Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
05.07.2020

AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud şöbəsi və “Dədə Qorqud” elmi-ədəbi jurnalı Beynəlxalq simpoziumun təşkilatçılarından biri olmuşdur

2019-cu ilin əvvəllərində “Dədə Qorqud” eposunun İrandan yeni əlyazmasının aşkarlanıb nəşr edilməsi böyük marağa səbəb oldu. Bununla bağlı Azərbaycanda, Türkiyədə, İranda və Türkmənistanda maraqlı tədqiqat işləri yazıldı, eləcə də bir-birinin ardınca beynəlxalq simpoziumlar təşkil edildi. Ötən ilin sonlarında Azərbaycanda - Slavyan Universitetində Türkiyə, Rusiya və Azərbaycan alimlərinin bir araya gəlib prof. Mətin Ekicinin və prof. Ramazan Qafarlının məruzələri ətrafında geniş müzakirələr aparması dünya türkoloqları arasında rezonans doğurdu.
Yeni tapılan Dədə Qorqud əlyazmasının ilk çapının bir ilinin tamamında (2020-ci ilin 11 iyunda) daha geniş onlayn elmi müzakirə - Türkiyənin Süleyman Dəmirəl Universitetinin Ədəbiyyat fakültəsinin “Sosial elmlər” jurnalı və AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” elmi-ədəbi jurnalının birgə təşkilatçılığı ilə 11-13 iyunda keçirildi.
Beynəlxalq Dədə Qorqud elmi simpoziumunda Türkiyənin Türk Dili Dərnəyinin rəhbəri Gökbey Uliç, Süleyman Demirel Üniversitetinin rektorunun köməkçisi, prof. dr. Nihat Ayyıldız, Uluslararası Qazaxıstan Türk Akademyasının rəhbəri, prof. dr. Darhan Kıdırali, yeni “Dədə Qorqud” əlyazmasınının sahibi Vəli Məhəmməd Xoca, prof. dr. Osman Fikri Sərtqaya, prof. dr. Yusuf Azmun, AMEA Folklor İnstitunun Dədə Qorqud şöbəsinin müdiri, prof., dr. Ramazan Qafarlı, AMEA Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, prof., dr. Seyfəddin Rzasoy, folklor tədqiqatçısı İlkin Elsevər və başqaları iştirak etdilər.

Simpoziumda prof. Ramazan Qafarlının “Dədə Qorqud” eposunun yeni əlyazmasının funksional struktur tipologiyası”, folklorşünas İlkin Elsevərin “Kitabi-Dədə Qorqud” eposunda ov törəni” adlı məruzələri maraqla dinlənildi.
AMEA-nin alimləri Ramazan Qafarlı və Seyfəddin Rzasoy xüsusi dəvət olunan 9 alim arasında yer almışdılar.
2020-ci ilin 11-12-13 iyun günlərində 25 saat 22 dəqiqə boyunca canlı yayın baş tutdu. Bu vaxt ərzində 44 məruzə dinlənildi və simpoziumu 4201 nəfər canlı olaraq izlədi. Türkiyə ilə yanaşı Azərbaycan və İrandan da çox sayda qatılanlar oldu. Quzey Kıbrıs Türk Cumhuriyyəti, Qazaxıstan və ABŞ üniversitetlərininin alimlərinin də məruzələri dinlənildı.
Aşağıdakı məsələlərə aydınlıq gətirildı:
1) Əlyazmanı Vəli Məhəmmət Xoca tapmışdır.
2) Yeni aşkarlanan mətn mövcud olan “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi deyil, ayrı bir “Dədə Qorqud” əlyazmasıdır.
3) Əlyazmasında iki əhvalat vardır. Bu əhvalatların boy/boylama olub-olmadığı üzərində yekdil qərar qəbul edilmədı.
4) Əlyazmanın Türkmən Sahra və ya Günbədkavus adlandırılması fikri irəli sürüldü.
Beynəlxalq onlayn konfransda yeni əlyazmanın janrı, məlum Drezden və Vatikan nüsxələri ilə bağlılığı barədəki diskussiyada prof. S.Rzasoy əsas çıxışçılardan olmuşdur. O, əlyazmanın dastanın 3-cü nüsxəsi olmasına qəti etraz etmiş, bildirmişdir ki, bu, birbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqud” eposunun Türkman//Türkmən epoxasındakı davamıdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.