Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.11.2020

Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək

Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir.

Bu, ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi "tək millət - iki dövlət" təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu hər dəfə yenidən təsdiq edir. Bu, həm də xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə Respublikasının Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın bu günə qədər ardıcıl olaraq verdiyi bəyanatları, göstərdiyi davamlı siyasi səyləri və təşəbbüsləri, bütövlükdə türk xalqının mənəvi dəstəyini yüksək qiymətləndirir, bu addımların belə çətin və məsuliyyətli günlərdə əvəzsiz kömək olduğunu dünya ictimaiyyəti qarşısında açıq şəkildə bildirir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı ədalətli mübarizədə nümayiş etdirdiyi əsl dövlət rəhbəri məharəti və sərkərdəlik qətiyyəti müharibədə qazanılan zəfərlərin əsasını təşkil edir. Ali Baş Komandan səviyyəsində müəyyən edilmiş hərbi-döyüş strategiyası və taktikası əsasında müzəffər Azərbaycan Ordusunun Vətənə və dövlətə sədaqəti, yüksək döyüş hazırlığı və qələbə əzmi müharibə cəbhələrində xalqımıza yeni-yeni zəfərlər qazandırır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verir, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirir. Türkiyə Cümhuriyyətinin rəhbərinin təşviqi ilə Türkiyənin dövlət rəsmilərinin nümayəndə heyətləri ilə birlikdə Azərbaycana səfərləri Prezidentlərimiz, müstəqil dövlətlərimiz və xalqlarımızın ən çətin sınaq məqamlarındakı ürəkdən gələn birlik və həmrəyliyinin canlı təcəssümüdür. Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Azərbaycan səfəri, Bakıda Prezident Əliyevlə görüşüb apardığı danışıqlar, onun Milli Məclisdəki dərinməzmunlu çıxışı və ermənilər tərəfindən Gəncədə dağıdılmış mülki yaşayış yerinə etdiyi səfər müharibə dövrünün tarixi salnaməsinin qiymətli səhifəsidir və gerçək mənəvi dəstək nümunəsidir. Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrımın öz ölkəsində həyata keçirdiyi davamlı tədbirlər və tez-tez respublikamıza gələrək dəstəyini ifadə etməsi də qardaşlıq münasibətlərinin ifadəsidir.

Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərləri dövlət başçılarımızın birgə apardıqları müharibə dövrü məqsədyönlü xarici siyasətin düşünülmüş şəkildə həyata keçirilməsinin təmin olunmasına uğurla xidmət edir. Mövlud Çavuşoğlunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş bölgələrində qazanılmış tarixi zəfərləri ümumiyyətlə türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi dövlət başçımızın gərgin və yorulmaz mübarizəsinə verilmiş obyektiv qiymətin ifadəsidir. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun xarici ölkələrdə keçirdiyi rəsmi görüşlərdə Azərbaycanın müharibə gerçəklikləri haqqında səsləndirdiyi fikirlər ölkəmizin və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması ilə bərabər, Türkiyə Cümhuriyyətinin də dönməz mövqeyini beynəlxalq birlik qarşısında nümayiş etdirir. Ölkələrimizin xarici işlər nazirləri arasında qurulmuş etibarlı dialoq da xarici siyasətimizin uğurla aparılmasında və fayda gətirməsində mühüm rol oynayır.

Türkiyə Cümhuriyyətinin keçmiş Baş naziri, millət vəkili Binəli Yıldırımın rəhbərliyi ilə ölkəmizə səfər etmiş nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ən yüksək səviyyədəki danışıqları "tək millət - iki dövlət"in siyasi-mənəvi dəstəyinin növbəti təzahürü olmaqla bərabər, həm də qarşıda duran vəzifələrin müzakirə edilib nəticələr çıxarılması üçün əhəmiyyətlidir. Nümayəndə heyətinin Naxçıvana səfər etməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla keçirdiyi görüş Türkiyə ilə Azərbaycanın bu ayrılmaz üzvü tərkib hissəsi arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə və hazırkı müharibə dövründəki vəzifələrinin həyata keçirilməsinə qardaş dəstəyinin əməli ifadəsidir. Görüşdə xüsusi olaraq vurğulanmışdır ki, vaxtilə 13 oktyabr 1921-ci il tarixdə imzalanmış Beynəlxalq Qars müqaviləsinin müddəalarına görə Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqədar üzərinə götürdüyü qarantorluq missiyası hazırkı çətin müharibə şəraitində regionda ölkəmizin ərazi bütövlüyünün və sülhün təmin edilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Qeyd etməyi lazım bilirəm ki, Ümummilli lider Heydər Əliyev də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 22-25 mart 1992-ci il tarixlərində Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri zamanı qardaş ölkənin rəhbərləri Turqut Özal və Süleyman Dəmirəllə görüşərkən də mühüm tarixi əhəmiyyətə malik olan Qars müqaviləsinin müddəalarını gündəmə gətirmişdi. Eyni zamanda, yenidən Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər davam etdirilməsi məsələlərinin müzakirəyə çıxarılması da ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsinə kömək edən mühüm faktorlardan biri kimi diqqət mərkəzinə çəkilmişdir. Bu mənada Türkiyə Cümhuriyyətinin yüksək səviyyəli nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri və aparılan danışıqlar regionda sülhün və əməkdaşlığın inkişaf etdirilməsində yeni imkanların açılmasına xidmət edir.

Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən, ermənilər tərəfindən dinc əhalinin atəşə tutulduğu Gəncə, Tərtər, Bərdə və digər yerlərdən ən çətin şəraitdə Türkiyə televiziyalarının, informasiya agentliklərinin verdikləri xəbərlər Azərbaycanın ədalətli müharibəsi haqqında dünya ictimaiyyətinə məlumatların çatdırılmasında mühüm rol oynayır. Türkiyə mediasının qaynar nöqtələrdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiyinə birgə fəaliyyəti informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran gur səsimizin əks-sədasıdır. Türkiyə mediasının çətin şəraitdə Azərbaycanda göstərdiyi operativ fəaliyyət hər cür minnətdarlığa layiqdir.

Azərbaycanın Vətən müharibəsinə başladığı günlərdən dövlətimizə ilk olaraq dəstək verən beynəlxalq qurumların içərisində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq bəyanatı tam vaxtında ifadə olunmuş birmənalı münasibətin əks-sədası kimi səslənmişdir. Bu, həm də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası kimi nüfuzlu bir beynəlxalq qurumun münasibətini bildirən bəyanat kimi də dünya ölkələrində Azərbaycanın ədalətli mövqeyi haqqında obyektiv fikirlərin, düzgün ictimai rəyin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşəbbüsü ilə bu beynəlxalq təşkilatın Baş katibi Bağdat Amreyevin rəhbərliyi ilə, Türkiyə Cümhuriyyətinin, Özbəkistanın və Qırğızıstanın Ticarət və Sənaye Palatalarının rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı ifadə edilən birmənalı dəstək həm də qarşılıqlı münasibətlərdəki etibarlı Türkiyə dəstəyinin üfüqlərinin genişləndirilərək beynəlxalq təşkilatlara və digər Türk Respublikalarının qurumlarına qədər inkişaf etməkdə olduğunu göstərən faktdır.

Tariximizin belə çətin anlarında Türk dünyasından ayrı-ayrı tanınmış siyasi xadimlərin, görkəmli elm və ədəbiyyat adamlarının da dəstəyi Azərbaycan üçün əhəmiyyətlidir. Bu cəhətdən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəlinin Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla telefon danışığı Orta Asiya respublikalarından gələn ilk ziyalı dəstəyi kimi tarixi addımdır. Azərbaycan xalqının etibarlı dostu, dünya şöhrətli yazıçı və ictimai xadim Oljas Süleymanovun Dağlıq Qarabağdan və ətraf rayonlardan Ermənistanın birmənalı olaraq çıxması haqqındakı bəyanatı həqiqi bir vətəndaş yazıçının haqq səsinin gerçək ifadəsidir. Qardaş Gürcüstandan Şota Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratianinin Azərbaycan Milli Elmlər Akademiyasına göndərdiyi məktub isə dost və qonşu ölkənin ziyalılarının mövqeyi kimi əhəmiyyətlidir.

Göründüyü kimi, çətin sınaq günlərinin möhkəm və etibarlı Azərbaycan - Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Bu cəhətdən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də ibrətamiz və qiymətli örnəkdir. Azərbaycan-Türkiyə Birlik və Həmrəyliyi müasir dövrün qardaş ölkələr üzrə əsl tarixi və ibrətamiz dərsləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya nümayiş etdirdikləri birlik və həmrəylik "tək millət - iki dövlət" haqqındakı qardaşlıq və həmrəylik təliminin gerçək təntənəsidir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, o cümlədən, hərb meydanlarında böyük qələbənin əsas dayağı və hərəkətverici qüvvəsidir. Müharibə dövründə böyük sınaqlardan keçərək daha da möhkəmlənən və hər iki ölkə üçün çox əhəmiyyətli olan bu qardaşlıq və həmrəylik xalqımızı xain və qəsbkar Ermənistan üzərindəki qələbəyə aparan yolların da ən mühüm faktorlarından biridir. Eyni zamanda, əsl qardaşlıq nümunəsi olan sarsılmaz Azərbaycan - Türkiyə Birliyi dost və tərəfdaş ölkələr üçün də çağırışdır.

Qarabağ-Şuşa Azərbaycandır!

İsa HƏBİBBƏYLİ, AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"525-ci qəzet"

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.