Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Akademik Ramiz Mehdiyevin “Bakinskiy raboçi” qəzetində çap olumuş müsahibəsinin geniş müzakirəsi keçirilmişdir

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetinə verdiyi müsahibə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasında müzakirə edildi.
Müzakirəyə həsr olunmuş iclası Elmi Şuranın sədri, Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu İmanov açdı. Müsahibə haqqında geniş məlumat verən sədr qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri hörmətli akademik Ramiz Mehdiyev ardıcıl olaraq sosial-fəlsəfi yönümlü araşdırmalar aparır, Azərbaycan cəmiyyətinin prioritetlərini müəyyənləşdirir, problemlər və inkişaf perspektivləri haqqında fikir və mülahizələrini elmi dövriyyəyə təqdim edir. Ölkə rəhbərliyi səviyyəsində cəmiyyətin problemlərini aydın görən akademik onları fəlsəfi təhlil müstəvisinə gətirir, araşdırma və təhlilin nəticələrini elmi elitanın diqqətinə çatdırır. Bu müsahibə də öncə qaldırılan problemlərin həlli istiqamətində aparılan axtarışların davamı kimi də səciyyələnir. Müsahibədən görünür ki, araşdırma uzun zaman aparılmış və dərin təhlillər edilmişdir. Təqdim olunan elmi informasiya özündə cəmiyyətə tətbiq üçün zəngin ideya ehtiyatını ehtiva edir. Müsahibədə milli ideyaya, onun tarixi inkişaf yoluna, müasir vəziyyətinə və perspektivlərinə xüsusi diqqət verilmişdir. Akademik milli ideyanın tarixi inkişaf yolunu izləyərək onun strukturunu, təşkil olunduğu elementləri və onun əsas, dominant komponentlərini təhlil edir və müasir Azərbaycan cəmiyyətinin mənəvi sağlamlığını, bütövlüyünü və möhkəmliyini təmin edən təmayülləri və prioritetləri müəyyənləşdirir. Hörmətli akademikin qənaətlərinə görə, “Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü , iradəli liderin varlığına ehtiyac duyur”.
Təhlillərdən görünür ki, akademik üçün milli ideyanın yaxın keçmişi nə qədər dəyərli və mənalıdırsa, cəmiyyətin bu günü və sabahı da o qədər əhəmiyyətli və vacibdir. Çünki keçmişin nəticələri bu gün və sabah üçün ibrətamiz bir nümunə qaynağı təşkil etməkdədir. Müsbəti inkişaf etdirmək, mənfiləri islah etmək, milli-mənəvi varlığı sağlam ruhla və mütərəqqi ideya ilə təmin edən sosial-mənəvi mexanizmlərin aktivləşdirilməsi üçün ardıcıl olaraq sosial-fəlsəfi və ictimai-humanitar axtarışları davam etdirmək lazımdır. Bu sahədə ictimai və humanitar elmlərin üzərinə ciddi məsuliyyət düşür. Çünki, akademikin də qeyd etdiyi kimi, “Millətin öz strateji inkişaf proqramı, milli ideyası-dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır”. Bunların müəyyənləşməsində ictimai-humanitar elmlər, o cümlədən millətin mənəvi dünyasını öyrənən, milli ideyanın mənəvi qaynaqlarını araşdıran Folklor İnstitutu da aktiv iştirak etməlidir.
Müasir dövrün mürəkkəb xarakteri və dünyada gedən siyasi proseslər, ikili standartlar və s. təmayüllər hər bir xalqın milli ideya ətrafında sıx birləşməsini tələb edir. Milli ideya möhkəm olduqca həmin xalq da dünyadakı qlobal proseslərin neqativ təmayüllərindən daha az zərər görür, müvazinətini itirmir, özünün milli-mənəvi tarazlığını qoruyur və sabit inkişaf dinamikasını tənzimləyə bilir.
Milli ideyanı zənginləşdirən, onu aktivləşdirən və fasiləsiz olaraq mənəvi enerji ilə akkumulyasiya edən əsas qaynaqlardan biri və çox önəmlisi də həmin xalqın ənənəvi yaradıcılığı, onun ruhi sağlamlığını təmin edən folklorudur. Geniş mənada folklor ehtiyatı və mənəvi resurslarla zənginləşən, onu aktiv ictimai davranışa və əxlaq kontekstinə daxil edə bilən millətin varlığı daha möhkəm, daha bütöv və sarsılmaz olur. Ona görə də folkloru təkcə qeyri maddi irsi qorumaq və gələcək nəsillərə çatdırmaq üçün deyil, eyni zamanda, milli varlığı, milli özünəməxsusluğu mühafizə etmək, gələcək nəslin özünün varlığını qorumaq üçün bu mədəni fenomeni bütün tərəfləri ilə bərabər öyrənməliyik.
Müsahibədə qeyd olunur ki, humanitar elmimizin qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycanı vahid orqanizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsidir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu olaraq bizim üzərimizə düşən vəzifə Azərbaycanda yaşayan bütün azsaylı xalqların folklorunu öyrənməkdir. Çünki Azərbaycan folkloru Azərbaycanda yaşayan bütün xalqların vahid mənəvi dünyasını, milli-mənəvi dəyərlər sisteminin bütövlüyünü və tamlığını əks etdirir. Bütün mənəvi dəyərlər folklorda birləşir və vahid milli ideya üçün möhkəm mənəvi təməl yaradır. Bu mənada, folklorun Azərbaycanda yaşayan bütün xalqlar kontekstində öyrənilməsi milli ideyanın mənəvi əsaslarının tam və geniş şəkildə öyrənilməsi deməkdir. Bununla biz folklorda qorunan mənəvi resursları kənar hücumlardan, daxili zəifləmə və dağılmadan qorumaq üçün səfərbər edə, onu ictimai həyatımızın aktiv hissəinə daxil edə bilərik. Çünki Azərbaycan folkloru Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi - mədəni təcrübəsinin və yaratdığı dəyərlərin vəhdətini əks ertdirir. Akademik deyir: “Burada güclü türk təməli ilə yanaşı iran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimliyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb etmişlər”.
