Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
10.12.2019

“Novruz bayramında yaradılış semantikalı faktların psixoanalitik kontekstdə öyrənilməsi perspektviləri"mövzusunda seminar keçirilib

Dekabrın 9-da AMEA Folklor İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Novruz bayramında yaradılış semantikalı faktların psixoanalitik kontektdə öyrənilməsi perspektviləri" mövzusunda elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy mifik faktların psixoanalitik kontekstdə öyrənilməsi perspektivlərindən, psixoanalitik yanaşmanın folklorşünaslığa gətirdiyi yeni imkanlardan, Z.Freyd və K.Q.Yunqun nəzəri yanaşmalarının folklor faktlarının dərk olunmasında oynadığı tarixi roldan bəhs edib. Daha sonra o, Novruz bayramında yaradılış semantikalı faktların psixoanalitik kontekstdə öyrənilməsi istiqamətində aparılan tədqiqatların bayramın elmi baxımdan daha dərindəm öyrənilməsi istiqamətində yeni imkanlar aça biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Sonra Səfa Qarayevin məruzəsi dinlənilib. Folklorun psixoanlitik baxımdan öyrənilməsi təcrübənin inkişaf tarixinə qısa nəzər salan S.Qarayev bildirib ki, Novruzla bağlı mərasim və inancların öyrənilməsində bu metod müstəsna imkanlara malikdir. Onun sözlərinə görə, insan yaradıcılığının istənilən məhsulu, o cümlədən folklor faktlarının psixoanalitik metodla öyrənilməsi "yaradıcı subyekt və yaradılan artefakt" arasında səbəb-nəticə əlaqəsini daha aydın şəkildə öyrənməyə şərait yaradır. Daha sonra Novruz bayramındakı davranış və inancların dünyanın yenidən yaradılması semantikası daşımasına nəzər yetirən məruzəçi bu faktların psixoanalitik kontekstdə təhlili nümunələrini tədbir iştirakçılarının diqqətinə çadırıb. Məruzəçi çıxışı zamanı Novruz bayramında hava qaralan zaman oğlan uşaqlarının papaq atmaq, qurşaq, torba sallamaqla pay yığmaları adəti və "Xızırın gecələr ruzi paylamsı" ilə bağlı inanclar üzərində xüsusi dayanıb. Folklorik faktlar əsasında Xızır//Xıdır obrazının fallik-dölləndirici semantikasına xüsusi diqqət yetirən məruzəçi Novruzda hava qaralan zaman papaq atan uşaqların öz davranışları ilə Xızırın bayram axşamları evlərə gizlin gəlişini imitasiya etmələrini diqqətə çatdırıb. S.Qarayev bayram axşamları məhz oğlan uşaqlarının evlərə papaq atmaları, bu davranışı hava qaraldıqdan sonra reallaşdırılması, papaq atan şəxslərin gizlənmələri, bayram axşamı qapıların açıq saxlanılması inancı, papaq atan uşaqların papağının boş qaytarılmaması zərurəti və s. kimi məsələləri psixoanalitik kontekstdə təhlil edib.
Daha sonra məruzə folklorşünaslar tərəfindən geniş müzakirə olunmuş, məruzəçi S.Qarayev iştirakşıları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.