Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
18.09.2020

“III Beynəlxalq Dədə Qorqud Türk tarixi, mədəniyyəti və ədəbiyyatı” konfransı keçirilib

18 sentyabr 2020-ci ildə AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin, “Dədə Qorqud” jurnalının və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD-ın) təşkilatçılığı ilə “III Beynəlxalq Dədə Qorqud Türk tarixi, mədəniyyəti və ədəbiyyatı” beynəlxalq konfransı onlayn şəkildə öz işinə başlayıb.
Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq tədbir iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Sonra akademik Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən bəhs edərək bu tipli konfransların təşkilinin vacibliyini vurğulayıb. O, ədəbi, tarixi və qlobal baxımdan ”Kitabi-Dədə Qorqud”un bir qaynaq kimi təsadüfi seçilmədiyini, bu eposun dünyanın ən qədim, nadir dastanlarından biri olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.


Tədbirdə çıxış edən AMEA Folklor İnsitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, “Dədə Qorqud “jurnalının baş redaktoru, konfransın rəhbəri fil.ü.e.d., prof. Ramazan Qafarlı pandemiya şəraitinə baxmayaraq dünyanın bir neçə ölkəsindən elm adamlarını bir araya toplayaraq, beynəlxalq simpoziumu ərsəyə gətirdiyi üçün AMEA Folklor İnsititutunun direktoru, akademik Muxtar İmanova və Türkiyənin İqtisadi İnkişafı və Sosoial Araşdırmalar İnsitutunun (İKSAD-ın) rəhbəri Mustafa Latif Emeyə təşəkkürünü bildirib. Gələcəkdə də birgə əməkdaşlıq sayəsində bu tipli konfransların davamlı olacağına ümid bəslədiyini vurğulayıb.
Beynəlxalq konfransın açılış mərasimində AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova, AMEA Folklor İnsitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, “Dədə Qorqud” jurnalının baş redaktoru, prof. Ramazan Qafarlıya və AMEA Nəsimi adına Dilçilik İnstitunun “Azərbaycan dili” şöbəsinin müdiri, prof. İsmayıl Kazımova İKSAD-ın başqanı Mustafa Latif Emekin adından təşəkkür bəlgəsi və hədiyyələr təqdim olunub.


Konfransda Türkiyədən, Ukraynadan, İran İslam Respublikasından, Gürcüstandan, Əfqanıstandan və başqa xarici ölkələrdən, eləcə də Azərbaycandan görkəmli elm adamlarının, tədqiqatçıların dil, tarix, incəsənət, folklor, ədəbiyyat, mədəniyyət, sosiologiya və s. mövzularda məruzələri (prof. Ramazan Qafarlının “Dədə Qorqud” türk şifahi epik düşüncəsində və qədim yazılı abidələrində”, Boğaçiçi Universitetindən prof. Arzu Öztürkmənin “Dədə Qorqud mətinlərində şifahi mədəniyyət və tamaşa”, AMEA Nəsimi adına Dilçilik İnstitunun “Azərbaycan dili” şöbəsinin müdiri İsmayıl Kazımovun “Sibir türklərinin folkloru Azərbaycan folkloru ilə müqayisədə”, Kabul Universitetinin əməkdaşı Mahmud Şəmsinin “Türklərin xarici dili öyrənmək startegiyası”, fil.ü.f.d. Bilal Alarlının “Dədə Qorqud kitabında folklor janrları”, tar.ü.e.d., dos. Sevinc Abbasovanın "Kitabi Dədə Qorqud dastanında qadınların döyüşlərdə iştirakı”, AMEA Folklor İnsitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlunun “Azərbaycan folklorunun erməni oğrusu” və s.) dinlənilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.