Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.08.2020

Azərbaycan aliminin monoqrafiyası Almaniyada rus dilində nəşr olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, ADPU-nun Quba Filialının “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru, filologiya elmləri doktoru Ramazan Qafarlının Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatında ikicildlik “Azərbaycan türk mifologiyası” kitabının 360 səhifəlik birinci cildi rus dilində (“Азербайджанская тюркская мифология 1: основные источники, первоначальные этапы мифологических сознаний, система первобытных воззрений, религия и миф”) çapdan çıxmışdır və dünyanın dörd qitəsində, 100-ə yaxın ölkədə satış mərkəzləri olan “Amazon” kitab ticarəti şəbəkəsində yayımlanmağa başlamışdır.

Monoqrafiyada Azərbaycan türklərinin mifologiyasının tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir. Eləcə də Azərbaycan türklərinin sakral düşüncə atributları, ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri araşdırılır.

Mənbə: https://www.morebooks.de/gb/p_978-620-0-57110-6

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.