Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
19.06.2020

Folklor İnstitutunda Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans keçirilib

İyunun 19-da AMEA-nın Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan “Folklordan yazılı ədəbiyyata: gülüş və kədər” mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli Sərancamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər Planı çərçivəsində təşkil olunub.

Onlayn konfransı giriş sözü ilə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salıb, onun əsərlərinin şifahi xalq yaradı­cılığı və folklorla, xüsusən xalq yumoru ilə bağlı məqamları barədə məlumat verib. Bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığında xalq gülüşündən özünəməxsus şəkildə istifa edib: "Yazıçı gülüşü göz yaşı və kədərlə yanaşı əks etdirməklə bir tərəfdən diqqəti cəmiyyətin ağrılı problemlərinə yönəldib, digər tərəfdən isə insan xarakterinin mürəkkəbliyini, insan xarakterindəki ziddiyyətləri göstərə bilib".

Daha sonra “Göz yaşları içində gülüş (Ə.Haqverdiyevin əsərləri əsasında)” mövzusunda məruzə ilə çıxış edən fil.e.d. İslam Sadıq Ə.Haqverdiyevin ədəbiyyat xəzinəmizin zənginləşməsindəki xidmətlərindən danışıb. O, ədibin əsərlərindəki gülüşü ifşaedici, cəhalətə, nadanlığa, insan hərisliyinə qarşı yönələn, “göz yaşlarına bürünmüş gülüş” kimi xarakterizə edib.

Tədbirdə “Ə.Haqverdiyevin hekayə yaradıcılığı və bədii simvol” mövzusunda məruzə ilə çıxış edən fil.e.d. Mətanət Abbasova isə yazıçının dini-mifoloji simvollara geniş müraciətinin səbəblərindən bəhs edib. Həmçinin fil.ü.f.d. Gülnar Osmanova “Ə.Haqverdiyevin hekayələrinin poetikasına folklo­run təsiri” adlı məruzəsində folklor obrazlarının, motiv və süjetlərinin, ümumən folklor poetikasının Ə.Haqverdiyev hekayələrinə ideya, kompozisiya, süjet və s. səviyyələrdə təsiri məsələlərinə toxunub.

Bundan başqa, konfransda fil.ü.f.d. Aytac Abbasovanın “Ə.Haqverdiyevin “Pəri-cadu” əsərində obraz­ların mifoloji semantikası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi adı çəkilən pyesdə yazıcının dini-mifoloji obrazlara müracətinin səbəbləri, eləcə də onların əsərdə bədii funksiyası barədə danışıb.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Kamran Əliyev, fil.ü.f.d. Aynur İbrahimova iştirak ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.