Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
17.01.2019

Folklor İnstitutunda 20 Yanvar şəhidləri anıldı

Yanvarın 17-də AMEA Folklor İnstitutunda 20 Yanvar facəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Oncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq 20 Yanvarı Azərbaycan tarixində faciəvi olduğu qədər uca qəhrəmanlıq səhifəsi adlandırıb. Akademik qeyd edib ki, “Keçmiş SSRİ məkanında azadlıq mücadiləsinin ən kəskin meydanlardan biri Azərbaycan olub. Moskva bunu duyan kimi müxtəlif vasitələrlə xalqımızı susdurmağa çalışıb. 20 Yanvar hadisələri imperiyaya qarşı mübarizənin qanlı zirvəsi olub. 20 Yanvar eyni zamanda bizim fəxarət və şərəf tariximizin parlq səhifəsidir. Bu gün 20 Yanvar şəhidlərinin uyuduğu məkan bizim üçün müqəddəs and yeridir”.
Sonra İnstitutun Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş etdirilib. Çoxsaylı tarixi faktları, o günlərin lent yazılarını özündə əks etdirən film böyük maraqla izlənilib.


Daha sonra çıxış edən, İnstitutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgər 20 Yanvar olaylarını imperiya caynağından qurtulmaq istəyən, müstəqilliyə can atan Azərbaycan xalqının gözünü qorxutmaq, onun iradəsini qırmaq üçün təşkil edilmiş qanlı təxribat adlandırıb.
Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair Nizami Muradoğlu da faciə ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, şəhidlər olmayan yerdə qələbə də olmur: “20 Yanvar faciəmiz olduğu qədər də bizə xalq olaraq şərəf gətirən hadisədir”.
Filologiya üzrə elmlər doktoru, şair İslam Sadıq adıçəkilən qanlı terrorun müstəqilliyə təşnə olan xalqımızın hiddətini qıra bilmədiyini, əksinə daha da əzmkar və döyüşkən bir xalqa çevirdiyini dilə gətirib. O, bu hadisələrin yetərincə ədəbiyyatda, rəssamlıqda, sənədli filmlərdə bədii əksini tapdığını vurğulayıb.
Akademik Muxtar Kazımoğlu-İmanov anım tədbirini yekunlaşdıraraq, bu qanlı olayın təşkilatçılarının həmişə xalqımız tərəfindən lənətlə xatırlanacağını, onun qurbanlarının isə yaddaşımızda əbədi olaraq qəhrəman kimi yaşayacağını bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.