Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
27.11.2019

Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji məzmunda araşdırılmasına həsr olunmuş konfrans keçirilib

Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin folklor nümunələri içərisində lakonikliyi, müdrikanəliyi, fəlsəfi dərinliyi ilə seçildiyini qeyd edib.

Bildirilib ki, bu lətifələrdə xalq müdrikliyi bütün dolğunluğu ilə əks olunub. Bu mənada Molla Nəsrəddin lətifələrinin, eləcə də digər xalqların folklorundan lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması böyük əhəmiyyətə malikdir. Akademik Teymur Kərimli bu baxımdan “Dünyanı gəzən Molla Nəsrəddin” kitabını yüksək qiymətləndirib.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov son illər Molla Nəsrəddin lətifələrinin toplanılması, tərcüməsi, nəşri və tədqiqi ilə bağlı rəhbərlik etdiyi elmi müəssisə ilə SOCAR AQŞ arasında əməkdaşlıq əlaqələrindən bəhs edib. Bu əməkdaşlıq nəticəsində həyata keçirilən işləri, nəşr olunmuş kitabları, məqalələri diqqətə çatdırıb.

M.İmanov qeyd edib ki, Molla Nəsrəddin lətifələrinin müasir nəzəri-metodoloji aspektdən araşdırılması Folklor İnstitutunun prioritet elmi istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə uğurlar əldə edilib. Xalq gülüşünün arxaik köklərinin araşdırılması, müasir təzahür və nümunələrinin öyrənilməsinin zəruriliyini diqqətə çatdıran akademik bu tədqiqatların daha da dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən SOCAR AQŞ-in baş direktoru Ramin İsayev son dövrlər SOCAR AQŞ ilə Folklor İnstitutu arasında sıx əməkdaşlıq əlaqələrinin formalaşdığını vurğulayıb.

Qeyd edilib ki, artıq bu əlaqələr konkret elmi nəşrlərdə, kitab və məqalələrdə öz əksini tapıb. İki cilddən ibarət Molla Nəsrəddin lətifələri, nüfuzlu bazalara daxil olan beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr, “mollanasreddin.az” portalı bu əməkdaşlığın bariz nümunəsidir.

Qloballaşma proseslərinin getdiyi müasir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışan R.İsayev bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd edib.

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov çıxışında Molla Nəsrəddin lətifələrindən ibarət toplunun nəşrinin ictimai baxımdan xüsusi əhəmiyyətə malik olduğunu, Molla Nəsrəddin müdrikliyinin milli-mənəvi özünəməxsusluğumuzu qoruyub saxlamaq üçün əvəzsiz abidə olduğunu qeyd edib.

Sonra AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının tərtibçisi Qumru Şəhriyar kitabla bağlı ətraflı məlumat verib.

Bildirilib ki, kitabda həm türk və müsəlman, həm də qeyri-türk və qeyri-müsəlman xalqlarının folklor xəzinəsindən lətifələr seçilib toplanıb. Lətifələr on dördü türk olmaqla ümumilikdə iyirmi beş xalqı əhatə edir. Kitabda ümumi lətifələrin sayı altı yüzdən çoxdur. O, həmçinin kitabın tərtibi zamanı akademik nəşr prinsiplərinin gözlənildiyini, çətin anlaşılan və etnoqrafik məzmun daşıyan sözlərdən ibarət lüğətin əlavə edildiyini də vurğulayıb.

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “Molla Nəsrəddin lətifələri xalq gülüşünün sosial-antropoloji semantikası kontekstində”, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev “Dəlilik və vəlilik kontekstində Molla Nəsrəddin obrazı” və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Real və virtual mühitdə Molla Nəsrəddin lətifələri: yeni sosial şərtlər və mədəni təzahürlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji aspektlərdən təhlili istiqamətində suallar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.