Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
18.12.2019

“Güney Azərbaycan folkloru. VIII cild” çapdan çıxmışdır

AMEA Folklor İnstitutu “Cənubi Azərbaycan folkloru” şöbəsi yarandığı 5 il ərzində Azərbaycan folklorşünaslığına öz layiqli töhfələrini verməkdə davam edir. Təqdirəlayiq haldır ki, o qədər də uzun olmayan bu müddət ərzində şöbə əməkdaşları tədqiqatçılıq baxımından xeyli gərəkli işlər görmüş, Güney Azərbaycanın zəngin folklor örnəklərini toplayıb yazıya köçürmək yolu ilə, eləcə də, əldə edilmiş çap materiallarını (fars əlifbası ilə) transliterasiya edərək, bu zəngin mənəviyyat xəzinəsini elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına vermişdir.
Bugünlərdə işıq üzü görən və sayca səkkizinci olan “Güney Azərbaycan folklor örnəkləri. VIII” (Bakı, “Elm və təhsil”, 2019 – 408 səh.) kitabı da bu baxımdan olduqca böyük əhəmiyyətə malikdir.
Adıçəkilən layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, kitabın tərtibçisi “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, f.ü.f.d., dosent Mətanət Maşallahqızı-Abbasova, redaktoru Lalə Bədirovadır. Mətnləri şöbənin əməkdaşları f.ü.f.d. Qiymət Məhərrəmli və Səbuhi Bədəlov transliterasiya etmişlər.
Güney Azərbaycan seriyasından təqdim olunan və haqqında bəhs etdiyimiz növbəti kitabda oxuculara ölkəmizin güneyində xalq arasında dildə-ağızda qorunub-saxlanan uşaq folkloru nümunələri – nazlamalar, laylalar, müxtəlif uşaq şeirləri, uşaq oyunları, yanıltmaclar, tapmaca, atalar sözü və məsəllər, inamlar və sınamalar, xalq təbabəti nümunələri, bayatılar, nağıllar, lətifələr, Təbriz sarımaları, toy adətləri və s. təqdim olunur. Sonda söyləyicilər haqqında verilən məlumat, lüğət və ədəbiyyat siyahısı da mühüm əhəmiyyət kəsb etməkdədir.
Kitabın folklor araşdırıcılarının və geniş oxucu kütləsinin böyük marağına səbəb olacağına inanırıq.

Qiymət Məhərrəmli, “Cənubi Azərbaycan folkloru”
şöbəsinin böyük elmi işçisi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.