Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
04.03.2019

“Azərbaycan-qumuq folklor əlaqələri”

Fil.ü.f.d. Aynur Qəzənfərqızının “Azərbaycan-qumuq folklor əlaqələri” monoqrafiyası Azərbaycan folklorşünaslığının prioritet sayılan istiqamətlərindən birinin elmi baxımdan reallaşdırılmasına xidmət edir. Azərbaycanla Şimali Qafqaz xalqlarının, xüsusən də Şimali Qafqazın türk mənşəli xalqlarının folklor əlaqələri indiyədək folklorşünaslığımızda, demək olar ki, öyrənilməmişdir. Bu baxımdan təqdim olunan kitab həmin boşluğu doldurmaq istiqamətində mühüm addımlardan biridir. Məlumdur ki, azərbaycanlılarla qumuqları təkcə ərazi (Qafqaz) və etnik (türk) köklər deyil, həm də tam eyni antropoloji xüsusiyyətlər və dini mənsubiyyət birləşdirir. Bu da iki xalqın folklor əlaqələrinin öyrənilməsini daha da maraqlı və zəruri edir.
Kitabın “Giriş”ində qumuqlar haqqında ümumi məlumat verilmiş, yerləşmə arealından və əhalinin demoqrafik vəziyyətindən bəhs edilmişdir.
Birinci fəsil multikulturoloji yöndən araşdırılmış, Azərbaycan-qumuq əlaqələri, həmçinin qumuq-rus, qumuq-avropa folklor əlaqələri mövzusuna toxunulmuşdur. Kitabda eyni coğrafi ərazidə yaşayan iki xalq arasında tarixi qonşuluq əlaqələrinin Sovet İttifaqı qurulduqdan sonra xüsusilə türklərin bir-birindən ayrılması və uzaq düşməsi üçün aparılan siyasətdən bəhs edilmişdir. Bundan başqa, arxivlərdə saxlanılan bəzi sənədlər sayəsində iki xalq arasındakı mədəni və siyasi-iqtisadi əlaqələrin tarixinin dərinliyi haqqında danışmışıq. Burada qumuq xalqının nüfuzlu knyazı, çar ordusunun generalı Xasay Xan Usmiyevin Xan qızı Xurşudbanu ilə evlənməsi faktını və bu sənəddə generalın rus və ermənilərin Azərbaycana qarşı edə biləcəyi hər hansı bir hücumda Azərbaycana necə yardım edəcəklərinin müzakirə olunması rus çinovniki tərəfindən “doklad”da öz əksini tapmışdır.
İkinci fəsil “Qumuq folkloru ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi” adlanır. Burada qumuq folklorunun toplanıb, araşdırılması tarixinə qısa bir nəzər salınmış, qumuq folklorunun Azərbaycanda öyrənilməsi məsələsinə toxunulmuş, qumuq folklorunun Avropa alimləri tərəfindən öyrənilməsi araşdırılmışdır.
“Qumuq folklorunda lirik mətnlərin özünəməxsusluğu: sarınlar və yırlar” adlı üçüncü fəsildə sarınlar və yırlar haqqında söhbət açılır. Sarınların poetik xüsusiyyətləri, ritm və vəzn xüsusiyyətləri, haxışda və toqmaklar, ağılar və vayakları öyrənməyə çalışılıb. Bundan başqa, qumuq yırlarının bölgüsü, igidlik yırları, yırlarda köpək mövzusu, qadın motivi, tarixi qəhrəmanlıq yırları təhlil etmişik. Qumuq folklorunun spesifik iki janrı vardır: sarınlar və yırlar. Bu janrlar həm məzmunca, həm də sayca digər bütün janrlardan çoxluq təşkil edir.
“Qumuq mərasimləri və onlarla bağlı yaranan janrlar” adlı dördüncü fəsildə isə mövsüm və mərasim nəğmələrinin qumuq folkloru üçün əhəmiyyətindən danışılır. Mövsüm mərasimi kimi Zəmirə, Güdürbay, Novruz mərasimləri haqqında məlumat verilir. Ailə-məişət nəğmələrindən qumuqların toy mərasimləri Azərbaycan folklorundakı qarşılığı ilə müqayisəli şəkildə təhlil edilmişdir. Həmçinin, qədim türk adəti olan qızqaçırma haqqında da məlumat verilmişdir.
Daha sonra qumuqların yas mərasimi haqqında qısa araşdırma aparılmışdır. Göstərilmişdir ki, qumuq toyları qədər yas mərasimləri də diqqəti çəkir. Belə ki, qumuqların yas mərasimində şamanizmin izlərinə rastlanmaqdadır. Xalq mahnıları, sazın qumuq folklorundakı evivalenti aqaç-komuz, ovsun, tapmacalar haqqında da oxucularımız bu fəsildə qısa məlumat ala bilərlər.
Kitabın V fəsli “Qumuq epik mətnlərinin səciyyəvi xüsusiyyətləri” adlanır. Mifoloji mətn və obrazların qumuq folklorundakı izləri, Albaslı onun Lilit və Şumer mətnlərindəki qarşılığı Isıkıl-Lilla ilə müqayisəsindən, həmçinin Akkatun, Sütkatun, Kılıçtöş, Sulax, Humay Azərbaycan kimi mifoloji obrazlar müqayisəli təhlil edilmişdir. Kitabımızın bu fəslində həm də türklərin Tanrı anlayışı türk miflərində ölümsüzlük axtarırlır. Dəli Domrul və Javat bıy obrazları Bilqamış ilə birlikdə təhlil edilir. Türk mifologiyasında əyə anlayışı, ölüm əyəsinə münasibət, buynuzlu heyvanlara münasibət mövzularını da oxucularımız kitabımızın bu fəslində tapa bilərlər. Həmçinin qumuq nağılları: süjet, motiv və obrazlar sistemi, lətifələr, onların əsas qəhrəmanları, atalar sözü və deyimlər haqqında qısa bilgimiz də son fəslimizdə özünə yer almışdır.
Son olaraq qeyd etməliyik ki, kitabımızda istifadə edilən bütün mətnlər orijinal qumuqcadır. Ya özümüzün topladığımız ya da bizdən əvvəl toplanmış materiallara müraciət etmişik. Rus dilinə tərcümə edilmiş mətnlərdən istfadə etməməyi məsləhət bildik. Çünki qumuqca Azərbaycancaya daha yaxındır və mətnlərin mənası da daha dolğun anlaşılır. Ruscadan tərcümə zamanı bir çox məna itkisinə rast gəlirik.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.