Elmi Şuranın iclası keçirilib

Martın 4-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə İnstitutun direktoru, akademik Muxtar İmanov açaraq görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.
İnstitutun elmi katibi, fül.ü.f.d dosent Elçin Abbasov gündəlikdə duran məsələlər haqqında bilgi verib. İlk olaraq fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri açıqlanıb. Qəbul imtahanlarını müvəffəqiyyətlə vermiş Günay Həmidlinin fəlsəfə doktorluğu dissertasiyasının mövzusu (“Azərbaycan epik folklorunda kölgə arxetipi”, elmi rəhbər akademik M.İmanov) təsdiq edilib.
İnstitutun direktor müavini fül.ü.f.d Oruc Əliyev 2019-cu il üçün elmi-tədqiqat işlərinin planı barədə məlumat verib. O, keçən ilki plan işlərinin yüksək səviyyədə yerinə yetirildiyini bildirib, onların müxtəlif vasitələrlə qorunmasının gərəkliyini söyləyib.
Sonda İnstitut əməkdaşlarına dosent elmi adının verilməsi məsələsinə baxılıb.



