Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
17.01.2020

Folklor İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Yanvarın 17-də AMEA-nın Folklor İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək 20 Yanvar faciəsinin şahidi kimi, həmin günlərdə baş verən prosesləri diqqətə çatdırıb, faciənin yaranma səbəbləri və qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu qurbanlar verdiyini xatırladıb. 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını, xalqının azadlığı uğrunda şəhid olan insanların heç vaxt unudulmayacağını bildirib.
Sonra Folklor İnstitunun nəzdində fəaliyyət göstərən Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı video çarx izlənilib.


Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, fil.ü. e.d., dos. Nizami Muradoğlu çıxışında 20 Yanvarın təkcə hüzn günü deyil, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb, müstəqillik yolunun məhz 20 Yanvardan başladığını nəzərə çatdırıb, hər bir Azərbaycan vətəndaşını müstəqilliyimizin qədrini bilməyə, onu qoruyub saxlamağa çağırıb. Çıxışının sonunda o, 20 Yanvar şəhidlərinə həsr olunmuş “Sizi çağırıram” şeirini oxuyub.
“20 Yanvar cəmiyyəti”nin üzvü Akif Nəsirov cəmiyyətin fəaliyyətindən və faciə qurbanları ilə bağlı məqamların araşdırılıb təbliğ olunmasından söz açıb.
“Mərasim folkloru” şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlil çıxışında bildirib ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, fil.ü. e.d. İslam Sadıq çıxışında bu qanlı hadisələrin canlı şahidi olduğunu vurğulayıb. 30 il keçməsinə baxmayaraq bu müdhiş hadisənin onun qəlbində dərin iz buraxdığını bildirib, 20 Yanvar şəhidlərinin xatirəsinə yazdığı “Ağlama, qərənfil, ağlama” şeirini oxuyub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.