Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


RUSİYA FEDERASİYASININ KABARDİN-BALKAR MUXTAR RESPUBLİKASININ PAYTAXTI NALÇİK ŞƏHƏRİNDƏ DÜNYA MİQYASLI ELMİ KONFRANS

8-9 noyabr 2011-ci il tarixində Rusiya Federasiyası Təhsil Nazirliyi və Kabardin-Balkar Dövlət Universiteti Nalçik şəhərində “Язык, культура, этикет в современном полиэтноческом пространстве” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir. Azərbaycanı həmin elmi tədbirdə AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Nübar Həkimova təmsil etmişdir. Nübar Həkimova bu konfransda iştirakı barədə aşağıdakıları söyləmişdir: “Konfrans Universitetin Filologiya fakültəsinin konfrans zalında keçirilmişdir. 08.11.2011-ci il tarixində ilkin açılış oldu. Açılışda Universitetin rektoru və onun köməkçisi çıxış etdi və gələn qonaqları xüsusi salamladı və öz minnətdarlığını bildirdi. Bu qonaqların içində Azərbaycandan bir nümayəndə kimi mən də iştirak edirdim. Açılış günü mənə də söz verildi. Kabardin-Balkar Muxtar Respublikasının dövlət radio və mətbuatına da müsahibə verdim.
AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi kimi mən öz müsahibəmdə söylədim ki, İnstitutumuzun direktoru, f.e.d. Muxtar Kazım oğlu İmanovun adından konfrans iştirakçılarına öz salamlarını çatdırmağı və göndərdiyi kitabları onlara təqdim etməyi xahiş etmişdir. Bundan əlavə, bizim alimlərimizdən Afaq Ramazanova və Əli Şamilin salamlarını və kitablarını onlara təqdim etdim.
Sonra söz Bijoev Boris Çamaloviç, Bakov Xanqeri İlyasoviç, Xazankoviç Yuliya Qennadiy qızı, Xaraeva Leorena Əhməd qızına verildi və sonda Kuçukova Zohrə Əhməd qızı çıxış edərək konfransın gedişi haqqında öz fikirlərini söylədi. Konfransın IV bölməsinin saat 11.00-dan axşam 18.00-ə qədər davam edəcəyi bildirildi. Konfransın əsas təşkilatçısı xarici əlaqələr üzrə filologiya kafedrasının müdiri f.e.d., professor Tetuev Boris İnzreloviç və ona bu işdə kömək edən f.e.d., professor Zöhrə Kuçukova idi. 9 noyabrda mən “Xalq ədəbiyyatında yuxunun fizioloji aspektinə dair” mövzusunda məruzə ilə çıxış etdim.
Xalqın şifahi ağız icadında - folklorunda elə bir janr yoxdur ki, biz orada yuxu, yuxugörmə, fəhm, telepatiya və intuisiya kimi məsələlərin bədii tülə bürünüb-bükülərək calaqlaşıb bir-birinə peyvənd olduğunu görməyək. Konfrans iştirakçılarının xahişi ilə mən Azərbaycan dilində çıxış etdim. Onlar mənim çıxışımı o qədər səmimi və çox maraqla dinləyirdilər ki, hətta mənim mövzumla bağlı suallar da verdilər. Konfransın yekununda xatirə şəkilləri çəkdirdik”.
F.d. Nübar Həkimova konfransda göstərdiyi fəallığa görə Kabardin-Balkar Dövlət Universitetinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

(fotolar)         1      3    4

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.