Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
14.11.2018

AZƏRBAYCANLI ALİMLƏR MERSİN ELMİ SİMPOZİUMUNDA

2018-ci il noyabr ayının 1-3-də Türkiyə Cümhuriyyətinin Mersin şəhərində Mersin Üniveristeti (MEÜ) ilə Mersin Akademi Danışmanlığının iş birliği və Uluslararası Akdeniz Sempozyumu Genel Koordinatörü Prof. Dr. Durmuş Ali Arslanın kordinatorluğu ilə “I. ULUSLARARASI AKDENİZ” Simpoziumu keçirildi. Simpozium nəinki Mersində, eləcə də Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Mersinin və Türkiyənin elmi-ədəbi və mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində –1-3 noyabr tarixlərində Mersin Üniversitesinin Prof. Dr. Uğur Oral Kültür Mərkəzinin iclas salonlarında baş tutdu.
Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Simpozyumda Türkiyədən, KKTC-dən, eləcə də Azərbaycan, Rusya, Qaqauz-eli - Moldova, Qazaxıstan, Özbəkistan və başqa ölkələrdən gəlmiş alim və tədqi-qatçılar iştirak edirdilər. Görkəmli elm adamlarının və tədqiqatçıların qatıldığı bu simpozium 3 gün davam etdi. Simpoziumda 350-dən çox məruzə dinlənildi. İclas-lar Oral Kültür Mərkəzi'nin Antaliya, Osmaniyyə, Adana, İsparta, Hatay və Burdur salonlarında gerçəkləşdirildi.

Simpoziuma Azərbaycandan gələn nümayəndə heyəti 5 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun alimləri:AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, institutun “Mərasim folkloru” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, Folklor İnstitunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov idi. Onlarla yanaşı, “I. ULUSLARARASI AKDENİZ” Simpoziumunda AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova və AMEA-nın İctimaiyyətlə Əlaqələr İdarəsi, “Mətbuat orqanları” şöbəsinin əməkdaşı, tədqiqatçı Vaqif Orucov da iştirak edirdilər.

I Uluslararası Akdeniz ve Uluslararası Mersin Sempozyumları öz işinə mart ayının 1-də Mersin Üniversitesinin Prof. Dr. Uğur Oral Kültür Mərkəzinin Böyük ic¬las salonunda açılış açılış törəni ilə başladı. Kültür Mərkəzində düzənlənən Simpoziumunda çıxış edən Mersin Valisi Ali İhsan Su, Mersinin bir çox sahələrdə çox önəmli potensiala malik olduğunu qeyd edərək,bu sahələrə bundan sonra daha çox yatırım qoyulacağını vurğulayıb, Simpozyumun işinə uğurlar arzuladı.
Mersin Üniveristetinin(MEÜ) rektoru Prof. Dr. Ahmet Çamsarı isə belə Simpoziumları hər il davamlı olarak düzənləməyi planladıqlarını söylədi. Simpoziumun Genel Koordinatörü Prof. Dr. Durmuş Ali Arslan Simpozium iştirakçılarını təbrik etdi və Simpoziuma öz işində uğurlar arzuladı. O, Simpozi-umun bu cür geniş tərkiblə keçirilməsinin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı və məruzə ediləcək məqalələrin əhatə dairəsinin geniş olmasından, onların elmi əhəmiyyətindən ətraflı bəhs etdi.
Açılış iclasının sonunda Mersin Valisi Ali İhsan Su 4 nəfərə, o cümlədən Azərbaycandan olan iştirakçı, “Mərasim folkloru” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılova “Türk Dünyasına Hizmet ödül”ünü təqdim etdi.

Simpozium Açılış iclasından sonra öz iclaslarını Mersin Üniverisitetinin Prof. Dr. Uğur Oral Kültür Merkezi'nin Antaliya, Osmaniyyə, Adana, İsparta, Hatay və Burdur salonlarında gerçəkləşdirmişdir. Uğur Oral Kültür Merkezinin Mərkəzinin müxtəlif ic¬las salonlarında Türiyənin və digər xarici ölkələrin tanın-mış elm adamları ilə yanaşı, Azərbaycanı təmsil edən alim və tədqiqatçılar da məzmunlu məruzələrlə çıxış etdilər. İclaslarda AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy “Azərbaycan dastanlarıvə onun inkişaf mərhələləri”, institutun “Mərasim folkloru” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov “Oğuznamə” epik ənənəsində islami görüşlər”, Folklor İnstitunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov-“ Kipr Türk şairi Osman Türkayın poeziyasında Akdəniz mövzusu”, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova “Azərbaycan folklorunda Qurban bayramı və əcdad kultu(Şimal bölgəsi örnəklərində” mövzusunda məruzə etdilər.

Noyabrın 3-də Mersin Üniversitesinin Prof. Dr. Uğur Oral Kültür Mərkəzində “I ULUSLARARASI AKDENİZ” Simpoziumunun bağlanış iclası keçirildi. Bağlanış iclasında bu Beynəlxalq tədbirin işi dəyərləndirildi. Bağlanış iclasından sonra qonaqlar Mersin şəhərinin bir sıra görməli yerlərini gəzdilər. Noyabr ayının 4-də Simpozyum iştirakçıları öz vətənlərinə yola salındılar.


Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.