Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
02.11.2020

Qarabağ Azərbaycandır!


Xalq deyilən toplum öz dili, milli kimliyi, adət-ənənələri, folkloru, tarixi və yeri-yurdu, vətəni ilə dünya xalqları arasında var olub. Xalqımızın da dünya xalqları arasında öz yeri, məqamı var. Mədəniyyəti, folkloru, tarixi, qurduğu dövlətlərlə, dühaları ilə, dövlət xadimləri, sərkərdələri ilə... Vətənimizin əlverişli coğrafi şəraiti, mühüm strateji əhəmiyyətli yerdə yerləşməsi, onun yeraltı, yerüstü sərvətləri həmişə yadelliləri cəlb edib. Buraya adlı gələn adsız, atlı gələn atsız gedib. Tale elə gətirib ki, özünü hay adlandıran ermənilərlə qonşu olmuşuq. Bu namərdlərin haralardan gəldikləri də, fitnə-fəsadları da bəllidir. Onlar buralara ayaq basandan Azərbaycan torpaqlarına göz dikiblər.
...Ermənilər Dağlıq Qarabağı da, ətrafındakı yeddi rayonumuzu da işğal etdilər. BMT-nin bununla bağlı bir neçə qətnaməsində Qarabağın Azərbaycan torpağı olduğu göstərilsə də, təcavüzkar Ermənistana təsir göstərilmədi. Bu sənədlərdə qeyd olunanlar kağız üzərində qaldı. Yəni qucaq-qucaq imzalanan beynəlxalq təşkilatların belə sənədləri makulaturadan başqa bir şey deyil. “Qarabağ Azərbaycanındır!”. Bu şüar altında xalqımız birləşib bu həqiqəti dünyaya bəyan edir.
Nəhayət, müzəffər Ali Baş Komandanımızın əmri ilə yenilməz ordumuz hü-cuma keçdi, otuz ildir həsrətində olduğumuz torpaqlarımız azad olunmağa başlandı. Ordumuzun zəfərləri Qarabağ dərdimizə məlhəm oldu.
Vətənə olan sevgi, məhəbbət hər bir insanın ürəyində yer etdiyindən onun vətəndə, ya da ondan kənarda yaşamasından asılı olmayaraq öz gücünü, qüdrətini vətən torpağından, vətən deyilən ərazidən alır. Bu gün biz bunu daha aydın görürük. Xalqımızın bir olduğunu, birlik olduğunu soydaşlarımızın Azərbaycana olan sevgilərindən görmək olar. Babalarımız boşuna deməyiblər ki: “Birlik dirlikdir”, “El bir olsa zərbi-kərən sındırar”, “El gücü, sel gücü”. Elə adamlar var ki, Azərbaycandan çox uzaqda yaşayırlar, ölkəmizlə təmasları yoxdu, amma onların ürəklərində Azərbaycan sevgisi var, onlar mənsub olduqları xalqın nümayəndələridir. Millilik hər adamın təhsil aldığı dillə deyil, milli ruhla ölçülür. Yəni milli dillə ruh vəhdətdədir. Bu günlərdə ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız müxtəlif aksiyalara qoşulur, işğal olunmuş torpaqlarımız uğrunda xalqımızın mübarizəsinə səs verirlər, əllərindən gələni əsirgəmirlər. Bu yerdə ürəyimizdən keçənləri onlara ünvanlamaq istəyirik: “Qürbətdə yaşayan əzizlərimiz, ürəyiniz Azərbaycanla döyündüyü üçün sizinlə fəxr edirik”.
Elə bu günlərdə Azərbaycan Dövlət Televiziyasında akademik Rasim Əliquliyevin çıxışında bu qeyd etdiklərimizi görmək olar. Alim göstərir ki, əgər əlisilahlı əsgər səngərdədirsə, vətəni qoruyursa, biz də arxa cəbhə olaraq informasiya müharibəsinin əsgərləriyik. Təbii ki, bununla səsimizi dünyaya duyurmalıyıq. Biz hamımız düşmənə qarşı silahlanmalıyıq. İstər sözlə, istər silahla.
Hamı adət edib, yəni soydaşlarımızın fəhləsi də, sənətkarı da, alimi də televiziya qarşısında əyləşib böyük həyəcan və iftixarla müzəffər Ali Baş Komandanın çıxışını gözləyirlər. Onun düşmən tapdağı altından azad olunan yer-yurdların, yaşayış məntəqələrimizin adlarını çəkincə gözümüz-könlümüz gülür, ürəklərimiz sevinclə döyünür. Xalqımız Ali Baş Komandanımızın arxasında durub adamlarımız, mənfur düşmənə qarşı bir yumruq kimi birləşib. Bu yumruq düşmənin başına enib onu əzir.
Ali Baş Komandanımızın sadə xalqın dilində danışması, intellekti, məntiqi, bir neçə xarici dildə sərbəst çıxışları onun təcrübəli və zəngin dünyagörüşə malik dövlət rəhbəri olduğunu əks etdirir. Atalar sözüdür: “Ot kökü üstə bitər”. Bəli, prezidentimiz Ümummilli liderimiz Heydər Əliyevin davamçısıdır. Bu böyük dövlət xadimi və dühanın zəngin təcrübəsindən və məktəbindən fay¬dalanmışdır. Ali Baş Komandanımızı xalqa sevdirən onun sadə xalq dilində danışığı, anlaşıqlı və yaddaqalan çıxışlarıdır. Sadə danışıq dili bütün siyasi terminləri əzib keçir, çünki o, hər bir kəsin içindədir, candandır, təbiidir, emosiyalıdır. Bəli, qətiyyətli çıxış qələbə sevincini ikiqat artırır.
Tale elə gətirib ki, biz ortayaşlı, gənc nəsil, ümumiyyətlə, müharibəsiz, dinc həyat görmədik. Arzu edirik ki, arzuladığımız sabitliyə, əmin-amanlığa, firavan həyata qovuşaq. Müzəffər ordumuzun zəfərləri bunu reallaşdıracaq, biz onunla fəxr edirik. Biz torpaqlarımızı qaytarmaqla yanaşı onun milli-mədəni irsini, folklorunu da qaytaracağıq. Təbii ki, orda toxunan Qarabağ adlı naxışlara, Azərbaycan xalçaçılığına qayıdacağıq... Hər zəfər sədasını Ali Baş Komandandan eşidəndə ürəklərimiz dağa dönür, fərəhimiz yerə-göyə sığmır. Bütün dünya dövlətimizin həm qüdrətinə, həm də xalqımızın birliyinə heyran qalıb. Burda ürəyimizdən gələn səmimi hiss və həyəcanlar, duyğular misralara çevrilir:

