Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
19.02.2020

FOLKLOR İNSTİTUTUNUN QADINLAR ŞURASI ZEMFİRA MƏHƏRRƏMLİ İLƏ GÖRÜŞ KEÇİRİB

19 fevral 2020-ci il tarixində AMEA Folklor İnstitutunun Qadınlar Şurası “Qəhrəman xanımlarımızı tanıyaq” silsiləsindən Zemfira Məhərrəmli ilə görüş keçirmişdir. Tədbiri açan İnstitut Qadınlar Şurasının sədri fil.ü.f.d., dos. Məleykə Məmmədova bu görüşü Vətən uğrunda canından keçən və qəhrəmanlıq göstərən hər xanıma vəfa borcu kimi dəyərləndirmişdir. O, müharibənin qızğın çağında, od-alovun içində istər döyüşçü, istərsə də tibbi yardım xidməti kimi fəaliyyət göstərən, eləcə də jurnalist kimi bu hadisələrə şahidlik edən zərif cinsin nümayəndələrini qəhrəman adlandırmışdır. Şura sədrinin çıxışından sonra Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, ardından Qarabağ müharibəsində qəhrəmancasına savaşan və Vətən yolunda həlak olan xanımlardan bəhs edən 7-8 dəqiqəlik sənədli film nümayiş olunmuşdur. Filmin nümayişindən sonra Şura sədri görüşün qəhrəmanı Zemfira Məhərrəmlinin sayca 13-cü qələm nümunəsi olan “Qarabağ müharibəsi: zərif talelər” adlı sənədli hekayələr toplusunu iştirakçılara tədqim etmişdir.

Yazıçı-jurnalist Z.Məhərrəmli Qarabağ savaşında iştirakından danışmış, Vətən mövzusunun insanlara erkən  yaşlardan aşılanmasını vacib hesab etmişdir Müəllif hərbi hospitalda olduğu zaman orda çalışan xanımların təpərinə heyran qaldığını, daha sonralar isə gözü ilə görüb, şahid olduğu və eşitdyi hadisələr əsnasında bu kitabı ərsəyə gətirdiyini qeyd etmişdir. Z.Məhərrəmli görüş zamanı “Kişi döyüşürsə qəhrəmandır, qadın döyüşürsə ikiqat qəhrəmandır” fikrini də səsləndirmişdir. Kitabda 62-si qadın olmaqla 102 döyüşçü haqqında məlumatların yer aldığı diqqətə çatdırılmışdır. Müəllif çıxış zamanı haqq səsini dünyaya çatdırmaq üçün Vətən mövzulu kitablarının rus, ingilis, türk dillərində müxtəlif ölkələrdə nəşrindən və bu sahədə üzləşdiyi çətinliklərdən də bəhs etmişdir.

Görüşə qonaq qismində qatılan milli ordumuzun hərb tarixində komandir batalyon müavini vəzifəsinə yüksəlmiş Aida Şirinova müharibənin odlu-alovlu günlərini xatırlayaraq, gəncləri ruh yüksəkliyinə, mərdliyə,  yenilməzliyə səsləmiş, Vətən mövzulu şeirlərindən yeri gəldikcə təqdim edərək o acı günlərə işıq salmışdır. 

Sonra Folklor İnstitutu Qadınlar Şurasının üzvləri – Sevinc Hüseynova, Vüsalə Orucova, fil.ü.f.d., dosent İlhamə Qəsəbova, fil.ü.f.d., dosent Sönməz Abbaslı, alim-şairə, fil.ü.f.d. Qiymət Məhərrəmli çıxışı edərək, müasir ədəbiyyatda Qarabağ müharibəsi mövzusunda yazılmış əsərlərə, eləcə də ekran əsərlərinə böyük zərürət olmasından, Zemfira xanımın bir vətənsevər ziyalı kimi bu sahədə yorulmaz fəaliyyətindən danışmışlar. 

Qızğın savaşlar zamanı cəbhənin ön sıralarında olan Qubatel xanım da görüş zamanı o acı günləri, gördükləri çətinlikləri  xatırlamış, Vətən yolunda şəhid olmağı, yaralanmağı şərəfli iş hesab etmişdir. 

Qarabağ döyüşlərinə Mingəçevir şəhərindən yollanan və Ağdam istiqamətində gedən döyüşlərdə üç dəfə yaralanan veteran xanım Sevgili Rəsulova da o acı günlərdən söz açaraq, vətənpərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyindən bəhs etmişdir.

Tibb bacısı kimi cəbhəyə yollanan Ruxsarə Cumayeva da müharibənin ağrılı-acılı günlərini xatırladaraq orada qızlarımızın göstərdiyi igidliklərdən söhbət açmışdır.

Görüş zamanı hazırda FHN-də xilasetmə dəstəsində çalışan, cəbhənin o ağır günlərində kəşfiyyatçı qadın olaraq mübarizəyə qoşulan Kəmalə Qəhrəmanova və eləcə də onunla birgə döyüş bölgəsində olan bacısı Xanımzər Həsənova savaşın amansız qayda-qanunlarından, gözləri ilə görüb şahid olduqları hadisələrdən, Azərbaycan xanımlarının başına gətirilən müsibətlərdən ürək acısı ilə bəhs etmişlər. 

Sonda yazıçı-jurnalist Zemfira Məhərrəmli bir daha söz alaraq, görüş iştirakçılarına, eləcə də AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğluna bu görüşün təşkilinə görə dərin minnətdarlığını bildirmişdir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan görüşdə Azərbaycanın qəhrəman xanımları ilə yanaşı, AMEA Folklor İnstitutunun əməkdaşları,  İnstitut Qadınlar Şurasının üzvləri, eyni zamanda AMEA-nın digər institutlarından gələn qonaqlar iştirak etmişlər. Sonda qəhrəman xanımlarla xatirə şəkilləri çəkilmişdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.