VAKANT ŞÖBƏ MÜDİRİ VƏ ZİFƏLƏRİNİ TUTMAQ ÜÇÜN MÜSABİQƏYƏ SƏNƏD QƏBULU BAŞA ÇATIB
AMEA Folklor İnstitutunda vakant şöbə müdiri ( Klassik folklor şöbəsinin müdiri, Musiqi folkloru şöbəsinin müdiri) və zifələrini tutmaq üçün müsabiqəyə sənəd qəbulu başa çatıb. Sən.e.d., prof. Nailə Rəhimbəyli Musiqi folkloru şöbəsinin müdiri vəzifəsinə, fil.ü.f.d., dos. Rza Xəlilov Klassik folklor şöbəsinin müdiri vəzifəsinə müsabiqəyə sənədlərini təqdim ediblər. İnstitut Elmi Şurasında seçkilərin növbəti ay keçirilməsi nəzərdə tutulub. |