Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
30.11.2018

“Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib

29 noyabr 2018-ci il tarixdə Göyçay şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının inzibati binasında keçirilən konfransın iştirakçıları əvvəlcə foyedə Göyçay xalq yaradıcılığı nümunələrinin sərgisi ilə tanış olublar. Konfrans “Bir dünya - min millət” sənədli filminin nümayişi ilə başlanıb. Filmdə Göyçayda narçılığın inkişafından, narla bağlı keçirilən elmi konfrans və nar bayramlarından bəhs olunub.


Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə konfrans iştirakçılarını salamlayaraq, ölkəmizdə bağçılığın inkişafına dövlət qayğısından, Göyçayın “Azərbaycan gülöyşəsi”, “Bala Mürsəl”, “Şahnaz”, “Ağşirin”, “Qırmızıqabıq”, “Vələs”, “Şelli mələsi” kimi qiymətli nar növlərinin yetişdiyi yeganə bölgə olmasından, istehsal edilən nar məhsullarının xarici ölkələrə ixracından danışıb.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Azər-baycan folklorunda narın mifoloji semantikası” mövzusunda məruzə edərək, Azərbaycan folkorunun bir çox janrlarında - nağıllarda, dastanlarda, bayatılarda, aşıq sənətində, el nəğmələrində və s. narın təsvirinə geniş yer verildiyindən, xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjet, motiv və obrazlara rastlanmasından, narın mifoloji rəmz kimi məhəbbət, güc, məhsuldarlığı ifadə etməsindən bəhs edib.


Sonra konfrans iştirakçılarından Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun “Dənəciklər məcmusu bütövlüyün rəmzi kimi: nar - təbiət möcüzəsi”, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylının “Türk mədəniyyətində nar”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin “Nar multidissiplinar kontekstdə” mövzularında məruzələri dinlənilib. Açılış islasında həmçinin AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti” kitabının təqdimatı olub, qonaqlara xatirə hədiyyələri paylanıb. Daha sonra beynəlxalq elmi konfrans “Nar iqtisadiyyatda və sosial həyatda” və “Narın sənətdə və mədəniyyətdə təzahürü” bölmələrində işini davam etdirib.
Konfrans bitdikdən sonra AMEA Folklor İnstitutunun əməkdaşları və digər qonaqlar Göyçay rayonundakı Şəhidlər Xiyabanını və şair Əli Kərimin məzarını ziyarət edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.