Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
15.03.2019

Muğam Mərkəzində Novruz bayramına həsr edilmiş elmi seminar keçirilib

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli çıxış edərək Novruz bayramının tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaradıb.

Vurğulanıb ki, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməklə Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılıb.

Qeyd edilib ki, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart-Beynəlxalq Novruz Günü elan edilib.

Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminarın mühüm əhəmiyyət kəsb etdiyini deyən natiq, bildirib ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər.

Seminarda filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoyun “Novruz ənənələri milli-mənəvi dəyərlərin sistemi kimi”, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Novruz çərşənbələrinin ritual mahiyyəti və fəlsəfəsi”, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayatın “Novruz türk dünyasında”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovanın “Azərbaycan bəstəkarların yaradıcılıqlarında bahar mövzusu”, filologiya üzrə elmlər doktoru Nizami Muradoğlunun “Azərbaycan klassik ədəbiyyatımızda Novruz” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Musiqi folklorunda Novruz” adlı məruzələri dinlənilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.