Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
28.05.2020

Akademik Muxtar İmanovun 65 yaşı tamam olur

Mayın 28-də folklorşünaslıq sahəsində tanınmış alim, AMEA-nın Folklor İnstitutunun direktoru, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun 65 yaşı tamam olur.

Muxtar İmanov 1955-ci il mayın 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Universitetinin Filologiya fakül­təsi­ni bi­tirib və həmin il Şərur rayonunun Həmzəli kənd orta məktəbində müəllim kimi əmək fəaliy­yətinə başlayıb. Alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Folklor İnstitutunda böyük və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2011-ci ildən AMEA-nın Folklor İnstitutunun direktorudur.

O, 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik, 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik M.İmanov 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olub.

Folklorşünas alimin elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm probleminin nə­zə­ri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslığın bir sıra aktual problemlərinə həsr olunub. O, “Müasir Azərbaycan nəsrində psixologizm”, “Gülüşün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləşməsi”, “Folklor həm keçmiş, həm də bugündür” kimi monoqrafiya və kitablarının, çoxsaylı elmi əsər və məqalələrin müəllifidir.

İlk dəfə alimin araşdırmalarında Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilib, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilib.

M.İmanov yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirib, ədəbi düşüncənin yazılı və şifahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının ilk nəzəri təhlil standartlarını təqdim edib.

O, Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr olunması sa­həsində əvəzsiz xidmətlər göstərib. Akademik “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası, VII kitab) və 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplularının layihə rəhbəri və həmmüəllifidir.

Görkəmli folklorşünas alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.