Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
03.04.2019

ÖZBƏK ŞAİRİ VƏ ALİMİ TAHİR KAHHAR FOLKLOR İNSTİTUTUNUN QONAĞI OLUB

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 15 noyabr 2018-ci ildə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı imzalamışdır. Sərəncamdan az bir vaxt keçməsinə baxmayaraq bir sıra işlər görülmüşdür.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin İmadəddin Nəsiminin əsərlərinin tərcümə edilməsi, nəşri yayılması sahəsində apardığı iş təqdirəlaiqdir. Mərkəz Azərbaycan ədəbiyyyatının bilicisi, özünü “Füzuli ədəbi məktəbinin şagirdi” adlandıran, filologiya elmləri namizədi, dosent Tahir Kahharı İmadəddin Nəsiminin əsərlərinin tərcüməsi işinə cəlb etmişdir.

Əvvələr də Azərbaycan ədəbiyyatınadan tərcümələr etmiş Tahir Kahhar İmadəddin Nəsiminin böyük həvəslə və yüksək sənətkarlıqla ana dilinə tərcümə etmişdir.

“Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində “İmadəddin Nəsimi və Özbək ədəbiyyatı” adlı konfrans keçirilmişdir. Tahir Kahhar da bu konfransa qatılmış, gördüyü işlərdən danışmışdır.

Azərbaycanda folklorun toplanması, nəşri, təbliğı, tərcüməsi və yayılması ilə bağlı bilgi almaq üçün filologiya elmləri namizədi, dosent Tahir Kahhar AMEA Folklor İnstitutunun qonağı olub, institutun direktoru, akademik Muxtar Kazımoğlu – İmanovla görüşüb. Görüşdə eyni kökdən olan Azərbaycan və Özbək folklorunun toplanması, tanıdılması və əlaqələrin genişləndirilməsi mövzusunda söhbət aparılıb.

AMEA Folklor İnstitutu Xarici Əlaqələr bölməsinin müdiri Əli Şami də görüşdə iştirak edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.