FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI GİRESUNDA BEYNƏLXALQ KONFRANSDA
İyun ayının 21-23-də Türkiyə Cümhuriyyətinin Giresun şəhərində “II Beynəlxalq Dərgi Qaradəniz Sosial Elmlər Simpoziumu” keçirilmişdir. Konfransın açılışında “Dərgi Qaradəniz”in Azərbaycan koordinatoru fil.ü.f.d., dos. Sönməz Abbaslı çıxış edərək konfransın işinə uğurlar arzulamışdır. Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir. Türkiyə ilə yanaşı Azərbaycan və Gürcüstandan da elm adamlarının iştirakı ilə baş tutan konfransda 60-dan çox məruzə dinlənilmişdir.
 Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları fil.ü.f.d., dos. Tacir Qurbanov “Xəstə Zərnişanın yaradıcılığında vətən həsrəti və yurd nisgili motivləri” və fil.ü..d., dos. Sönməz Abbaslı “Qarabağ xalq mahnı və rəqslərinin spesifikası” mövzusunda məruzələrlə çıxış etmişlər. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Konfransın sonuncu günü konfrans iştirakçıları Giresunun gəzməli-görməli yerləri ilə tanış olmuşlar.

|