Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
17.01.2020

Beynəlxalq Muğam Mərkəzində “Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı keçirilib

16 yanvar 2019-cu ildə Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutunun təskilatcılığı ilə “Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov açaraq kitabın əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, şifahi ənənəli Azərbaycan musiqisi və rəqslərinə həsr olunmuş bu kitabda toplanan nümunələr təkcə Şimali Azərbaycan ərazisi ilə məhdudlaşmır: “Ç alışmışıq ki, kitaba daxil edilən unudulmuş nümunələr - xalq sənəti və mədəniyyət numunələri həm də Cənubi Azərbaycan, Dağıstan, hətta İraq türkmanlarının yaşadıqları müxtəlif coğrafiyalardan olsun. Ona görə də belə bir kitabın tərtib olunması və nəşri işini vacib bilmişik. Nəticədə unudulmuş xalq musiqisi və rəqslərinin toplandığı belə bir dəyərli kitab işıq üzü görüb”.

M.İmanov daha sonra vurğulayıb ki, təqdim olunan “ Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının I cildi “Təsniflər və mahnılar”, II cildi isə “Rəqslər” adlanır: “ Folklor İnstitutunun Mədəniyyət Nazirliyi, Aşiqlar Birliyi ilə yaxın əlaqələri var. Habelə son illər Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqələrimizi xüsusi olaraq qeyd etmək istəyirəm. Beynəlxalq Muğam Mərkəzi ilə birgə müntəzəm olaraq bir çox silsilə tədbirləri keçirərək bu əlaqələrin daha da möhkəmləndirilməsinə nail olduq. Bundan məmnunluq hissi duyuruq. Mən öz adımdan və Folklor İnstitutunun kollektivi adından bu əlaqələrin möhkəmlənməsində mühüm rolu olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürümü bildirirəm”.

Muxtar İmanov daha sonra bu kitabın araya-ərsəyə gəlməsində İnstitutun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Nailə Rəhimbəylinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində A.Zeynallı adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılovun, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovun böyük rolu olduqlarını xüsusi vurğulayıb. Akademik Muxtar İmanov bu cür kitabların nəşrinin gələcək nəsillər üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Folklor İnsitutunun “Musiqi folkloru” şöbəsinin müdiri Nailə Rəhimbəyli deyib: “Məlumdur ki, Azərbaycan xalq musisinin toplanılması və nota salınması son əsrlərdə aktual bir məsələ kimi hər zaman diqqət mərkəzində olub. Bu isə öz növbəsində haqlı olaraq hər kəs tərəfindən maraqla qarşılanıb”.

N. Rəhimbəyli çıxışında onu da vurgulayıb ki, xalq musiqisinə, muğama göstərilən dövlət qayğısını, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətini həmişə hiss edirik. Məhz bu diqqət və qayğıya görə N.Rəhimbəyli dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Kitabın materiallarını toplayan və nota köçürən A.Zeynalli adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılov bildirib ki, materialları 35 illik karyerası ərzində Türkiyə, İran İslam Respublikası, Hindistan, Turkmənistan, İraq (Kərkük) və digər ölkələrdə qastrol səfərlərdə olarkən toplayıb. O, kitabda toplanan xalq mahnıları, musiqilər, təsniflər və rəqslərin məhz bu təəssuratların nəticəsi əsasında araya-ərsəyə gəldiyini qeyd edib.

Tədbirdə əməkdar artisti Nuriyyə Hüseynova – “Qərib dağlar” (“Şüştər” muğami üstə), xalq artisti Gülyaz Məmmədova – “Səhranı gəzib gəlmişəm”, “Sevəndə həsrət olur” (“Rast” muğamının “Dilkəş” şöbəsi üstə), Muğam müsabiqəsinin laureatı Xəyalə Qafarzadə “Kəklik”, ustad xanəndə Sabir Abdullayev – “Tufanlı dünya”, “Cəlal Xalıq” (“Şur” muğamı üstə) – əməkdar artist Ruzə İbişova – “Apardı tatar məni”, “Mən də müştəriyəm yar” (“Çahargah” muğamının “Muxalif” şöbəsinin üstə), xalq artisti Gülyanaq Məmmədova – “Durna”, “Dad əlindən” (“Bayatı Qacar” muğamı üstə), xalq artisti Gülyaz Məmmədova və Murad Kərimzadə (duet) – “Məni yandırma” (“Şur” muğamı üstə) mahnılarını ifa ediblər.

Təqdimat mərasimində həmçinin xalq artisti Təranə Muradovanın bədii rəhbəri olduğu Bakı Xor eoqrafiya Akademiyasının (BXA) tələbələrinin ifasında “Alçagülü”, “Çəməni”, “Məxməri” rəqsləri ,“Zəngilan” yallısı da ifa olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.