Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
21.09.2020

“İraq-türkman folklor mühiti”

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. dosent Səkinə Qaybalıyevanın “İraq-türkman folklor mühiti” mövzusunda monoqrafiyası çap olunmuşdur.
Kitabda qanı qanımızdan, canı canımızdan olan, hazırda sayı 4 milyona yaxın göstərilən, İraqda milli-mənəvi dəyərlərimizi yaşadan türkmanların yerləşmə arealı haqqında geniş məlumat verilmiş, müxtəlif ərəbdilli və türkdilli qaynaqlara müraciət olunmuşdur. Kitabda, həmçinin XX əsr İraq-türkman ədəbiyyatında geniş yayılmış ədəbi cərəyanlar, xüsusilə xalq şeirinin janr xüsusiyyətləri tədqiqata cəlb edilmiş, aşıq yaradıcılığına nəzər yetirilmiş, İraq-türkman folklorunun ayrı-ayrı janrları – xoyrat, mani, atalar sözləri, nağıl və dastanlarla yanaşı, onların mərasimləri haqqında məlumat verilmiş, aparılan tədqiqatlar təhlil olunmuşdur.
Uzun və keşməkeşli bir tarixi inkişaf yolu qət etmiş İraq-türkman mətbuatına diqqəti cəlb edən kitabda XX əsrin ortalarından nəşr olunmağa başlamış bir çox mətbu orqanların fəaliyyətinə nəzər yetirilmişdir. İraq-türkman şifahi xalq ədəbiyyatının nəşrinə və tədqiqinə geniş yer verən “Qardaşlıq” və s. kimi dərgi və qəzetlər kitabda təhlilə cəlb olunmuşdur. Həmçinin kitabda folklorun nəşri və tədqiqi məsələləri də ön plana çəkilmiş, bir çox ziyalıların, o cümlədən Əta Tərzibaşı, Şakir Sabir Zabit, Məhəmməd Xurşid Daquqlu və Əbdüllətif Bəndəroğlu kimi folklor tədqiqatçılarının fəaliyyəti haqqında portret-oçerklər yer almışdır.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Almaz Həsənqızı, rəyçilər filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli və filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.