Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.11.2020

AMEA Rəyasət Heyətinin bəyanatı

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalanmışdır. Faktiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat, heç şübhəsiz ki, istər hərbi, istərsə də siyasi baxımdan Azərbaycan xalqının 30 ildən bəri davam edən haqlı mübarizədəki şanlı qələbəsini rəsmiləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti nəticəsində 1994-cü ildən bəri Ermənistanın işğalı altında olan rayonlarımız, həmçinin Qarabağın incisi Şuşa şəhəri düşmən tapdağından azad edilmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası və ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur.

Heç şübhəsiz ki, Azərbaycanın qazandığı bu əhəmiyyətli siyasi və hərbi qələbə onun tarixində yeni mərhələnin başlanğıcı deməkdir. Ölkə başçısının göstərdiyi iradə və şəhidlərimizin qanı bahasına biz bu yeni tarixi mərhələyə qalib xalq, müzəffər ölkə kimi qədəm qoyuruq. 30 ildən bəri hər bir azərbaycanlının daşıdığı məğlubiyyət yükü artıq xalqımızın çiyinlərindən götürülmüşdür. Yeni tarixi mərhələdə Azərbaycanı fərqli çağırışlar və məqsədlər, irimiqyaslı quruculuq işləri gözləyir. Ölkəmizin cənab Prezidentin rəhbərliyi altında bu vəzifələrin də öhdəsindən şərəflə gələcəyinə əminlik ifadə edirik. AMEA kollektivi olaraq həmişəki kimi bundan sonra da dövlət başçısının hər bir tapşırığını icra etməyə hazır olduğumuzu bəyan edirik. Qazanılmış bu tarixi qələbədə Elmlər Akademiyasının da payının olması hər birimizi qürurlandırır. Heç kəsin şübhəsi olmasın ki, alimlərimiz Qarabağın bərpası prosesində də eyni əzmlə, iradə ilə iştirak etməyə, öz bilik və bacarıqlarını bu işə yönəltməyə hazırdırlar.

AMEA kollektivi olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi önündə ehtiramla baş əyir, yaralılara Allahdan şəfa diləyir, vətənimiz Azərbaycana isə davamlı sülh, aydın və işıqlı səma diləyirik.

Eşq olsun Azərbaycan Prezidentinə, eşq olsun Azərbaycan əsgərinə, eşq olsun Azərbaycan xalqına!

Qarabağ Azərbaycandır və Azərbaycan olaraq da qalacaqdır!

www.science.gov.az

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.