“Folklor kitabı”

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin 10 cildlik əsərlərinin VI və VII cildləri “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmişdir. “Folklor kitabı” adlanan VI cildin elmi redaktoru və ön sözün müəllifi akademik Muxtar Kazımoğlu-İmanov, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.
Kitabda müəllifin “Romantizim və folklor” monoqrafiyası, eyni zamanda folklorun tarixi, nəzəriyyəsi və poetikasına həsr edilmiş tədqiqatları daxil edilmişdir. Bir sıra məqalələr folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələrinə, “Koroğlu” eposunun poetikasına, çağdaş folklorşünasların yaradıcılığına həsr olunmuşdur.
“Dədə Qorqud” adlanan VII cildinin elmi redaktorları və ön sözün müəllifləri doktor-professor Əhməd Bican Ərcilasun və filologiya elmləri doktoru Sona Vəliyeva, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.
Cildə müəllifin “Açıq kitab-Dədə Qorqud” monoqrafiyasının Azərbaycan, türk və fars dillərindəki nəşrləri daxil edilmişdir.