Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
25.02.2019

Folklor İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

Fevralın 22-də AMEA Folklor İnstitutunda Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu tədbirdə çıxış edərək bildirib ki, hər il Xocalı faciəsi mövzusunda silsilə tədbirlərin keçirilməsinin bir anlamı şəhidlərimizi yad etməkdirsə, başqa mənası özümüzü xalq olaraq tanımaq, yaxın-uzaq tarixə baş vurmaq, ibrət dərsi götürməkdir. “Hələ 1991-ci ildə ermənilər havadarlarının yardımı ilə bu hadisələri elə qurmuşdular ki, Xocalı artıq blokadada idi. Bütün avtomobil yolları bağlanmışdı, Xocalıya yalnız vertolyotla gedib-gəlmək mümkün idi. Faciə gecəsi öncə toplardan atəş açdılar, şəhəri tamam yanğına qərq etdilər. Ardınca şəhərə qoşun girdi. Əhali şəhərdən qaçmaqla da canını qurtara bilmədi. Milli qəhrəman Əlif Hacıyev və silahdaşları həmin gecə qəhrəmanlıqla şəhid oldular. Çoxu uşaq, qadın, qoca olmaqla 613 nəfər əzabla öldürüldü. Əsirlərlə vəhşicəsinə rəftar olundu. Bu soyqırımı hadisəsinin qiymətləndirilməsi, dünyaya tanıdılması istiqamətində öhdəmizə böyük işlər düşür. Dünyanın 12 parlamentində, ABŞ-ın 22 ştatında Xocalı soyqırımı tanınıb. Ermənilər siyasi məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər. Onların qarşısını almaq üçün millət olaraq səfərbər olmalıyıq.”


Sonra İnstitutun Folklor Studiyasının Xocalı faciəsi ilə bağlı hazırladığı filmə (ideya müəllifi Mahir İbrahimov, rejissor Qasım Nağı, montaj və mətni səsləndirən Firdovsi Nəbiyev) baxış olub.
Tədbirdə “Mifologiya” şöbəsinin müdiri fil.ü.e.d. Seyfəddin Rzasoy, “Dədə Qorqud” şöbəsinin müdiri, fil.ü.e.d. Ramazan Qafarlı, “Türk xalqları folkloru” şöbəsinin müdiri, fil.ü.e.d. Əfzələddin Əsgər, “Təhsil” şöbəsinin müdiri, fil.ü.f.d. Nizami Muradoğlu, fil.ü.e.d İslam Sadıq soyqırım hadisəsinə münasibət bildirırək qeyd ediblər ki, bu gün erməni ideoloqları Xocalı faciəsini necə törətdikləri haqqında açıq-aşkar danışmaqdadırlar. Təəssüf ki, bunlara rəğmən onlar hələ də cəzalarını almayıblar. Düşmənlə sərt dildə danışmaq, onu həm savaşda, həm də haqq-ədalət divanında diz çökdürmək gərəkdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.