Akademik daha sonra qeyd edir ki, “kim özünü azərbaycanlı kimi hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır. Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilmiş və universal dəyərlərin daşıyıcısı statusu qazanmışdır”.
Azərbaycan folklorunu onun bütün etnik-lokal xüsusiyyətləri, təzahürləri və qarşılıqlı əlaqələri ilə birlikdə öyrənmək, folklorda ifadə olunan mənəvi dəyər komponentlərinin milli vəhdət ideyasına, birliyə və bütövlüyə xidmət edən funksional imkanlarını araşdırmaq və əldə etdiyimiz nəticələrin tətbiqi qarşımızda duran vacib məsələlərdəndir. Bu işi həyata keçirmək üçün yaxın və uzaq hədəfləri mnüəyyən etmək, Azərbaycanda yaşayan azsaylı xalqların sayca ən az olanından (məsələn, cəmi bir kənddən ibarət olan Xınalıq və Buduqlardan (Quba rayonu) və ya iki kənddən ibarət olan Alban mənşəli Udinlərdən (Qəbələ rayonunun Nij və Bum kəndləri) başlamaq və bunu ardıcıl şəkildə davam etdirmək lazımdır. Bunları biz sistemli şəkildə qruplaşdırmalı, Qafqaz mənşəli, İran mənşəli, Ərəb mənşəli, Yəhudi mənşəli, Slavyan mənşəli və s. xalqların yaradıcılığını Azərbaycanda yaşayan xalqların folkloru olaraq qeydə almalıyıq və onların səciyyəvi xüsusiyyətlərini aydinlaşdirmaq üçün tədqiqat mövzuları müəyyənləşdirməliyik.
Bundan sonra söz filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyevə verildi. Professor Kamran Əliyev akademik Ramiz Mehdiyevin müsahibəsində qoyulan məsələlərlə bağlı geniş məruzə etdi. Məruzədə Azərbaycan Mili İdeyasının tarixi inkişaf yolundan və bu ideyanın formalaşmasında ziyalıların rolundan xüsusi olaraq bəhs olundu (Kamran Əliyevin çıxışının tam mətni).
Sonra söz filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilə verildi. Ağaverdi Xəlil milli ideyanın Azərbaycançılıq yönümlü aspektlərindən, onun strukturundan, milli ideyanı təşkil edən komponentlərin təhlilindən, müasir cəmiyyətin inkişaf perspektivlərindən, innovasiyalı modernləşmədən, ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürülən strateji planlardan, Azərbaycan modelindən, Azərbaycanın azsaylı xalqlarının yaradıcılığının öyrənilməsinin zəruriliyindən və s. məsələlərdən bəhs etdi (Ağaverdi Xəlilin çıxışının tam mətni).
Bundan sonra çıxış edən sənətşünaslıq doktoru, professor Rafiq İmrani akademik Ramiz Mehdiyevin müsahibəsindəki aktual məsələlərdən söz açdı. Professor Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsi kimi milli ideyanı ruhi ehtiyatlarla təmin edən milli musiqinin öyrənilməsinin və təbliğinin aktual problemlərindən və perspektiv imkanlardan danışdı (Rafiq İmraninin çıxışının tam mətni).
Filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli akademik Ramiz Mehdiyevin müsahibəsində qaldırılan məsələlərin aktuallığından və müasir cəmiyyətimiz üçün əhəmiyyətindən bəhs etdi. Əziz Ələkbərli ayrıca olaraq akademikin ermənilərlə bağlı araşdırmalarını çox yüksək dəyərləndirdi və burada əldə edilən nəticələrdən müasir elmi dövriyyədə istifadəsinin zəruriliyindən danışdı.
İnstitutun elmi işçisi Nizami Muradoğlu isə müsahibədə təqdim olunan məsələlərə münasibət bildirərək qeyd etdi ki, zaman-zaman Azərbaycana qarşı ermənilərin hiylə, yalanla dolu təxribat planları olub. Naxçıvana qarşı da iddialarla çıxış ediblər. Belə haqsız iddialara da biz elmi dəlillərlə cavab verməliyik və onların puç və yalan olduğunu göstərməliyik. Bunun üçün də folklorumuzu dəqiq öyrənməliyik, yer-yurd adlarımızı araşdırmalıyıq, Azərbaycanın bu torpağın üzərindəki maddi və mənəvi mədəniyyətini tədqiq etməliyik (Nizami Muradoğlunun çıxışının tam mətni).
Sonra iclasın sədrinin yekun sözü ilə müzakirə sona çatdı. Yekun sözündə müzakirənin məhsuldar keçdiyi və müsahibə ətrafında edilən məruzə və çıxışların hər birinin dəyərli olduğu qeyd olundu, məsələlərin şərhinin vacibliyi və bunların gələcək fəaliyyət sahəsində tətbiqi perspektivlərinin təhlilinin zəruriliyi bir daha vurğulandı.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.