Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
24.04.2019

AMEA Folklor İnstitutu

“CƏLİL MƏMMƏDQULUZADƏ VƏ XALQ GÜLÜŞ MƏDƏNİYYƏTİ”

mövzusunda Respublika Elmi Konfransı

(Bakı şəhəri, 30 may 2019-cu il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 yanvar 2019-cu il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haq­qında sərəncam imzalamışdır.

Azərbaycan ədəbiyyatının inkişafında, yeni mövzularla zənginləşməsində müstəsna xidmətləri olmuş Cəlil Məmmədquluzadə 1869-cu il, fevral ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Sərəncamda da qeyd edildiyi kimi, o, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində mühüm rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmışdır qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur. Jurnalın adından və müəllifin yaradıcılığından göründüyü kimi, onun əsərlərində folklor obraz və motivlərinə dönə-dönə müraciət olunmuş, satirik üslub xalq gülüş mədəniyyəti elementləri ilə birləşmişdir.

Azərbaycan ədəbiyyatı taixində böyük bir dramaturq və nasir, həm də bacarıqlı jurnalist və publisist kimi tanınmış Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda Respublika Elmi Konfransı keçirməyi planlaşdırmışdır. Sizi Cəlil Məmmədquluzadə yaradıcılığınında folklor, xüsusən, xalq hikməti və xalq gülüşünün təzahür formaları ilə bağlı mövzularda məruzələrlə konfransda iştiraka dəvət edirik.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

Akad. İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru

Akad. Teymur Kərimli  AMEA  Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Akad. Muxtar İmanov   –  AMEA  Folklor İnstitutunun direktoru

 

Elmi heyət:

AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev  - AMEA Folklor İnstitutunun şöbə müdiri  

Fil.ü.e.d., prof. Füzuli Bayat   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Ramazan Qafarlı -  AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.e.d. Seyfəddin Rzasoy   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Sən.ü.e.d., prof. Nailə Rəhimbəyli -  AMEA Folklor İnstitutunun şöbə müdiri  
Fil.ü.e.d. Əfzələddin Əsgər  -  AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.ü.e.d. İslam Sadıq - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi  

Fil.ü.f.d. Elxan Məmmədli   - AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. Ağaverdi Xəlil -  AMEA Folklor İnstitutunun şöbə müdiri 

Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə   - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.f.d., dos. Elçin Abbasov   - AMEA Folklor İnstitutunun elmi katibi

Fil.ü.f.d., dos. Afaq Ramazanova  - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Fil.ü.f.d., dos. Rza Xəlilov  - AMEA Folklor İnstitutunun şöbə müdiri 
Əli Şamil   - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

Fil.ü.f.d., dos. Fidan Qasımova -   AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 

Katiblik:

Fil.ü.f.d. Gülnar Osmanova –  AMEA Folklor İnstitutunun böyük elmi işçisi

  

MÜHÜM TARİXLƏR:

•  Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini  06 may 2019-cu   il  tarixi​nə​dək 
celil.memmedquluzade2019@mail.ru   elektron poçt ünvanına göndərə bilərlər.  

•  Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə  13 may 2019-cu il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir. 

• Konfrans  30 may 2019-cu il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.

• Məruzələrin tam mətni 17 iyun 2019-cu il tarixinə qədər təqdim edilməlidir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Özət və məqalələr e-mail ilə göndərilməlidir.

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5 

•  Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə: 12 şrift ölçüdə. 

•  İnterval: 1,5.

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda  “Qaynaqlar”  yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra  üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar söz­lər  verilməlidir.

•Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.

•  Konfrans haqqında məlumatı və anket formasını  www.folklor.az  səhifəsindən əldə etmək olar. 

•  Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır. 

•  Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 

•  Hər bir məruzəçi üçün maksimum 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.  

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

•  Konfransda iştirak etmək istəyənlərin yol və otel xərcləri özlərinə aiddir.  

Özət formunu endir

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.