Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
12.06.2019

AMEA Folklor İnstitutu

“İMADƏDDİN NƏSİMİ VƏ FOLKLOR”  

mövzusunda Respublika Elmi Konfransı

(Bakı şəhəri, 28 iyun 2019-cu il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 yanvar 2019-cu il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haq­qında Sərəncam imzalamışdır.

Yalnız Azərbaycan deyil, dünya ədəbiyyatında öz dəsti-xətti ilə seçilən şairin yaradıcılığı illərdir böyük maraqla oxunur, tədqiqat mənbəyi olur. Sərəncamda da qeyd edildiyi kimi, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının nadir əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Nəsimi yaradıcılığının araşdırılması, xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və tədbirlər davam etməkdədir. Şairin ədəbiyyatda, incəsənətdə də parlaq obrazı yaradılmış, 1979-cu ildə isə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

Görkəmli şair, mütəfəkkir İmadəddin Nəsimin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu “İmadəddin Nəsimi və folklor” mövzusunda Respublika Elmi Konfransı keçirməyi planlaşdırmışdır. Sizi İmadəddin Nəsimi yaradıcılığında folklor, xalq hikmətinin təzahür formaları ilə bağlı mövzularda məruzələrlə konfransda iştiraka dəvət edirik.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

Akad. İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru

Akad. Teymur Kərimli  AMEA  Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Akad. Muxtar İmanov   –  AMEA  Folklor İnstitutunun direktoru

 

Elmi heyət:

AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev   - AMEA Folklor İnstitutunun şöbə müdiri  

Fil.ü.e.d., prof. Füzuli Bayat   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Ramazan Qafarlı -  AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Seyfəddin Rzasoy   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Əfzələddin Əsgər  -  AMEA Folklor İnstitutunun şöbə müdiri

Sən.ü.e.d., prof. Nailə Rəhimbəyli -  AMEA Folklor İnstitutunun şöbə müdiri  
Fil.ü.e.d. İslam Sadıq - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi  

Fil.ü.f.d. Elxan Məmmədli   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. Rza Xəlilov  - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. Ağaverdi Xəlil -  AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. Elçin Abbasov   - AMEA Folklor İnstitutunun elmi katibi

Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə   - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.f.d., dos. Afaq Ramazanova  - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Əli Şamil   - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

Fil.ü.f.d., dos. Fidan Qasımova -   AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 

  

Katiblik:

Fil.ü.f.d. Gülnar Osmanova –  AMEA Folklor İnstitutunun böyük elmi işçisi

  

MÜHÜM TARİXLƏR:

•  Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini  16 iyun  2019-cu   il  tarixi​nə​dək 
nesimi.imadeddin2019@mail.ru   elektron poçt ünvanına göndərə bilərlər.  

•  Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə  19 iyun 2019-cu il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir. 

• Konfrans 28 iyun 2019-cu il tarixində gerçəkləşdiriləcəkdir.

Özət forması endir

 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.