Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
28.01.2020

Mərkəzi Elmi Kitabxanada “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib

Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Nail Qurbanov yazıçının dördüncü romanı olan bu əsərdə paralel zaman və məkanın, yaddaş fenomeninin, real və irreal hadisələrin ədəbi-bədii əksinin təsvir olunduğunu bildirib. Diqqətə çatdırıb ki, əsərin qəhrəmanı Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Əsərdə yazıçının digər əsərlərinin qəhrəmanlarına da rast gəlmək olur.

Akademik Kamal Abdulla tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, müasir dövrdə informasiyanın rolunu diqqətə çatdırıb. Qeyd edib ki, əsərin qəhrəmanı da sirlər haqqında əsər yazmağa qərar verir. Lakin unudur ki, əsəri yazmaqla insanların sirrini faş edir. Dünyada müxtəlif sirlər var. Məsələn kainatın sirri, dövlətin sirri və sadə insanların sirri. Bunlar arasında fərq böyükdür. “Sirlərin sərgüzəşti” əsərinin qəhrəmanı qonşunun sirlərini yazmaq qərarına gəlir. Çünki digər sirlərdən yazmaq üçün bəlkə də filosof olmalısan, amma sadə insanların sirrini yazmaq üçün iti eşidən qulağa sahib olmaq yetərlidir.

“Əsərlər adətən oxucular tərəfindən birmənalı qarşılanmır. Ümid edirəm ki, “Sirlərin sərgüzəşti” oxucuların ürəyində özünə yer tapa biləcək”, - deyə Xalq yazıçısı Kamal Abdulla qeyd edib.

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Maral Yaqubova romanı yüksək dəyərləndirib. Bildirib ki, kölgələrdən qurtulmuş Həsən müəllimin zaman və məkanın kəsişdiyi belə bir guşədə həyatından razılığı, ömürboyu arzusunda olduğu təkliyə və qəlbində yaşatdığı tənhalığa nail olmasının rahatlığı oxucuya da sirayət edir.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Əzizağa Nəcəfzadə, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Tahirə Məmmədli çıxışlarında vurğulayıblar ki, romanın müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulması əsəri oxunaqlı edir.

Təqdimat mərasimində Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları - Xalq artisti Məmməd Səfa və Əməkdar artist Yaqut Paşazadə “Sirlərin sərgüzəşti” əsərindən parçalar səsləndiriblər.

Sonda müəllif əsərlə bağlı sualları cavablandırıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.