Folklor İnstitutunun onlayn iclası keçirilib
 AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda koronavirusla mübarizədə “Biz birlikdə güclüyük” devizinin əhəmiyyəti, yeni çıxan kitabların təqdimatı və elmlər doktorluğu üzrə doktorantların rüblük hesabatı barədə danışılıb.
Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev koronavirusla mübarizədə hər bir vətəndaşın qarşıya qoyulan tələblərə ciddi şəkildə əməl etməsini zərurət kimi dəyərləndirib.
Professor Cəlal Qasımov müəllifi olduğu “Birinci Türkoloji qurultay: şahidlər və şəhidlər” kitabı və filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Heyvanlar haqqında nağıllar və təmsillər” monoqrafiyası haqqında geniş məlumat veriblər. Sonra doktorantlardan Fidan Qasımova, Aynur İbrahimova və Aytac Abbasovanın rüblük hesabatları dinlənilib və qənaətbəxş hesab edilib.

|