Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
08.05.2019

AMEA-nın 2018-ci ildəki mühüm elmi nailiyyəti: “Sosial-antropoloji yanaşma əsasında folklorun funksional analizi”

AMEA Rəyasət Heyətinin elmi katibləri, filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayev “Mədəniyyət” kanalının “Səhərçağı” musiqili-informasiya proqramının qonağı olmuşlar. Veriliş 2018-ci ilin mühüm elmi nəticələrindən biri kimi qəbul olunmuş “Sosial-antropoloji yanaşma əsasında folklorun funksional analizi” mövzusuna həsr olunmuşdur.

Qeyd edək ki, alimlərin “Sosial-antropoloji yanaşma əsasında folklorun funksional strukturunun, psixoanalitik semantikasının, internet mühitindəki folklor proseslərinin multidissiplinar (kulturoloji, sosiotexnoloji, psixoanalitik) analizi” mövzusundakı ortaq araşdırması Azərbaycan Milli Elmlər Akademiyasının 2018-ci ildəki mühüm elmi nailiyyətləri sırasına daxil olmuşdur. Sosial-antropoloji yanaşma əsasında aparılan araşdırma nəticəsində Azərbaycanda ilk dəfə olaraq:

Kulturuloji aspektdən folklorun sosiomədəni sistem bütövlüyü əsaslandırılmış, bu kontekstdə funksional strukturu analiz olunmuş, sinxron təsnifi və diaxron inkişafı modelləşdirilmiş;

Sosiotexnoloji aspektdən Azərbaycandilli virtual mühitdə gedən folklor prosesləri (İnternet folkloru) öyrənilmiş, texnokulturoloji platformada virtual sosial qrupların folklorik dinamikası və ənənələri təhlil müəyyənləşdirilmiş;

Psixoanalitik aspektdən folklorda əks olunan proyeksiya modelləri və simvolik ekvivalentlik sistemi analiz olunmuş, psixo-emosional metaforik reallığın stereotip və psixoloji komplekslərlə korrelyativ əlaqələri üzə çıxarılmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.