Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
08.10.2020

Şərəfli ordumuz, şanlı ordumuz, zəfərlər gözləyir sizdən yurdumuz!

Bu günlər Azərbaycan xalqının öz kimliyini dünyaya bir daha bəyan etdiyi zaman kəsimi kimi tarixdə şərəfli yer tutur. Təqribən otuz ildən bəri erməni neofaşizminin işğalı və təcavüzünə məruz qalmış Azərbaycan Respublikasının Qarabağ ərazisi və yeddi rayonun taleyüklü məsələsinin həlli istiqamətində böyük işlər görülür.

Azərbaycan xalqının hər bir üzvünün çoxdan gözlədiyi bu çözüm məsələsinin reallaşmasının konkret olaraq səbəbləri gözlərimiz qarşısındadır. Belə ki, respublika Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ilk dövrlərindən bu günə qədər apardığı incə və düzgün siyasətin nəticəsi kimi Azərbaycan dövlətinin dünya arenasında siyasi-iqtisadi yerinin möhkəmlənməsi ilə öz müstəqilliyi və ərazi bütövlüyünü qorumaq bazası yaranıb. Məhz bu dövrdə artıq erməni işğalçılarına nəinki “dur” demək, bizim torpaqlardan “rədd olub gedin” demək missiyasını tam məsuliyyəti ilə ölkə başçısı həyata keçirir. Bu missiyanı dünya dövlətlərinin, xüsusilə də erməni havadarlarının gözləri qarşısında həyata keçirmək o qədər də asan məsələ deyil. Lakin ölkə başçısının əzmi, qardaş, dost ölkələrin, xüsusən Türkiyə və Pakistanın Azərbaycanın yanında olması faktı da bu amilin gerçəkləşməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin mənəvi dəstəyi Azərbaycan Ordusunun gücünü, mübarizə əzmini artırır.

Azərbaycan gəncləri ruh yüksəkliyi ilə bu mübarizəyə könüllü olaraq qoşulurlar. Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək, erməni işğalçılarına qarşı mübarizə aparmaq məqsədilə hərbi komissarlıqlara müraciət edirlər. Bu gün cənab Prezidentimiz İlham Əliyevin beynəlxalq təşkilatların gözləri qarşısında bu sahədə gördüyü işlərin səmərəsiz olduğunun, birtərəfli xarakter daşıdığının, ATƏT- in Minsk qrupunun fəaliyyətsizliyinin acı nəticələrini onların üzünə detallarıyla çatdırması sülhsevər xalqları da sevindirir və mütərəqqi bəşəriyyət bunu alqışlayır.

Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəfələrlə ifadə etdiyi “qardaşım İlham Əliyev”, “qardaş Azərbaycan” sözləri xalqımız tərəfindən məmnunluqla qarşılanır, gücümüzə güc qatır. Bizim mübarizəmiz haqdır, bu yolda hər zaman dövlətimizin, prezidentimizin yanındayıq, Qarabağın və yeddi rayonun işğaldan azad olunması yolunda mübarizəmizi sona qədər aparmağa əzmliyik.

Sözümü iki bəndlik şeirimlə başa çatdırmaq istəyirəm:

Şərəfli ordumuz, şanlı ordumuz,

Zəfərlər gözləyir sizdən yurdumuz.

Aldıqca kəndləri, yüksəklikləri,

Ərənim, irəli, bozqurd, irəli!

Vurun düşmənləri olsun dərbədər,

İşğaldan qurtarsın Laçın, Kəlbəcər!

Azad nəfəs alsın torpaqlarımız,

Şuşada ucalsın bayraqlarımız!

Və bir daha deyirəm:

Şuşa da, Laçın da cənnət-məkandı,

Qarabağ bizimdi - Azərbaycandır!

Yaşasın Azərbaycan!


Nizami MURADOĞLU, Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, şair

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.