Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
14.02.2020

Beynəlxalq Muğam Mərkəzində Dünyamalı Kərəmin 100 illik yubileyi keçirilib

2020-ci ilin fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində, AMEA Folklor İnstitunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı, şair-jurnalist, Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
Tədbiri giriş sözü ilə Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli açaraq qocaman şair-jurnalistin həyat və yaradıcılıq yolundan bəhs edib. O, şairin bütöv bir əsri geridə qoymuş şeir dünyasına baş vurmağın, onun ömür və yaradıcılıq yolunu araşdırmağın o qədər də asan olmadığını vurğulayıb.
E.Məmmədli həmçinin əsrin yaşıdı olan şair-jurnalistin təlatümlərlə dolu həyat yolunun müasirləri və gələcək nəsillər üçün əsl örnək olacağını bildirib. Sonra tədbirə aparıcılıq etmək üçün söz şairə Güllü Eldar Tomarlıya verilib.


Şairə Güllü Eldar Tomarlı, ilk öncə, bu tədbirin ərsəyə gəlməsində əməyi keçən AMEA-nın Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Görüşdə çıxış edənlər yubilyarın poeziyasından, uzunömürlülüyün sirrindən söhbət açıb, onun gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər gördüyünü bildiriblər.
Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov Dünyamalı Kərəm haqqında ürək sözlərini bölüşüb. O, qocaman jurnalistin gənc jurnalist kadrlarının yetişməsində böyük əməyinin olduğunu vurğulayıb.
“Ulduz” jurnalının rəssamı Ədalət Həsən çəkdiyi rəsmi yubiliyara hədiyyə edib.
Tədbir daha sonra Aşıq Cahangir, Aşıq Qərib, Aşıq Əli Kəlbəcərli, Aşıq Sevil, Aşıq Pərvanə Zəngəzurlu, Aşıq Nargilə, Aşıq Ramin və başqalarının çıxışları ilə davam edib.
Bildirək ki, Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.