Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
29.01.2019

FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI TİFLİSDƏ BEYNƏLXALQ ELMİ SİMPOZİUMDA

24-26 yanvar 2019-cu il tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində “I Qara Dəniz Sosial Elmlər” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumu Türkiyənin Ərdahan Universitetinin professoru, folklorşünas və tədbirin təşkilatçısı Ərdoğan Altınkaynak açaraq, iştirakçıları salamlayıb və mövzu ilə bağlı fikirlərini bildirib. Türkiyə, Azərbaycan, Gürcüstan, Kanada, Kosova, Qazaxıstan, Ukrayna, İran, Qırğızıstan, Tacikistanın müxtəlif qurumlarının birgə təşkilatçılığı ilə baş tutan simpoziumda müxtəlif mövzularda məruzələr dinlənilib. Tədbirdə çıxış edən alimlər mövzularla bağlı sualları cavablandırıblar.

Simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları fil.ü. f.d. dos. Sönməz Abbaslı “Karabağ masallarının özelliği”, fil.ü.f.d. Məleykə Məmmədova “Azerbaycan və Anadolu’da topla oynanan çocuk oyunları” və fil.ü.f.d. Aynur Cəlilova “Qafqaz xalqlarının ovçuluq miflərinə baxış” mövzusunda məruzələrlə çıxış ediblər. Simpoziumun danışıq dili Türk, ingilis, gürcü və rus dillərində olub.

Simpoziumda dünyanın müxtəlif ölkələrindən gələn alimlərin antropologiya, arxeologiya, Şərq dilləri və ədəbiyyatları, coğrafiya, Çağdaş Türk ləhcələri və ədəbiyyatları, iqtisadiyyat, fəlsəfə, maliyyə, qəzetçilik və media, hüquq, musiqi, psixologiya, siayasət, sosial xidmətlər, kino, tarix, turizm haqqında və digər elmi biliklərdən bəhs edən məqalələri müzakirə olunub və kitabda nəşr edilmək üçün bəyənilib. Qeyd olunub ki, bəyənilən elmi mövzular "Qara Dəniz" dərgisində dərc olunacaq və bu ilin ortalarında bəyənilən mövzulardan ibarət kitab da nəşr olunacaq.

Qeyd edək ki, tədbirdə 118 elm adamı, o cümlədən Azərbaycandan 10-dan çox alim iştirak edib. Sonda məruzəçilərə “Təşəkkür bəlgəsi” təqdim olunub. İldə iki dəfə keçirilməsi nəzərdə “I Qara Dəniz Sosial Elmlər” beynəlxalq simpoziumu ilk dəfə olaraq Tiflisdə təşkil edilib. Sonuncu gün simpozium iştirakçıları Tiflis şəhərinin görməli yerləri ilə tanış olublar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.