Kərənlər sındırır elim bu günlər,
Sellər məəttəl qalıb qüvvətimizə.
Şimalı, Cənubu birdir bu günlər,
Dünya heyran qalıb dövlətimizə.

Bu gün biz kədərimizi, sevincimizi eyni vaxtda, sanki bir anda yaşayırıq. Çünki vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz hər birimizin əzizidir, doğmasıdır... Canı canımızdan, qanı qanımızdandır. Onların ruhu qarşısında hər zaman borcluyuq. Onları dünyaya gətirən anaların önündə baş əyirik.
Qarabağ özü zəngin bir bölgədir. İstər mədəniyyəti, istər mətbəx mədəniyyəti, istər folkloru... Bunların hər birinin bərpası bölgənin canlanması, ikinci nəfəs kimidir. Son qələbəyə çox az qalıb.
İnanırıq ki, Qarabağda çox sürətli bərpa işləri gedəcək, orada yenidən meydan tamaşalarımız, Cıdır düzündə yarışlarımız keçiriləcək.
Arzumuz odur ki, Qarabağda böyük xalça xanası qurulsun. Orda hər bir şəhidin adı xalça çeşnisinə salınıb əbədiləşdirilsin. Bu toxunulacaq xalça Şuşanın tarix muzeyində ən görkəmli yerdə saxlansın.
Müzəffər ordumuz var olsun! Qarabağ Azərbaycandır!

Afaq MUSTAFAYEVA
AMEA Folklor İnstitutunun əməkdaşı

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.