Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
29.01.2020

Folklor İnstitutunda YAP Yasamal rayon təşkilatının yığıncağı keçirilib

Yanvarın ayının 28-də AMEA Folklor İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yığıncağı keçirilib. Tədbirdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP-ın AMEA üzrə kuratoru, fil.ü.f.d. Xədicə İsgəndərli və Folklor İnstitutu üzrə YAP üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyasının cəmiyyətin həyatındakı önəmindən və Respublikamızın bugünkü ictimai-siyasi həyatındakı nüfuzundan bəhs edib. O, həmçinin partiyanın günü-gündən sıralarının genişləndiyini də vurğulayıb. Akademik Folklor İnstitutunun 50 əməkdaşının bu partiyanın üzvü olduğunu və daha 20 nəfərin də bu sıralara qoşulmaq istədiyini bildirib.

İclasda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən, təşkilatın qurucusu Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən bəhs edib. T.Əhmədov bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən söz açıb. O, YAP sıralarına daxil olmaq istəyən Folklor İnstitutunun daha 20 nəfər əməkdaşının namizədliyini dəstəklədiyini bildirib və onları bu münasibətlə ürəkdən təbrik edib.

YAP-ın AMEA üzrə kuratoru fil.ü.f.d. Xədicə İsgəndərli çıxışında bu institutun əməkdaşlarının partiyaya üzv olduğu gündən bəri fəallıqları ilə seçildiklərini bildirib. O, YAP-ın Folklor İnstitutu üzrə ilk təşkilatının sədri, b.ü.f.d. Nübar Həkimovanın və institutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin əməkdaşı Nigar İmaməliyevanın YAP-ın tədbirlərində daha fəal iştirak etdiklərini vurğulayıb, Nübar Həkimovanın “Fəxri fərman”la təltif olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.