“Türk dünyası Mədəniyyət Elçiləri: Nəsimi”

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Atif İslamzadə 24 oktyabr 2019-cu ildə Bakı Dövlət Universitetində “Türk dünyası Mədəniyyət Elçiləri: Nəsimi” mövzusunda keçirilmiş beynəlxalq simpoziumda “Nəsimi rədiflərinin Füzuli yaradıcılığında paralel və variasiyaları” adlı məruzə ilə çıxış edib. 08-09 noyabrda isə Türkiyə Cumhuriyyətinin Sivas Cumhuriyət Universitetinin rektoru Alim Yıldız tərəfindən Türkiyəyə dəvət olunan A.İ.İslamzadə Sivas Cumhuriyət Universitetində “Türk dünyası Mədəniyyət Elçiləri: Kadı Bürhanedin”” mövzusunda keçirilmiş beynəlxalq simpoziumda iştirak edib, “Qazi Bürhanəddinin xalq şeirinə və divan ədəbiyyatına təsiri” adlı məruzəsi maraqla qarşılanıb.



