Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.02.2019

Akademik Akif Əlizadə-85

   Fevralın 25-də görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 85 yaşı tamam oldu.
   Görkəmli geoloq-alim və bacarıqlı elm təşkilatçısı olan akademikin başlıca tədqiqat sahəsi geologiya və paleolontologiya olsa da, hərtərəfli biliyə malik olması, uzaqgörənliyi digər elmlərlə yanaşı, humanitar sahədə də sağlam elmi mühitin yaradılmasına səbəb olmuşdur. Müasir dövrdə elmin cəmiyyətə inteqrasiyası və gənc nəslin elmi potensialının düzgün istiqamətə yönəldilməsi, ümumiyyətlə, Azərbaycanda dünya standartlarına cavab verən və dövrün tələbinə çevrilən elmi hərəkatın yaradılması akademik Akif Əlizadənin çoxsaylı xidmətlərindəndir.
   2003-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və müvafiq sərəncamı ilə yaradılmış, xalqımızın maddi-mənəvi mədəniyyətinin tədqiqi və təbliğini qarşısına əsas məqsəd qoymuş Folklor İnstitutu da akademik Akif Əlizadənin qayğı və himayəsini hər zaman hiss edir. Bu gün Folklor İnstitutunun əldə etdiyi bütün uğurlar milli köklərə bağlı olan və zəngin mənəvi dünyaya malik akademikin bu qayğısının və etimadının nəticəsidir.
   Azərbaycan ziyalılığının etalonu sayılacaq mənəvi keyfiyyətlərə malik Akademiki yubileyi münasibətilə təbrik edir, ona Azərbaycan elminin çiçəklənməsi yolunda yeni-yeni nailiyyətlər arzu edir və möhkəm cansağlığı diləyirik!

Akademik Muxtar İmanov
25 fevral 2019

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.