AMEA Rəyasət Heyətində Azərbaycanın tarixi zəfəri qeyd edilib

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Dağlıq Qarabağ savaşında Azərbaycanın qələbəsi münasibətilə tədbir keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın tarixi zəfəri ilə bağlı hər kəsi təbrik edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ordusunun yeni bir tarix yazdığını diqqətə çatdıran AMEA rəhbəri ölkə başçısının 17 il ərzində yorulmaz ordu quruculuğundan danışıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan birgə bəyanatın Ermənistanın kapitulyasiyası anlamını daşıyan bir sənəd olduğunu xüsusi vurğulayan akademik Ramiz Mehdiyev qeyd edib ki, Dağlıq Qarabağa status verilməməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi sənədin əhəmiyyətini artıran bəndlərdəndir. 30 ilə yaxındır ki, davam edən mübarizənin şanlı qələbəsinin göstəricisi olan 10 noyabr tarixinin Azərbaycan üçün yeni iqtisadi, hərbi, siyasi mərhələnin başlanğıcı olduğunu bildirən akademik Ramiz Mehdiyev Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl politoloq, ideoloq və görkəmli dövlət başçısı kimi bütün bu vəzifələrin də öhdəsindən şərəflə gələcəyinə əminliyini ifadə edib. Akademiya rəhbəri AMEA Rəyasət Heyətinin qələbə münasibətilə hazırlanmış bəyanatının Azərbaycan alimlərinin ürək sözlərini ifadə etdiyini diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin 10 noyabr 2020-ci il tarixli bəyanatını səsləndirib. Qeyd edib ki, bu tarixi günlərdə Azərbaycan-Türkiyə dostluğunun da bir daha şahidi olduq.

Sonra AMEA Rəyasət Heyətinin üzvləri – akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva və AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək qələbə günü ilə əlaqədar öz ürək sözlərini çatdıraraq işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat işlərinə öz töhfələrini verəcəklərini bildiriblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək alimlərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini diqqətə çatdıraraq AMEA-nın yeni yaradılacaq Qarabağ Regional Elmi Bölməsi tərəfindən kompleks proqramların həyata keçiriləcəyini qeyd edib. AMEA rəhbəri elmi bölmələrin rəhbərlərinə elmi-tədqiqat müəssisələri tərəfindən Qarabağda aparılacaq araşdırmalar istiqamətində müvafiq təkliflərini qısa müddətdə Rəyasət Heyətinə təqdim etmələri barədə müvafiq tapşırıqlarını çatdırıb.

www.science.gov.az

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.