Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

Yanvarın 21-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu açaraq yola saldığımız ildə görülmüş işləri dəyərləndirib, builki fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Gündəlikdəki birinci məsələ – AMEA Folklor İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri barədə elmi katib, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmlər doktoru hazırlığı üzrə doktorantura Aytac Abbasova (“Türk xalqları ədəbiyyatı” ixtisası) və Tahir Nəsib (“Folklorşünaslıq” ixtisası), dissertanturaya isə Nail Qurbanov (“Türk xalqları ədəbiyyatı” ixtisası) və Ülkər Əliyeva (“Folklorşünaslıq” ixtisası) qəbul olunublar.

AMEA Folklor İnstitutunun fələfə doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələri də açıqlanıb. Rada Abbasova “Türk xalqları ədəbiyyatı”, Nigar Zeynalova və Əsmər Veyisovanın “Folkorşünaslıq” ixtisasları üzrə dissertanturaya qəbulu təsdiqlənib.
Sonra Elmi Şurada İnstitutun “Musiqi folkloru” şöbəsinin əməkdaşı, sən.ü.f.d. Kəmalə Atakişiyeva “Cəlili” aşıq havasının təhlili” mövzusunda məruzə edib.
Sonda İnstitutun direktoru M.Kazımoğlu “Dədə Qorqud” jurnalının fəaliyyətinin yüksəldilməsi haqqında məsələni gündəmə gətirib. Qərara alınıb ki, adıçəkilən jurnal ildə 4 dəfə olmaqla nəşr olunsun və orada ingilis və rus dillərində məqalələrin çapına icazə verilsin.
Bununla da Elmi Şura öz işini yekunlaşdırıb.

