Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
05.02.2019

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin dördüncü və beşinci cildləri çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin dördüncü və beçinci cildləri işıq üzü görüb.

“Klassiklər, müasirlər” adlanan dördüncü cildin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoylu, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovadır.

Kitabda müəllifin XIX, XX və XXI əsrlərdə yaşayıb yaratmış Azərbaycan ədəbiyyatı tarixinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığına aid məqalələri toplanıb. Nəşrdə M.F.Axundzadə, A.Bakıxanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Hadi, M.S.Ordubadi, C.Cabbarlı, R.Rza, S.Vurğun və başqa sənətkarların şəxsiyyəti, ədəbiyyata baxışı və bədii yaradıcılıqları müxtəlif aspektdən araşdırılıb.

Professor Kamran Əliyevin 10 cildlik əsərlərinin “Ədəbiyyatşünaslıq, ədəbi tənqid” adlanan beşinci cildinin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Kamal Abdullayev, tərtib edənləri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva və Nigar İmaməliyevadır.

556 səhifəlik bu cilddə müəllifin ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında məqalələri toplanıb. “Ədəbiyyatşünaslıq” bölməsində “Nəzəriyyə məsələləri”, “Ədəbi şəxsiyyət”, “Ədəbi yaddaş”, “Ədəbi dil”, “Müasirlik mövqeyi”, “Elegiya” ümumbaşlıqları altında bir çox məsələlərə aydınlıq gətirilib. Kitabın bu bölməsində “Abbas Zamanov olmasaydı” adlı monoqrafiya da yer alıb.

Kitabın “Ədəbi tənqid” bölməsində isə “Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri” adlı monoqrafiya və ədəbi tənqidin bir çox məsələlərinin təhlil olunduğu məqalələr öz əksini tapıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.