Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
09.10.2020

“Yaradılış mifləri və Azərbaycan əfsanələri” kitabı işıq üzü görüb


AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlunun “Yaradılış mifləri və Azərbaycan əfsanələri” kitabı işıq üzü görüb (Elm və təhsil, 2020, 180 səh.). Kitabda türk mifologiyasında kosmoqonik yaradılış konsepsiyası, yaradılış mifi və əfsanə janrı, insanlar və heyvanlar aləmi ilə bağlı əfsanələrdə mifik yaradılış konsepsiyası, insanın, sosiumun və antroobyektlərin yaradılışı, heyvanların və quşların yaradılışı, təbiət obyektləri, göy cisimləri və zamanla bağlı əfsanələrdə mifik yaradılış konsepsiyası, təbiət obyektlərinin - relyefin, hidroaləmin və bitkilər aləminin yaradılışı, astral dünyanın yaradılışı, zamanla bağlı əfsanələrdə yaradılış mifi kimi məsələlər tədqiq olunub.
Kitabın elmi redaktoru fil.ü.e.d., prof. Seyfəddin Rzasoy, rəyçilər fil.ü.e.d., prof. Ramil Əliyev, fil.ü.f.d., dos. Qüdrət Umudovdur.
Professor Seyfəddin Rzasoy kitaba “Azərbaycan əfsanələrinin mifoloji qaynaqları” adlı ön söz yazıb. Ön sözdə vurğulanır: “Elçin Qaliboğlunun monoqrafiyası ciddi elmi problemə həsr olunub. Belə ki, yaradılış, müəllifin sərrast şəkildə əsaslandırdığı kimi, bütün tarixi dövrlərdə ictimai şüurun mərkəzi problemi olaraq qalır. Çünki bəşərin varlığının əsasında daim təkrarlanan yaradılış prosesi durur. Bu proses insan dünyanı dərk edəndən onun maraq obyektinə çevrilib. Yaradılış indinin özündə də elmin mərkəzi problemidir. Çünki varlıq aləminin bütün mahiyyəti yaradılışla bağlıdır. E.Qaliboğlunun müəyyənləşdirdiyi kimi, yaradılışın ilkin dərki mifologiyadan başlanır. Bütün miflər əslində yaranışı nəql edir. Miflərin məzmunu zahirən fərqli olsa da onları birləşdirən ümumi ideya yaranışdır. Yaradılış bütün miflərin, o cümlədən onların sistemi olan mifologiyanın ana motividir.
Müəllifin əsas metodoloji tezisinə görə, yaradılış bəşər mədəniyyətinin ən qədim səhifələrindən olan türk mifologiyasının da ana motividir. Türk etnosunun nəhəngliyi eyni zamanda onun düşüncəsinin nəhəngliyi ilə müəyyənləşir. Miflər, əfsanələr, dastanlarla zəngin olan türk mifologiyasında yaradılış fəlsəfi cəhətdən mənalı, bədii cəhətdən yüksək estetizmə malik olan motivdir.
E.Qaliboğlu türk yaradılış mifinin əfsanələr əsasında öyrənilməsini, haqlı olaraq, belə əsaslandırır ki, əfsanələr hər bir mifologiyanın əsas mətn qaynağıdır. Öz məzmunu etibarilə miflərə ən yaxın olan janr əfsanələrdir. Ümumtürk folkloru saysız-hesabsız əfsanələrlə zəngindir. Azərbaycan əfsanələri ümumtürk folklorunun zəngin nümunələrlə təqdim olunan səhifəsini təşkil edir. Bu əfsanələr folklorşünaslarımız tərə-findən müxtəlif zamanlarda tədqiq olunub. Ancaq Azərbaycan əfsanələri türk yaradılış mifləri baxımından xüsusi araşdırılmayıb. Halbuki Azərbaycan əfsanələri bu baxımdan çox qiymətli və zəngin material verir.
