Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
25.11.2019

AZƏRBAYCANLI ALİMLƏR “YERLİ İLAHİYYAT MƏKTƏBLƏRİN CANLANMASI VƏ İNKİŞAFI KONTEKSİNDƏ İSLAMŞÜNASLIQ TƏCRÜBƏSİ” BEYNƏLXALQ ELMİ KONFRANSINDA

2019-cu il noyabr ayının 20-22-də Rusiya Federasiyası, Tatarıstan Respubli-kasının Bolqar şəhərində Bolqar İslam Akademiyası və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə “Yerli ilahiyyat məktəblərin canlanması və inkişafı konteksində islamşünaslıq təcrübəsi” adlı Beynəlxalq Elmi Konfrans keçirilib. Konfrans Tatarıstanda, eləcə də Rusiyada son illərdə keçirilən ən böyük tədbirlərdən biri olub, həm Tatarıstanın, həm də Rusiyanın elmi-dini və mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans 3 gün ərzində – 20-22 noyabr tarixlərində Bolqar İslam Akademiyasının iclas salonlarında baş tutdu.

“Yerli ilahiyyat məktəblərin canlanması və inkişafı konteksində islamşünaslıq təcrübəsi” adlı Beynəlxalq Elmi Konfrans ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki Simpozyumda Tatarıstan və Rusiyanın müxtəlif universitetlərindən və elmi tədqiqat mərkəzlərindən, eləcə də Azərbaycan,Türkiyə, Fransa, Bəhreyn, Küveyt, Oman, Mərakeş, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Dağıstan, Başqırdıstan, Udmurtiya, Buryatiya və b. ölkələrdən gəlmiş alimlər, ilahiyyatçılar, islamşünaslar və tədqiqatçılar iştirak edirdilər.

Görkəmli elm adamlarının, ilahiyyatçıların, islamşünasların və tədqiqatçıların qatıldığı bu konfrans 3 gün davam etdi. Konfransda 130-daт çox məruzə dinlənildi. Konfransa Azərbaycandan gələn nümayəndə heyəti Azərbaycanın müxtəlif elmi-tədqiqat mərkəzlərindən və təhsil müəssisələrindən təmsil olunurdular. Onlardan 1 nəfər- Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, 1 nəfər-AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, 1 nəfəri Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsgərov, 1 nəfər- Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, 1 nəfəri-Z. Bünyadov adına Şərqşünasııq İnstitunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, 1 nəfər- Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva və başqaları idi.

“Yerli ilahiyyat məktəblərin canlanması və inkişafı konteksində islamşünaslıq təcrübəsi” adlı Beynəlxalq Elmi Konfrans öz işinə noyabr ayının 21-də Bolqar İslam Akademiyasının Böyük iclas salonunda Aşılış iclası və İslam dininin müqəddəs kitabı olan Quranın oxunması ilə başladı. Açılış iclasında Konfransın Təşkilat Komitəsi adından Bolqar İslam Akademiyasının rektoru, Fəlsəfə elmləri doktoru Daniyar Mavliyaroviç Əbdürrəhmanov Konfrans iştirakçılarını salamladı. Ondan sonra müxtəlif ölkələrdən gəlmiş bir çox iştirakçılar da çıxış edərək Konfrans iştirakçılarını salamladılar və Konfransa öz işində uğurlar arzuladılar. Konfrans Açılış iclasından sonra öz oturumlarını Bolqar İslam Akademiyasının şərti olaraq adlandırılan 3 iclas salonunda - “Birinci”, “İkinci” və “Üçüncü” iclas salonlarında gerçəkləşdirmişdir.
Konfransda Rusiyanın və digər xarici ölkələrin tanınmış elm adamları ilə yanaşı, Azərbaycanı təmsil edən alim və tədqiqatçılar da məzmunlu məruzələrlə çıxış etdilər. İclaslarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun «Вопросы исламской инициативы в работах по философии Нематуллы Нахчивани», AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovun «Educational policy of Tsarist Russia in Azerbaijan in the XIX century», Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsgərovun «Развитие религиозного образования в Азербайджане в контексте истории», Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovun «Роль Фонда Гейдара Алиева в межрелигиозном диалоге и развитии мультикультурального общества в Азербайджане», Z. Bünyadov adına Şərqşünasııq İnstitunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının «Из истории мусульманской духовности на Южном Кавказе в начале XIX века», Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevanın «Коранические мотивы и тасаввуф в поэзии Джаханшаха Хагиги» mövzularda məruzələri maraqla qarşılanıb.


Noyabr ayının 21-də Bolqar İslam Akademiyasının “Birinci” iclas salonunda Konfransın bağlanış iclası keçirildi. Bağlanış iclasında bu Beynəlxalq Konfransın işi yüksək dəyərləndirildi. Bağlanış iclasından sonra “Yerli ilahiyyat məktəblərin canlanması və inkişafı konteksində islamşünaslıq təcrübəsi” adlı Beynəlxalq Elmi Konfransının proqramı çərçivəsində konfrans iştirakçılarının Bolqar İslam Akademiyasının mədəniyyət və incəsənət muzeylərinə ziyarətləri təşkil olundu.

Noyabrın 22-də “Yerli ilahiyyat məktəblərin canlanması və inkişafı konteksində islamşünaslıq təcrübəsi” adlı Beynəlxalq Elmi Konfransının iştirakçıları öz vətənlərinə yola salındılar.

Tahir Orucov

Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.