Orijinal elmi struktura malik olan monoqrafiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Tədqiqatın “Türk mifologiyasında yaradılış konsepsiyası” adlanan birinci fəslində “Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi”, “Yaradılış mifi və əfsanə janrı” kimi məsələlər öz elmi həllini tapıb. Fəslillərdə və yarımfəsillərdə qoyulan məsələlər monoqrafiyanın problemini əhatə etməklə müəllifə yeni elmi nəticələr əldə etməyə imkan verib”.
Müqayisəli-tarixi yanaşma metodunun tətbiq olunduğu tədqiqat mükəmməl nəzəri-metodoloji baza və bibliqorafiya əsasında hazırlanıb. Tədqiqatda Azərbaycan əfsanələri üzərində aparılmış mifoloji bərpa iki istiqaməti əhatə edir:
Birincisi, türk yaradılış miflərinin Azərbaycan əfsanələrindəki inikası tədqiq olunub. Burada türk yaradılış mifologiyası üçün səciyyəvi olan yaranış motivlərinin Azərbaycan əfsanələrində necə davam və inkişaf etdiyini izlənilib.
İkincisi, türk yaradılış motivləri Azərbaycan əfsanələri əsasında bərpa olunub.
Prof. S.Rzasoy: “E.Qaliboğlu tədqiqatın qarşısında duran əsas məqsədi həyata keçirərək türk yaradılış miflərini Azərbaycan əfsanələri əsasında öyrənib. O, ilk növbədə türk mifologiyasında yaradılışı mifik-fəlsəfi konsepsiya kimi tədqiq edib, daha sonra yaradılış mifologiyasının əfsanə janrı ilə əlaqələrini, insanın, sosiumun və antroobyektlərin, heyvanların, quşların, relyefin, hidroaləmin, astral dünyanın, bitkilər aləminin yaradılışı ilə bağlı əfsanələri türk yaradılış mifi kontekstində təhlilə cəlb edib.
Türk yaradılış mifinin kosmoqonik konsepsiya kimi şərh olunması, yaradılış mifi ilə əfsanə janrının əlaqəsinə kosmoqonik-tarixi, bədii-poetik, estetik-idraki baxımdan aydınlıq gətirilməsi və bu əsasda mifin janrlaşması prosesinin tədqiq olunması, insanın, sosiumun və antroobyektlərin, heyvanların və quşların ya-radılışı ilə bağlı əfsanələrdə mifik yaradılış konsepsiyasının bərpa edilərək şərh olunması, təbiət obyektlərinin (relyefin, hidroaləmin, bitkilərin), astral dünyanın yaradılışı və zamanla bağlı əfsanələrdə mifik yaradılış konsepsiyasının bərpa edilərək şərh olunması, yaradılış mifi üçün xarakterik olan kosmos-xaos-kosmos sxeminin əfsanələr əsasında aşkarlanması, o cümlədən yaradılış mifinin əfsanələrin nüvəsində durmaqla Azərbaycan insanının mənəviyyatını möhkəmləndirməsi, onun etnik köklərlə bağlılığını qırılmağa qoymaması haqqındakı tezislər monoqrafiyanın əsas elmi yeniliklərini təşkil edir. E.Qaliboğlunun əldə etdiyi əsas elmi nəticəyə görə, yaradılış hər bir mifologiya üçün ana ideyadır. Türk mifologiyasında da eyni mənzərə müşahidə olunur. Ancaq müxtəlif mifologiyalarda yaradılış motivlərinin bir-birini “təkrarlaması” bəşəri universallıqdan irəli gəlsə də, hər etnosun yaradılış konsepsiyası onun dünyaya öz baxışını ifadə edir. Universal yaradılış ideyası hər etnosun öz yaşam təcrübəsində canlı idraki hadisə kimi həmin etnosun düşüncəsinin bədii-estetik özünəməxsusluğunu ifadə edir. Bu gün dünyanın əsas etnoslarından olan türk xalqının mifik yaranış konsepsiyası onun minillərə söykənən tarixinin emosional-bədii, idraki-estetik təcrübəsini inikas edir. Türk mifologiyasını yaşadan bədii mətnlərdə, o cümlədən əfsanələrdə türkün yaradılış konsepsiyası yaşamaqdadır”.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.